Рейтинг
+11.83

Hüquq və qanunvericilik

16 üzv, 106 topik

Hüquq sahələri, anlayışı və sistemi

Hüquq sistemi böyük tərkib hissələrinə — hüquq sahələrinə bölünür. Bu bölgünün əsasında ölkədə mövcud olan ictimai münasibətlərin müxtəlifliyi dayanır ki, bu da hüquqi nizamlanmanın predmetini təşkil edir. Hüquq sahələrini təşkil edən hüquq normaları aralarındakı fərqlərə baxmayaraq bir-birilə uzlaşır, sıx qarşılıqlı əlaqədədirlər, vahid bir sistem yaradırlar.
İctimai münasibətlərin müəyyən növü (hakimiyyət, idarəçilik, əmlak, əmək və s.) nizamlanma predmetindən (ictimai münasibətlərin xarakterindən) asılı olaraq hüquq sahələrində qruplaşan müvafiq hüquq normaları ilə tənzimlənir.
Davamı →

Hüququn mənbələri. Qanun və qanun qüvvəli aktlar

Davranış qaydasının hüquq norması olması üçün o müəyyən hüquqi formaya salınmalıdır. Bu dövlətin hüquqyaratma fəaliyyəti nəticəsində baş verir ki, bunun köməyi ilə qanunvericinin iradəsi öz ifadəsini icra üçün məcburi olan bu və ya digər hüquqi aktlarda tapır.
Hüquq ədəbiyyatında hüququn mənbəyi kimi, adətən dövlətin qanunvericilik fəaliyyətinin zahiri forması ifadə olunur, yəni hüquq normalarını müəyyən edən, səlahiyyətli dövlət orqanlarının aktları başa düşülür.
Belə orqanlara məsələn, — Azərbaycan Respublikasının Milli Məclisi, Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və b. aiddir.
Xüsusən, qeyd etmək lazımdır ki, dövlətin hər bir hüquqi aktı hüquq mənbəyi ola bilməz, yalnız hüquq normalarını, ümumi davranış qaydalarını əks etdirən, başqa sözlə, normativ aktlar hüququn mənbəyi hesab olunur.
Ardı →

Hüquq anlayışı. Dövlət və hüququn qarşılıqlı əlaqəsi

Cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Hüquq anlayışı haqqında məsələ mübahisəlidir. Hüquq elminin müxtəlif sahələrinin nümayəndələrinin hüquqa vaxtilə vermiş olduqları və hal-hazırda verdikləri müxtəlif  təriflər mövcuddur.
Hüququn mahiyyəti ilə bağlı nəzəriyyələrdən biri olan təbii hüquq nəzəriyyəsi hesab edir ki, hüququn özündə ədalətin mütləq, dəyişməz başlanğıcı vardır, o təbii olaraq mövcuddur, təbii hüquq, sanki müəyyən cəmiyyətdə mövcud olan hüquq normaları sisteminə (normativ hüquq adlandırılan) qarşı qoyulur.
Ardı →

Şəxsin işləmə hüququ

Dünya dövlətləri konstitusiyalarının əsasən hamısında ölkənin hər bir vətəndaşı işləmək hüququna malikdir deyilir. Azərbaycan Respublikasının mövcud konstitusiyasında da belədir. Respublikamızın əmək qanunvericiliyi də bu məsələni öz qanunları ilə təsbit etmişdir. Lakin, çox təəsüflər olsun ki, respublikamızda bu məsələyə riayət edən idarə və təşkilat rəhbərləri çox azdır və «Ağanəzərəm, belə gəzərəm» özüm nə istərəm onu edərəm «kəlamına» daha çox üstünlük verirlər. Hərə özünü rəhbərlik etdiyi idarənin «xanı» hesab edir.
Əslində isə əmək qanunvericiliyi qanunu — qanuni əsaslar olmadan müdirriyətin təşəbbüsü ilə fəhlə və qulluqçuların işdən çıxarılmasını qadağan edir.


Ardı →

Əmək müqaviləsi və onun hüquqi təminatı

Azərbaycan Konstitusiyasının, eləcə də Əmək Məcəlləsinin əsas müddəalarına görə, əmək müqavilələri sərbəst bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi-işgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digər isə işçi adlanır. Onbeş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər.
Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyinin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir (43-cü maddə).
Davamı →

ABŞ-da Prezidentlik səlahiyyətləri və ya onun İcra Strukturları

ABŞ prezidenti təşkilatı dünyada ən güclü idarələrdən sayılır. Dünyanın hər yerində, Avropa dövlətlərində varislik prinsipinə əsaslanan monarxlar hakimiyyətdə olduğu bir vaxtlarda məhdud səlahiyyətli, az müddətli prezidentlik ideyası ağlasığmaz bir qayda idi. ABŞ-da prezidentliyin tətbiqinin ilk günlərindən prezident müavinin də seçkili olması Konstitusiya ilə təsbit edilmişdir. ABŞ Konstitusiyasına görə icra hakimiyyəti prezidentə həvalə olunur. Bununla paralel prezident müavini Vərəsə sayılır və Senatın sədrliyi də ona tapşırılır. Prezident xəstə olarkən, məzuniyyətdə olarkən, müalicədə olarkən, ölərkən prezidentin səlahiyyətləri onun müavininə keçir. Eyni zamanda Konstitusiya Konqresə səlahiyyət verir ki, prezident müavinindən sonra prezidentliyə kimi vərəsəlik hüququ olduğunu müəyyənləşdirsin.
Davamı →

