Рейтинг
+11.83

Hüquq və qanunvericilik

16 üzv, 106 topik

Mülki hüquq münasibətlərinin subyektləri və obyektləri

Mülki hüquq  münasibətləri. Fiziki şəxslər. Mülki hüquq münasibətlərinin iştirakçılarına bu münasibətlərin subyektləri deyilir, Mülki hüquq münasibətlərinin subyektlərinə fiziki şəxslər, hüquqi şəxslər, dövlət və inzibati-ərazi qurumları daxildir. İstənilən ictimai münasibət kimi mülki hüquq münasibətləri də insanlar arasında əmələ gəlir. İnsanlar bu hüquq münasibətlərində həm ayrıca fərd, həm də mütəşəkkil kollektivlər şəklində çıxış edirlər. Mülki qanunvericilikdə bu ayrıca fərdlər fiziki şəxs adlandırılır.
Hüquq subyektliyi — şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır.


Ardı →

Hüquq normaları

Hüquq normasını hüququn özünəməxsus ilkin hüceyrəsi kimi təsəvvür etmək olar. «Norma» latın dilindən tərcümədə — qayda, nümunə mənasını verir. Hər bir normada ümumi davranış qaydaları mövcuddur, burada sanki davranış modeli görünür.
Əvvəla, norma o şərtləri nəzərdə tutur ki, burada müəyyən olunmuş qaydalar icra olunmalıdır. Normanın bu hissəsi hüquq elmində hipoteza adlanır. Məsələn, pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir (kişilər üçün — 62 yaş həddi və 25 ildən az olmayan əmək stajı; qadınlar üçün müvafiq olaraq 57 yaş və 20 il).
İkincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin hüquq və vəzifələrini, yəni dispozisiyanı müəyyən edir.
Ardı →

Azərbaycanda qeydiyyat hüququ

Hər bir dövlətdə olduğu kimi Azərbaycan Respublikasında da «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanun mövcuddur və bu qanun axırıncı dəfə 8 dekabr 1999-cu il tarixində Respublika Prezidenti tərəfindən təsdiq edilmişdir. Qanunun Əsasnaməsinə görə:
1.  Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmağa borcludurlar;
Ardı →

Tutulduğun zaman nələri bilməlisən?

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta vetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
Ardı →

Dövlət nədir?

Dövlət — bir ölkədə, bir ərazidə siyasi baxımdan təşkilatlanmış bir millət və ya millətlər ittifaqının yaratdığı siyasi varlıq. Dövlət müəyyən idarəetmə üsuluna, qanunvericilik sisteminə, güc strukturlarına, atributlara və s. sahib olur və öz varlığını nəzarət etdiyi ərazinin bütün hissələrinə yayır. Tarix boyu dövlət müvafiq ərazidəki cəmiyyəti idarə etmək mexanizminə sahib bir təşkilat olaraq çıxış etmişdir.  Bu dövlət anlayışı ilə bağlı oturmuş elmi və ümumiləşdirilmiş tərifdir. Dövlət anlayışı çox geniş və əhatəli mövzudur. Dövlət anlayışına bir neçə konseptual yanaşma mövcuddur:

1. Teoloji yanaşma. Səmavi dinlərə görə dövlətin mənşəyi ilahi gücdür. Roma papası XI Leo dövləti «Tanrının hədiyyəsi» adlandırır. Bu yanaşmaya əsasən dövlət hökmdarın üstünlüyü demək deyil və dövləti idarə edən dövləti sülh içində idarə etməli və xalq üçün ən yaşı qərarları verməlidir. Dövlət şəxsi mülkiyyəti qorumalı, insan hüquqlarına hörmət olunmalı və işçilərin sahibləri tərəfindən istismar edilməsinə yol verilməməlidir.


Ardı →

Demokratik cəmiyyətdə plüralizm

Demokratiya cəmiyyətdə elə bir siyasi təşkilatdır ki, o xalqın hakimiyyət mənbəyi kimi tanınmasına əsaslanır. Demokratiya xalqa dövlət işlərində iştirak etmək hüququ verir.
Demokratiya əhval – ruhiyyəli cəmiyyətdə, sosial mühitdə plüralizm yaranır.
Demokratik cəmiyyət əsas partiyalar və təşkilatların qarşılıqlı əlaqələrinə əsaslanan hakimiyyət sistemidir. Çünki demokratik cəmiyyətdə dövlətin daxili və xarici siyasətinə müəyyən mənada təsir edən təşkilatlar fəaliyyət göstərir. Bunlar siyasi partiyalar, siyasi qruplar və digər ictimai təşkilatlardır.
Bu təşkilatların içərisində siyasi partiyalar xüsusi yer tutur, çünki siyasi partiya dövlətin siyasi həyatına təsir göstərən ən mühüm vasitədir.
Siyasi plüralizm müəyyən nöqteyi-nəzərlər və baxış çoxluğu olub, sosial qrupların öz maraqlarını ifadə etmək üçün təşkilat yaratmaq imkanıdır.
 Siyasi plüralizm şəraitində vətəndaş istədiyi baxışlara, dünyagörüşü istiqamətlərinə malik ola bilər. Lakin bununla yanaşı, o, başqalarının da həmin hüquqlarına hörmətlə yanaşmalı, istənilən fikir müxtəlifliyinə dözümlü münasibət  bəsləməlidir.
Totalitar cəmiyyət bütün vətəndaşlarından eyni cür, hakim ideologiyanın müəyyən etdiyi kimi düşünməyi tələb edir. Bu ideologiya hakimiyyətdə olan qüvvələrin maraq və mənafelerinin ifadəsinə yönəldiyi üçün onu tənqid etmək, siyasi proseslərə müdaxilə mümkün deyildir.
Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir.
Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi ikişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir.


