Gülümsəyin :) Qaç ananı gətir!

Kəndli oğlan və atası böyük şəhərə ilk dəfə gəlirlər. Ticarət mərkəzində pilləkənin yanında iki gümüş rəngli parlaq divarın ağır ağır açılıb bağlanması diqqətlərini cəlb edir.
«Bu nədi ata?» deyə soruşur oğlan. Ömründə heç vaxt lift görməyən ata :
«Bilmirəm oğlum ..» deyir.
Ata və oğul bu maraqlı şeyi heyrətlə seyr edərkən əsalı yaşlı bir qadın sağa sola hərəkət edən gümüş rəngli qapıya yaxınlaşır və bir düyməni basır. Qapılar açılır və yaşlı qadın işıqlı kiçik bir otağa girir, qapılar bağlanır.
Oğlan və atası qapının üzərindəki kiçikdən böyüyə doğru yanıb sönən işıqlı rəqəmləri izləyirlər. Son rəqəmdən sonra eyni sırayla bu dəfə geriyə doğru işıqlar tək-tək yanır. Nəhayətdə qapılar açılır və çölə 24 yaşlarında nərmənazik gözəl bir qadın çıxır.
«Oğlum» deyir kişi gözünü qızdan çəkmədən
«Qaç ...Qaç ananı gətir! ..:)))
 

10 şərh

HeRa_Queen
Gülməli hekayədi. Amma mən düşünürəm  həm də acınacaqlı haldır ki, insanlarımız indiki dövrdə belə  ucqar kəndlərimizdə liftlə yanaşı digər texnologiya vasitələrindən xəbərdar deyillər. Paylaşdığınız üçün təşəkkürlər :)
Aysel77
Məncə də gülməlidir.)Amma düşünmürəm ki liftdən məlumatları olmayan şəxslər olsun.Eger varsa da çox azdır..Cünki sağolsun televizor...canlı görməsələrdə televizor vasitəsi ilə məlumatlanırlar!
Shabnam_Ilham
Elə bu topikdə də olan şəxs liftdən məlumatı olmayandır. Deməli hələ də məlumatı olmayanlar var. Ps. təbəssümə səbəb olduğun təşəkkürlər Maksimus..:)
HeRa_Queen
mən demirəm  hamısı təbii ki, az-çox bilməyən  var. Mən bunu demək istəmişdim əvvəlki şərhimdə tam görünməyə bilər.
lili95

maks, tutaq ki lift qarsisinda sen dayanmisan.sen kimi cagirtdirardin?


(demə ki, səni)

MaksiMuS
Hər birinizə topiki oxuduğunuz üçün və əməyi qiymətləndirdiyiniz üçün minnətdaram.
Lili əlbət mən adi liftə münasibətdə heç kimi çağırmazdım.
Yox əgər, sehirli bir lift qarşıma çıxsaydı sözsüz ki Anamı çağırardım.əgər 2ci şansım olsa yenə də anamı çağırardım. Şərt nə olursa olsun
soni_memmedzade
düzü bunu hardasa mən də oxumuşdum.hər şeydə savadsızlıq,dünya görüşü olmamaq ,maariflənməmək belə hadisələrlə rastlaşdırır insanı.həm gülməlidir,həm də düşündürməyə vadar edir .mənə elə gəlir ki,indiki zəmanədə belə hadisə olmaz.indiki uşaqlar hamıdan çox bilir.yenə də üzümüzü güldürdüyünçün təşəkkürlər…
dunya-cahan
her wey insanin oz elindedi.istese alim olar istese hambal.savadlanmaqda oz elimizdedi
seyidova
:)) acınacaqlı terefi olsada çox gülmeli idi.Şekilin ayrıca yeri var ))