Badamı gözlərin

Mus: Bəxtiyar Kərimov; söz: Ağacavad Əlizadə

Alovsuz yandırır,
Adamı gözlərin.

Salacaq könlümü.
Odamı gözlərin.

Nəq:

İnciyib eləmi,
Küsübdür yenəmi,
Baxacaq mənəmi.
Yadamı gözlərin. ,

Gizlicə-gizlicə,
Sehrli o çiçək,
Ömrümü verəcək,
Badamı gözlərin.

Nəq:

Qızılgül ətirli,
Badamı gözlərin.
Bənövşə ətirli,
Badamı gözlərin.
 
 
 
Müəllif: Rafiq Babayev Sayad oğlu, fizika-riyaziyyat elmləri namizədi
Mənbə: “1001 mahnı” kitabı.4-cü nəşr, 2007
 

0 şərh