Kommersiya bankları

Müasir dövrdə pul təsərrüfat həyatının ayrılmaz atributudur. Məhz buna görə də maddi nemetlərin əldə edilməsi və xidmət göstərilməsi ilə bağlı bütün sazişlər pul hesablaşmaları ilə nəticələnir. Sonuncu­lar nağd və nağdsız formada ola bilərlər. Nağdsız pul istifadəsi ilə bağlı maliyyə hesablaşmalarının təşkili nağd pul köçürmələrinə nisbətən üstünlük təşkil edir. Belə ki, tədavül xərclərində nağdsız pul hesablaşmaları vasitəsi ilə əhəmiyyətli dərəcədə qənaət əldə edilir. Bankların çoxsahəli şəbəkəsi nağdsız hesbalaşmaların geniş tətbiqinə, eləcə də dövlət səviyyəsində onların inkişafının makroiqtisadi proseslərin tənzimləyicisi kimi iştirak etməsinə imkan yaradır. Nağdsız hesablaşmalar – pul nişanlarından istifadə etmədən ödəniş sənədləri vasitəsilə həyata keçirilən ödənişdir, bank hesabında köçürmə yolu ilə həyata keçirilən maliyyə hesablaşmalarıdır, bu halda pul vəsaiti tədavülçünün hesa­bından alıcının hesabına köçürülür. Nağdsız hesablaşmalar təsərrüfat daxilində müəyyən sistemlər əsasında təşkil olunur, burada nağdsız hesablaşmaların təşkilinin bütövlüyü prinsipi, təşkilatlara təqdim edilən tələblər, təsərrüfatın müəyyən konkret şəraiti, еləcə də hesablaşmaların forma və üsulları və bu üsulların sənəd dövriyyəsi ilə sıx bağlılığı nəzərdən keçirilir.

Bizim ölkəmizdə hələ 30-cu illərdə mövcud olan və 1993-cü ilə qədər davam edən nağdsız hesablaşmalar sistemi təsərrüfatçılığın israf mexanizminə əsaslanmış və iqtisadiyyatın inzibati – əmr üsulu ilə idarə edilməsinə uyğun gəlirdi. Fəaliyyətdə olan nağdsız hesablaşmalar sis­temi ilk növbədə tədarükçünün maraqlarının xidmətinə, məhsulun istehsalı və tədarükü ilə bağlı planlı tapşırıqların yerinə yetirilməsinə yönəldilmişdi. Bununla əlaqədar, nağdsız hesablaşmaların təşkilinin sərt prinsipləri fəaliyyət göstərirdi və bu prinsiplərə əməl olunması əsl iqtisadi maraqların qeyri-mövcudluğunu və müəssisələrin müqavilə öhdəçiliyinin yerinə yetirilməsi məsuliyyətini əvəz edirdi. Bu prinsiplər müəyyən qaydalara tabe olunurdu. Məsələn, bunlardan aşağıdakıları qeyd edə bilərik.

Ödəniş yeri – bank (o nağdsız hesablaşmaların təsisçi və nəzarətçisi kimi iştirak edirdi.)

Ödəniş vaxtı – məhsulun yüklənməsindən və xidmət göstərildikdən sonrakı (bu avansların və kommersiya kreditlərinin qadağası mənasını verir.) vaxt başa düşülür.

Tədavülçünün razılığı (aksept) – bu zaman ödəniş əsası kimi ödənişin mənbəyi – alıcının şəxsi vəsaiti və ya bank krediti kimi çıxış edən, əhatə dairəsi əvvəlcədən müəyyən olunmuş nağdsız hesablaşmalar başa düşülür.

Bütün nağdsız hesablaşmalar yalnız bankdaxili dövriyyədə istifadə olunan ödəniş sənədləri əsasında həyata keçirilir.

Hesablaşmaların prinsipləri alıcının alıcılıq və borcu ödəmə qabiliyyətini, ödəmənin xronoloji növbə pozuntularının hesablaşma iştirakçılarmının balans ləğvinə mənfi təsirini, təcrübədə hesablaşmaların digər müxtəlif formalarından və ödəniş üsullarından istifadə imkanlarını nəzərə alırdı.

