Britaniyalıların atı

 Britaniyalı alimlər bir gün ərzində atın bir cüt ayaqlarının 18 kilometr, digər cüt ayaqlarının isə 19 kilometr qət etdiklərini müəyyənləşdiriblər. Belə bir şey həqiqətən də ola bilərmi?

15 şərh

Kenan_Elxanoglu
Mənim fikrimcə əgər at ancaq bir tərəfə dairəvi hərəkət etsə belə bir fərq olar.(Məsələn dairəvi stadionda ancaq saat əqrəbi istiqamətində hərəkət etsə). 18 km-də 1km olmasa da, hər halda fərq edər.
imtogrul
Çox düzgün yanaşmadı. Əgər saat əqrəbi istiqamətində hərəkət etsə, o zaman sağ tərəfdəki ayaqlar sola nisbətən daha az məsafə qət etmiş olacaqlar. Amma bilmirəm alimlər bunu nəzərdə tutublar, yoxsa tamam başqa səbəb var…
pascal
Saul tam dolğun verilməyib. Əgər söhbət sırf Britaniya atlarından gedirsə, ola bilər ki, onlara xas hər hansı bir xüsusiyyətə görədir bu. (Movzunun adını nəzərdə tutaraq deyirəm) Yox, əgər hər hansı bir atdan söhbət gedirsə...sualda axı deyilmir, onlar saat əqrəbi istiqamətində qaçarkən bu qədər məsafəni qət olunması müəyyənləşib. Bəlkə düz qaçarkən bu nəticə qeydə alınıb, nə bilirsiz?
imtogrul
tamamilə sizlə razıyam. Mövzunun adını özüm seçdim, yarıməcazi anlamda. Bu əlbəttə ki, tək britaniya atlarına məxsus deyil. Misal üçün əgər britaniya alımləri insan haqqında hər hansı qənaətə gəliblərsə, bu o demək deyil ki, bu yalnız britaniyada yaşayanlara aiddi. Suala gəldikdə isə alimlər bunu araşdırıblar və təbii ki, səbəbini də bilirlər. Məhz sualın mahiyyəti də odur ki, səbəbi nə ola bilər. Əgər, atların hansısa formada qaçışı zamanı belə qənaətə gəldiyi qeyd olunsaydı, o zaman sualın həm mənası, həm də mahiyyəti itərdi.
Ramil
Sual düzgün qoyulmayıb, məncə bunun bir cavabı var: saat əqrəbi istiqamətində, və ya əksinə (düz xətt üzrə olmamaq şərtilə) atın cüt olaraq bir qabaq və bir arxa ayağına şamil edilə bilər.
imtogrul
bilirsiz, «sual düzgün qoyulmayıb»  anlayışı özlüyündə düzgün deyil. Belə ki, sual belədir: «Belə bir şey həqiqətən də ola bilərmi? ».  Sual yalnız bundan ibarətdi. Cüt ayaqlar haqqında, saat əqrəbi və ya əksi haqqında sualda heç bir şey deyilmir. Bunlar sadəcə şərhlərdə verilən versiyadı
imtogrul
və qeyd olunanlar sadəcə versiyadı, bu o demək deyil ki, sualın cavabı məhz yuxarıda qeyd olunanlardı
Qanbay_Qasimli
Togrul, fikirmice atin arxa ayaqlari ile on ayaqlari arasinda 1 metr-e yaxin ferq var at her qet elediyi mesafede on ayaq;ar 1 metr daha cox qet edir(teqribi deqiq hesablama bele aparmaq olar)buda ona getirib cixardirki arxa ayaqlar 18 km qet etdikde on ayaqlar 19 km qet etmis olur...QEYD atin arxa ve on ayaqlari arasindaki mesafe tam 100% 1 metre deyil ve nece metrde ne qeder metr ve saniye on ayaqin payina dusmesini onu deqiq hesablamadan sonra biliner. Yeqinki alimlerde bu yolla hesab edibler...agla batan cavabdirmi Togrul?
imtogrul
Gec cavab yazdığım üçün üzr istiyirəm. Təbii ki, ağlabatandı) Bütün məntiqlə verilən cavablar ağlabatandı
Ferbara
Bu normaldı. Mən qabaq və arxa ayaqlarını düşündüm. Qabaqda olanlar daha çox yol gediblər. Çünki hərəkətə başlayanda ilk qabaq ayaqlar addım atır. :) Ya da belə deyək. Məsafə fərqinə səbəb qabaq ayaqlar ilə arxa ayaqlar arasında olan məsafədi. :)
Ramil
Düzgün fikir deyil, burada 1km fərqdən söhbət gedir. Ona görə də bir arxa və bir qabaq ayaq nəzərdə tutulmalıdır.
velili_hemide
Şərh yazmamağı fikirləsirdim, amma hələ var. Bu maraqlı sualdır. Atların tullanması da nəzərə alınıb bəlkə. Belə olanda iki ön ayaq daha çox məsafə qət etmiş olar(ola bilər). Doğurdan çox maraqlı sualdır.  Ola da bilər ki, cavabola bilməzdir :)
imtogrul
Əslində bu məsələ barəsində, axşam vaxtı tam yeni fikir ağlıma gəldi. Hətta o qədər fikrimdə əminlik yarandı ki, birmənalı şəkildə suala cavab verirəm :  Xeyr belə şey ola bilməz. 
  Ona görə ki, at bir nöqtədən digər nöqtəyə yerini dəyişən zaman onun bütün əzaları, o cümlədən ayaqları (4 — ü də), başı, quyruğu və s. da onunla birgə həmin nöqtəyə yerini dəyişir. Yəni, at qabaq ayaqlarını qaldırıb iki arxa ayaqları üstündə yerimiş olsa da və ya birtərəfli yerisə də nəticədə əyər 19 km gedibsə bütün ayaqları 19 km gedib deməkdir. Əyər digər cüt ayaqlar 18 km getmiş olsaydı, o zaman 18 — ci km-də həmin cüt ayaqlar dayanardı və sonuncu bir km — i o biri cüt ayaqlar gedərdi. Nəticədə iki cüt ayaqlar arasında 1 km məsafə olardı. Bu isə mümkünsüz bir şeydi. Yəni sualın qoyuluşundan bu nəticəyə gəldim ki, necə yeriməsindən asılı olmayaraq, hər iki ayaq eyni məsafə qət edir… Amma, yenə də fikrimdə səhv etmiş ola bilərəm
aota
mentiqi burdadi ki, Britaniya ve bir gun. Qrinvic meridiani Britaniyadan kecir… asandi
Qauss
Atların ayaqları arasında məsafəni təqribi 1 metr qəbul etsək.Atın ön ayaqları 19km məsafəni qət edəndə.arxa ayaqları 18999 (metr)yəni 19km dən təqribən 1 metr arxada yerləşib.yəni tam 19km olmadığı üçün 18km qəbul etmək olar