Davamı →

Hüquq bərabərliyi və ayrı-seçkilik

İnsanların bir – birindən fərqləndiyini, eyni zamanda onlar arasında oxşarlığın da olduğunu hamımız bilirik. Fərqlənmək insanı, fərdi təkrarolunmaz, özünəməxsus və bənzərsin edir. Oxşarlıq isə insanlara müəyyən cəmiyyətlərdə birləşmə imkanı verir.  Hər bir adamın başqalarından istedadı, dini etiqadı, maraqları, nöqteyi-nəzəri, nəyəsə üstünlük vermək və s. ilə fərqlənmək hüququ var. Bu hüquq bütün insanları bərabər edir. “Hüquq bərabərliyi” və “ayrı seçkilik” anlayışları bizə tarixdən daha çox tanışdır. İnsanlar əsirlər boyu bərabərlik uğrunda mübarizə aparıblar, ayrı seçkiliyin bütün formalarına milli, dini, irqi, cinsi, silki və s. qarşı çıxıblar. Müxtəlif tarixi dövrlərdə insanlar sosial mənşəyinə, irqinə və dərisinin rənginə, cinsinə, milli və dini mənsubiyyətinə görə bərabər olmamışlar. Hətta dünyanın ən demokratik ölkəsi olan ABŞ-da belə irqi ayrıseçkilik uzun müddət mövcud olmuş, seqreqasiya qanunları cəmiyyətin mütərəqqi qüvvələri  tərəfindən uzunmüddətli mübarizə nəticəsində ləğv olunmuşdur.


Ardı →

Mülki hüquq anlayışı və sistemi. Mülki qanunvericilik

Mülki hüquq — milli hüququn mühüm bir sahəsi olub, əmtəə-pul və digər əmlak münasibətlərini, habelə bunlarla əlaqədar olan şəxsi qeyri-əmlak münasibətlərini tənzim edir. Bu münasibətlər mülki-hüquqi tənzimetmənin predmetini təşkil edir.
Mülki hüququn tətbiqi sferası çox genişdir. O, yalnız əmtəə-pul münasibətlərini deyil, həm də mülkiyyət münasibətlərini, dövriyyə iştirakçılarının alqı-satqı, əmlak kirayəsi, borc, podrat, habelə komissiya, tapşırıq, saxlama və s. bu kimi müqavilə münasibətlərini nizama salır. Bura, həmçinin, vurulmuş zərərin əvəzinin ödənilməsi, əsassız varlanma nəticəsində əldə edilənlərin qaytarılması, əqli mülkiyyət, vərəsəliklə bağlı münasibətlər də aiddir. Bütün bunlar indiki dövrdə — bazar iqtisadiyyatına keçid dövründə mülki hüququn rolunun daha da artmasına səbəb olur.
Göstərilən ictimai münasibətlərin mülki-hüquqi tənziminin özünəməxsus metodu var. Hüquq nəzəriyyəsindən məlum olduğu kimi hüququn ictimai münasibətlərə təsiri üsulları və vasitələri hüquqi tənzimetmənin metodu adlanır.
Ardı →

Boşanma zamanı mülkiyyət bölgüsü

Qanunvericiliyimizdə nikahla, o cümlədən onun pozulması ilə bağlı əsas, ümumi məsələlər Ailə Məcəlləsi vasitəsilə tənzimlənir. Kişi ilə qadın nikaha daxil olduqdan sonra ər-arvadın qarşılıqlı hüquq və öhdəlikləri meydana gəlir. Bu öhdəliklərdən biri də mülkiyyət münasibətləri ilə əlaqədardır. Boşanma zamanı yaranan məsələlərdən biri də ümumi birgə mülkiyyətin bölünməsidir.
Davamı →

Əlilliyə görə müavinət

Əlilliyi olan şəxslərə müavinətin təyin olunması üçün hansı məqamlara diqqət edilir ?
Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müavinət növlərindən biri də 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinətdir.
Müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir.

Müavinətin məbləği aşağıdakı kimidir:
Davamı →