Suya həsrət gül

Su gülün dibinə axır amma gül həmişə suya həsrətdi...  Sual olunur niyə həsrətdi?
 

23 şərh

imtogrul
maraqlı sualdı cavabı özüm də bilmirəm
velili_hemide
Məncə cavabını bilmədiyimiz sualları yazmamalıyıq. Sonra bütün gün ancaq sual haqqında fikirləşirsən. Başqalarına deyəndə onları da bu xəstəliyə salmış olursunuz.
velili_hemide
Bəlkə dipçək tərsinə tutulub(başı aşağı yəni). Onda su qaba yox yerə tökülür…
Ferbara
Aydın məsələdi ki, su bitkinin kökünü isladır, çiçəyini yox. Ona görə gül suya yuxarıdan baxa-baxa qalır. «Ah, kaş yağış yağardı üstümə» deyir. :)
velili_hemide
Gül deyəndə bütün bitki nəzərdə tutulmur?
Ferbara
Demək ki, burda gül deyəndə bitkini bütöv yox, çiçəyini düşünmək lazımdı. :)
velili_hemide
Məncə tərsinə tutmaq da yaxşı ideya idi :D. Amma siz dediyiniz məntiqlidir… Cavab bu qədər sadə olmamalı idi :D
imtogrul
buna görə üzr istəyirəm. Amma düşündüm burdakı insanlar kifayət qədər intellektli olduğundan bu məsələyə aydınlıq gətirərlər. Yəni birgə müzakirə tək müzakirədən hər zaman üstündü

imtogrul
cavab bir az mentiqlidi hem de poetik bildiyim qederince. Men bele düşünmüşdüm. Gül suyu sevir, və ona həsrət qalır. Su buna görə onun dibinə axır. Amma gül suyu sevməsə, yəni ona həsrət qalmasa su onun dibinə axmaz. Və beləliklə gül yaşamaq üçün hər zaman suya həsrət qaldığını hiss etdirməlidi ki su  onun dibinə axsın, yoxsa quruyub ölər. Amma deyəsən bu da düzgün cavab deyil
Ferbara
Necə ki, biz hər zaman havaya həsrətik, gül də o cür suya həsrətdi belə çıxır. :)
azadmamedov90
MƏN TAPDİM- desəm yalançı olaram-
gül açdığına görə -ağzı açıq qalır-və bu səbəbdən в, susuz adama b'nz'r///
Ferbara
Sizun klaviaturada problemmi var? Çoxdan müşahidə eliyirəm, hərdən əlifbalar qarışır. :)
Maraqlı cavabdı. :) 
azadmamedov90
hə=özüm İT texnikəm-ama klaviaturam qaçır uruscaxa) sonra isə ingilisə=nəsə Azəricəni sevmir)))
pascal
Suya həsrət olduğunu gül dedi? Mən belə şey eşitməmişəm. ;)
Bəzən olur ki, bol su verdikdə də o ağac, o bitki, o gül məhv olur. Hər şeyi qədərində vermək lazımdı. Lap həsrətində olana da.
Nə bilim...mənə məntiqsiz gəldi bu sual.
Someone

Su neyməti bütün canlıların tələbidir, eləcə də gülün və bütün bitkilərin. Nəcə insanlar, hevyanalar ac olanda təbii olara qidaya ehtiyac duyur gül də susuzlayandan suzuslayan bunun tələb edir. Butün vaxt həsrət qalmır. Çox su versən o da cürüyər. Su gülün həsrəti deyil tək tələbidir.