İqtisadiyyatda bazar münasibətlərinin inkişafı nağdsız hesab­laşmalar sisteminin əsasını, еləcə də onların təşkili prinsiplərinin dəyişməsini tələb edirdi.

Hesablaşmaların konkret formaları, ödəniş üsulları, müqavilədə təşkilat tərəfindən nəzərdə tutulur. Müqavilədə hesablaşma şərti – daha əhəmiyyətli şərtlərdən biridir.

Hesablaşmaların formasının seçimi əmtəə malının növü, təlabat və onun təklifi, kontragentlər arasında təsərrüffat əlaqələrinin xarakteri, yüklərin daşınması üsulu, kontragentlərin maliyyə durumu ilə təyin olunur. Bu seçim əmtəə malının göndərilmə vaxtı ilə ödəniş vaxtı arasındakı qarşılıqlı nisbətdən asılı olur. Nəticədə optimal seçim zamanı müqavilədə hesablaşmaların forması öhdəliklərin təminatı vasitəsinin funksiyasını yerinə yetirəcəkdir.

Sahibkarlığın bazar münasibətlərinə aid nağdsız hesablaşmaların birinci prinsipi, müştərilərin vəsaitlərinin qorunması və köçürülməsi üçün yaradılan bank hesablarının həyata keçirilməsini təmin edir.

Bazar münasibətlərində sahibkarların bank vasitəsilə hesablaşmalarının aparılması iqtisadi məqsədəuyğunluqdan asılı olmalı, bazar subyektlərinin iqtisadi sərbəstliyinə və onların şəxsi fəaliyyətinə görə maddi məsuliyyətinə uyğunlaşmalıdır.

Qeyd etmək lazımdır ki, bazar münasibətləri şəraitində nağdsız hesablaşmaların birinci prinsipi yalnız hüquqi şəxslərə deyil, fiziki şəxslərə də aid edilir. Əvvəllər isə nağd və nağdsız pul dövriyyəsi qanun çərçivəsində mövcud olduğundan bu prinsip yalnız hüquqi şəxslərə aid edilirdi.

Nağdsız hesablaşmaların ikinci prinsipinə əsasən hesabda olan ödənişlər sahibkarın icazəsi və razılığı ilə müəyyən edilən növbəti qaydada və hesabda qalan vəsaiti hesabına həyata keçirilir. Hesabda pul vəsaitlərinin çatışmamazlığı şəraitində pul vəsaitblərinin hesabdan köçürülməsi aşağıdakı qaydada həyata keçirilir:

-      Birinci növbədə həyat və sağlamlığa dəyən zərərin və aliment çərçivəsinə aid tələblər üçün köçürülən pul vəsaitlərini göstərən icra sənədlərinə əsasən köçürmə həyata keçirilir.

-      İkinci növbədə işçilərə azad olunma və eləcə də əmək müqaviləsi ilə çalışan işçilərin müavinətini ödəmək üçün ödənilməsi lazım olan pul vəsaitlərini göstərən icra sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

-      Üçüncü növbədə əmək sazişi ilə işləyən şəxslərin müavinətlərini, təqaüd fonduna, sosial sığorta fonduna və əhalinin məşğulluq fonduna aid hesablaşmalar aparılması üçün lazımi pul vəsaitlərini göstərən ödəniş sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

-      Dördüncü növbədə büdcə və büdcədənkənar hesablaşmaları əhatə edən ödəniş sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

-      Beşinci növbədə digər maliyyə tələblərinin təmin olunmasını əks etdirən icra sənədləri vasitəsilk köçürmə həyata keçirilir.

Altıncı növbədə təqvim növbəliyi qaydalarını əks etdirən ödəniş sənədləri vasitəsilə köçürmə həyata keçirilir.

Nağdsız hesablaşmaların üçüncü prinsipi – bazar subyektləri tərəfindən nağdsız hesablaşma formasının sərbəst seçilməsi prinsipi və onların saziş münasibətlərində bankların müdaxiləsi olmadan bağlanan təsərrüfat müqavilələri ilə möhkəmlənmə prinsipidir. Bu prinsip bütün bazar subyektlərinin saziş və hesablaşma münasibətlərində iqtisadi sərbəstliyini təsdiqləyir (mülkiyyətçilik formasından asılı olmayaraq) və bu münasibətlərin nəticəsi maddi məsuliyyətin yüksəlməsinə gətirib çıxarır. Bank isə hesablaşmalarda yalnız vasitəçi rolunu oynayır.

