Atanın dəyəri

Bir gün bir nəfərin atası vəfat edir, yasdan sonra oğlan özünə bir dənə lada 2107 alır. Dostu ilə görüşən zaman dostu ondan bu maşını nə ilə aldığı ilə maraqlanır. Axı o hal-hazırda xərcin-borcun içində olmalı idi, çünki, işləmir, üstəlik yas məclisini təşkil etməyə, qəbir daşına və sairə xərci çıxıb. Dostunun sualına oğlan cavab verir:
  — atam sağlığında hörmətli kişilərdən olub, çoxlu imkanlı dostları varıymış, sağ olsunlar, hər biri mənə yaxşı köməklik etdilər. Mən də bütün xərclərimi çəkdim, yerdə qalan pul ilə isə özümə maşın aldım.
Bu söhbətdən sonra dostu evə gedir. Axşam atası işdən gələn kimi soruşur:
  — Ata, sənin hörmətin var?
  — Necə yəni, ay bala?
 -Deyirəm, yəni imkanlı dostların var?
 -Hə, niyə yoxdu, filan bankın müdiri mənim yaxın dostumdu, univermağın sahibi tanışımdır, qrup yoldaşlarımın hamısı vəzifədə işləyir.Bir sözlə əlim hər yerə çatır.
 Oğlan atasının kürəyindən əlinin içi ilə yavaşdan vurub deyir:
  — Mercedesdiyeeee )))
 

20 şərh

reality_man
Burdan belə acı həqiqət də ortaya çıxır. Nəyə görə kimsə xəstə yatağında olanda ona heç kim köməklik etmir, ancaq özlümündən sonra gəlib onun yaxınlarına kömək edirlər.
pascal
)) Gözəl. 
relity_man, yaxşı lətifələr yazırsınız. Nə əcəb bunların hamısın yığıb, bir topik altında birləşdirmirsiniz?
reality_man
Topik deyəndə blok nəzərdə tutursunuz?
pascal
Bütün lətifələri bir topikdə yazmağı nəzərdə tuturam. 
reality_man
Mən bunu necə edəcəyimi bilmirəm, tutaq ki, sabah yenə lətifə yazmaq istəyirəm, eyni topikdə necə birləşdirim???
pascal
Tək-tək yazdığın lətifələri, yığ bir yerə, bir topikdə alt-alta yaz. 
Ferbara
Blok yox, bloq. Bloqda topiklər olur. :)
reality_man
TQDK-nın imtahanında yəqin Azərbaycan dili suallarının hamısını yazmışıymışsan və ya yazacaqsan)))
Ferbara
Bunu sizə səhv tutmaq kimi düşünməyin. Sizə doğrunu göstərmək kimi başa düşün.
reality_man
Mən söhbətə duz qatmaq üçün yazmışdım, narahat olmayın, zarafat edirdim.
Ferbara
:))) Gülməlidi. Amma hərf səhvləri ağlamalıdı.
reality_man
Mənim də hərf səhvlərindən xoşum gəlmir. ((( Bu dəfə keç günahımdan))
Ferbara
Elə isə təkrar redaktə edərək səhvləri düzəldin. :)
reality_man
Artıq hərf səhvləri düzəldilib.
Ferbara
Təşəkkür. :) 
JAVIER_ZANETTI

Salam olsun sizə. Mənə görə atanin dəyəri:“Amma, sənin boynunda atanın haqqı budur ki, biləsən, o sənin vücudunun kök və sərçeşməsidir.Sən onun bir şaxəsisən.Əgər olmasaydı, sən də olmazdın.Hər vaxt özündə bir şey müşahidə etsən ki, bəyənirsən və səni təəccübləndirir, bil ki, bu nemətin əsli atadandır.Bəs, Allaha pərəstiş et və Ona bu nemətə görə şükr et!Allah tərəfindən başqa heç bir güc qüvvə yoxdur! " Ataya üz çevirmək Allaha üz çevirməkdir! Allah ata-ni bu qədər məqama qaldirdiği halda mən haqli olsam belə atamin üzünə qaytmağa nə haqqim var. Allah bütün valideyinlərin canini sağ eləsin onlari bizə çox görməsin dünyasini dəyişənlərin yerini Behiştik etsin. Amin… Çox sağol reality_men

seyidova
Birinci oğlanın elediyi pisdi  amma ikinci oğlan zarafat eliyib.Men çox güldüm.Yeni mence başlıq bu zarafata uyğun gelmir.bu menim şexsi fikrimdi :)))
reality_man
Atasına mercedes dəyəri ilə baxır, ona görə belə ad fikirləşdim. Hərə üçün atasının dəyəri bir cürədir.
Daha maraqlı ad ağlımıza gəlirsə, yazın, əgər məqsədəuyğun olsa dəyişərik.
seyidova
Men demedim ki, menim üçün ata deyeri budu men dedim ki,2-ci oğlanın elediyi zarafatdı.Bu letifeni men başqa yerlerde de oxumuşam.Siz bir az ciddi menada yazıb,ciddi qebul etmisiniz.yeni sözümün canı odur ki,bu sadece bir letifedi