imtogrul
Öncəliklə hər birinizin fikirlərinə böyük hörmətimin olduğunu bilməyinizi istəyirəm. Əgər bu məntiqdirsə məncə bunu botanik tərəfini düçünməməliyik. Burda qəribə bir məntiqdən söhbət gedir, bildiyim qədərincə. Təəssüf ki, cavabı bilmirəm öyrənən kimi mütləq qeyd edəcəm
velili_hemide
Sual şifahi şəkildə verilib sizə? Əgər elədirsə, bəlkə hansısa sözü unutmusunuz. Bəlkə deyiliş şəkli yanlışdır? Belə suallarda adətən çox xırda bir şey bizi cavaba aparır. Elə deyil?
imtogrul
xeyr yazılı şəkildə verilib. Hətta internetdən su və gül haqqında hekayə belə tapdım. Amma yenə də doğru cavabı tapmadım…
imtogrul
Gül və su
Günlerin birinde bir gülle su qarşılaşır ve dost olurlar.İlk önce dost olaraq davam edir münasibetleri.Tebii ki,zaman lazımdır bir-birlerini tanımaları üçün.Günler bi-birini evez ederken gül çox xoşbext hiss edir özünü su ile dost olduğu üçün.Xoşbextlikden içi-içine sığmaz olur ve anlayır ki,suya aşiq olub.Heyatında ilk defe aşıq olan gül çiçek açar ve etrafa gözel etir saçar.Bir gün suya deyir ki,sevgili su seüni sevdiyim üçün bele deyişmişem.Yalnızca seni sevdim deye.Ele bir zaman gelir ki,su da içinde güle qarşı bir şeyler hiss etmeye başlayır.Zenn edir ki,güle aşiq olub.Günler,aylar bir-birini evez edir ve gülü sevdiyini zenn eden su artıq evvelki qeder maraqlanmır gül ile.Gül ise «göresen su artıq meni sevmirmi?» deye düşünmeye başlar.Çünki suyun ona olan diqqetsizliyi gülü üzmeye başlamışdır.için-için bu sualı verer özüne. Bir gün gül suya deyir ki,bilirsen men seni çox sevirem.Su mende seni sevirem deyir.Aradan zaman keçir ve gül yene suya «Seni sevirem» deyir. Su adi bir ifadeyle «Men de» deyir.Amma gül bu sözde sevgini hiss etmir.Bu adileşme getdikce davam edir amma gül sebrle hemişe «Seni çox sevirem» deyir.Amma artıq ele bir vaxt gelir ki,gül etrafa o gözel etiri saçmır ve çiçekleri solmağa başlayır.Özünü ele alıb suya «Bilirsen men seni hele sevirem» deyir göz yaşları içerisinde.Su da «Off söyledim daha önce men de seni sevirem» deyir.Gün gelir gül yataqlara düşür.Çox xestelenmişdir gül, rengi solmuşdur gülün.Yataqlardadır artıq.Su ise yanında dayanıb,kömek etmek üçün onu çox seven ve sevdiyini her fürsetde söyleyen dostuna. Amma bellidir ki,gül artıq ölecek.Ve son defe başını çevirerek suya deyir ki, «Bilirsen men seni heqiqeten sevdim ve senin bilmediyin qeder sevdim üstelik».Çox kederlenir su bu hadiseye ve son çare olaraq bir hekim çağırır. Hekim müayine edir gülü.Müayineden sonra hekim deyir:«Xestenin veziyyeti ümidsizdir,artıq elimizden bir şey gelmez».
Su öyrenmek isteyir ki,onu bu qeder seven gülün ölümüne sebeb olan xesteliyi nedir deye ve hekimden soruşur:«Xesteliyi nedir sevgili dostumun?»
Hekim suya baxır ve deyir:«Gülün bir xesteliyi yox,Heç diqqet etmemisen deyesen.Bu gül sadece susuz qalmış ve ölümü de oun üçündür.»Ve artıq su anlayır ki,sevgiliye «Seni sevirem» demek yetmezmiş.Amma artıq çox gecdir.
Sevdiklerinize gec olmadan onları sevdiyinizi söyleyin.Bununla da kifayetlenmeyib,onlara sevginizi gösterin.Sevdiklerimizin deyerini sağlıqlarında bilek.Onlar olmadıqdan sonra «Kaş ki, o vaxt sevgimi göstərsəydim» dememek üçün.
pascal
Əgər sual məntiqi sualdırsa, orda onu əsalandırmalı, təsdq və ya təkzib etməli məntiqi bir şeylər olmalıdır. Çünki məntiq özü bir elmdir. Amma burdakı sual və onun ətrafında danışılan sözlər, təqdim olunan hekayə filan, bunlar daha çox ədəbi xarakter daşıyır, məntiqi yox. Nə bilim, mən belə düşünürəm.  
imtogrul
Pascal düz deyirsiz ;). Mən də sizin kimi fikirləşirəm. Amma bir şey var, hərdən mən də hansısa məntiqi sualı tapa bilməyəndə onda min cür çatışmazlıq axtarıram, o cümlədən bu məntiqdə. Ona görə bura yazdım ki, sizin fikirləriniz ola bilsin bu məntiqi tapayacaq, amma bəlkə yeni bir ideya, yeni bir fikir, yeni bir baxış tərzi yaradacaq. Misal üçün, riyaziyyatda belə bir üsul var: həlli tapılmayan məsələləri gənc riyaziyyatçılara verirlər. Bu riyaziyyatçılar o məsələni həll edə bilmirlər, amma bu məsələni həll etməyə çalışarkən düşünüb tapdıqları üsul və qaydalar başqa məsələlərin həllində istifadə olunur… Bu arada qeyd edim ki, məntiq hələ də tam bir elm kimi formalaşmıyıb, bəlkə də hərdən məntiqsiz məntiqi sual və məsələlərin yaranması da elə məhz bununla bağlıdı…
beautiful
mənim fikrimcə su qalmır axıb gedir, lakin gül olduğu yerdə qaldığı üçün gül suya həsrət qalır.