Dördüncü prinsip, təsərrüfat, kredit, sığorta sazişləri, Maliyyə nazirliyi təlimatları, müəssisə işçiləri ilə bağlanan müqavilələr, müavinətin ödənilməsinin təşkili ilə bağlı hesablaşmaların müəyyən olunmuş müddət ərzində həyata keçirilməsi prinsipidir. Təcrübədə vaxtından əvvəl, müddəti uzadılmış və müddəti keçmiş ödənişlərə də rast gəlinir.

Vaxtından əvvəl ödəniş – müəyyən olunmuş müddətdən əvvəl maliyyə öhdəçiliyinin yerinə yetirilməsidir. Müddəti uzadılmış ödəniş – müəyyən olunmuş müddətdə maliyyə öhdəçiliyinin yerinə yetirilməsinin qeyri-mümkünlüyünü xarakterizə edir və vəsaiti olan şəxsin razılığına əsasən ödənişin ilkin müddətinin yeni müddət ilə əvəz edilməsidir. Müddəti keçmiş ödənişlər – tədavülçünün vəsaitinin çatışmamazlığı və müəyyən olunmuş ödəniş müddəti başa çatdıqdan sonra bank və kommersiya kreditləri almağının qeyri-mümkünlüyü nəticəsində əmələ gəlmişdir.

Beşinci prinsip – ödənişlə təmin olunma prinsipi ödənişin müddətlik prinsipi ilə sıx bağlıdır, belə ki. ödənişin təmin olunması ödəyicinin dövriyyə vəsaitlərinin çoxluğuna əsasən müddətli olaraq həyata keçirilir və bu vəsaitlər maliyyə vəsaitini alan şəxsə olan borcların ödənilməsi üçün istifadə olunur.

Ödənişlərlə təmin olunma prinsipi ödənişin zəmanətini yaradır, təsərrüfatda ödənişin nizam-intizamını və eləcə də hesablaşma iştirakçılarının ödəniş və borcu ödəmə qabiliyyətini möhkəmləndirir.

Hesablaşmaların bütün prinsipləri bir-biri ilə sıx bağlıdır.

Nağdsız hesablaşmalar ilə bağlı bütün əməliyyatlar hesablarda – bank tərəfindən müştərilərə açılan cari və digər hesablarda öz əksini ta­pır. Hər bir müəssisə və ya təşkilat bankda yalnız bir əsas hesaba malik ola bilər   cari və yaxud hesablaşma hesabları.

Hesablaşma hesabları hüquqi nizamnaməsi olan və kommersiya hesab prinsipi ilə fəaliyyət göstərən, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrə verilir. Hesablaşma hesabının sahibi hesabda olan vəsaitlərdən istifadə etmək hüququna malik olur. Onun şəxsi ba­lansı olur, sərbəst olaraq banklarla kredit münasibələrinə daxil olur və büdcəyə aid olan bütün ödənişlərin sərbəst ödənişçisi kimi iştirak edir. Beləliklə, hesablaşma hesabının sahibi tam iqtisadi və hüquqi sərbəstliyə malik olur.

Cari hesab kommersiya fəaliyyəti ilə məşğul olmayan və hüquqi nizamnaməsi olmayan müəssisə və təşkilatlar üçün açılır. Ənənəvi olaraq, belə hesablar respublika və ya yerli büdcənin tərkibində olan ictimai təşkilat və idarələr üçün yaradılır. Cari hesabın sahibinin sərbəst fəaliyyət dairəsi hesablaşma hesabının sahibinin sərbəst fəaliyyət dairəsinə nisbətən məhdudlaşdırılmışdır. Belə ki, cari hesabın sahibi vəsaitdən yuxarı təşkilatlar tərəfindən təsdiqlənmiş məsrəf cədvəlinə əsasən istifadə edə bilər. Cari hesabların əməliyyat siyahısı hesab açılan vaxtdan niza­ma salınır.

 

0 şərh