ABŞ-da məhkəmə hakimiyyəti

1930-1941-ci illərdə ABŞ-ın Ali Məhkəməsinin Sədri olmuş Çarlz Evans Hyucs demişdir: «… Məhkəmə hakimiyyəti (ABŞ-da) Konstitusiyaya əsasən azadlığımızın və mal-mülkümüzün qorunmasıdır».
Federal hökumətin 3-cü şaxəsi olan məhkəmə hakimiyyətinə Birləşmiş Ştatların Ali Məhkəməsi rəhbərlik edir. Bu şaxə bütün ölkəyə yayılmış məhkəmə sistemindən ibarətdir. Onu da qeyd edək ki, ABŞ-da konstitusiya yaradılmazdan əvvəl ştat məhkəmələri bir sistem kimi mövcud idi.
ABŞ Konstitusiyasının 3-cü Maddəsi federal məhkəmə sisteminin əsasını belə ifadə edir: «Birləşmiş Ştatların məhkəmə hakimiyyəti vahid bir ali məhkəmənin və onun tabeliyində olan elə məhkəmələrin ixtiyarına verilir ki, Konqres onları vaxtaşırı yarada və təsdiq edə bilər».
Davamı →

Amerika hökümətinin demokratik seçki sənədləri

Amerika hökümətinin tanınmış tarixi şəxsiyyətlərindən olan Con Adams 1776-cı ildə yazırdı: «İllik seçkilər qurtardıqdan sonra əsarət başlayır». Burada bir həqiqət vardır. Amerikanın hökümət quruluşunun ayrı-ayrı sahələri, cəmiyyət-hökümət sistemi və onların qanuna söykənən qarşılıqlı münasibətləri belə bir fikir söyləməyə əsas yaratmışdır.
Demokratik proses Amerika hökümətinin, onun cəmiyyətinin gündəlik «hava-su» mənbəidir. Amerika özünüidarə sistemi bir sıra əsas prinsiplər üzərində qurulmuşdur. Bunların bəziləri dövlətin üzvi xüsusiyyətlərindən, bəziləri isə Konstitusiyada ifadə olunmuş əsas tezislərin praktik nəticəsi olaraq meydana gəlmişdir.
Davamı →

ABŞ-da Qanunvericilik hakimiyyəti

ABŞ Konstitusiyasının Birinci Maddəsi federal dövlətin bütün qanunvericilik səlahiyyətlərini iki palataya — Senata və Nümayəndələr Palatasına bölünmüş Konqresə həvalə etmişdir. Bu iki palatanın daha kiçiyi olan Senat Konstitusiyada göstərildiyi kimi, hər ştatdan seçilmiş iki üzvdən ibarətdir.
Nüməyəndələr Palatası üzvlüyü əhalinin sayına və onun tutumuna əsaslanır, ona görə də Konstitusiyada bu barədə xüsusi qeyd edilməmişdir. ABŞ Konstitusiyasının qəbulundan yüz il keçdikdən sonra belə, senatorlar xalqın müstəqim səsi ilə seçilmirdi, hökumət qanunvericiliyi tərəfindən seçilirdi. Senatorlara onların ştatlarının doğma təmsilçiləri kimi baxılırdı.
Davamı →

ABŞ hökumətinin əsəs sənədləri tarixindən

Konstitusiya və ya təməl sənəd. Birləşmiş Ştatların Konstitusiyası Amerika hökumətinin ali qanunudur. Mövcudluğu (200 il) ərzində bu sənəd Amerika hökumət idarələrinin təkamülünə yol açmış, siyasi sabitliyin, fərdi azadlığın iqtisadi yüksəlişin və ictimai tərrəqinin təminatçısı olmuşdur. Bu Konstitusiya dünyanın ən qədim yazılı konstitusiyası olub, çox sadə və aydınlıqlıdır. Başlanğıcda Atlantik okeanın sahili boyu 13 çox müxtəlif müstəmləkələrin 4 milyonluq əhalisini idarə etmək üçün təməl kimi yaradılmış bu Konstitusiyanın əsas müddəaları o dərəcədə təkmildir ki, ancaq 26 düzəlişlə o, bu gün Atlantik okeanından Sakit okeana qədər uzanan bir-birindən çox fərqlənən 50 ştatının 240 milyondan artıq əhalisinin ehtiyaclarını ödəyir. 
Davamı →