Passiv əməliyyatlar

Passiv əməliyyatlar banklar tərəfindən vəsaitlərin cəlb olunması və onun resurslarının formalaşması üzrə əməliyyatlardır. Bu əməliyyatların köməyi ilə banklar mənfəət əldə etmək məqsədi ilə kredit verilməsi, qiymətli kağızlara sərmayə qoyluşu və.s üçün vəsaitlər toplayırlar. Kommersiya bankı möhkəm, dayanıqlı resurs bazası olmadan nə öz likvidliyini qoruya bilməz, nə aktiv əməliyyatlarını həyata keçirə bilməz, nə də ki , götürdüyü digər öhdəlikləri vaxtında icra edə bilməz. Buna gürə də, hər bir kommersiya bankı öz resurs bazasını genişləndirmək üçün hər an axtarışda olmalıdır.

Bankların passiv əməliyyatlarına hüquqi və fiziki şəxslərin hesablaşma, cari və müddətli hesablarına vəsaitlərin cəlb edilməsi, qiymətli kağızlar buraxılışı, digər banklardan borc şəklində vəsaitlərin alınması aiddir. Banklardan passiv əməliyyatları nəticəsində onların resursları formalaşır.

Kommersiya banklarının resursları iki mənbədən ibarətdir.a) xüsusi vəsaitlər;b) cəlb olunmuş vəsaitlər.

Xüsusi vəsaitlərin tərkibinə səhmdar kapital, ehtiyyat və digər fondlar, bölüşdürülməmiş mənfəət və digər mənbələrin daxil olduğu özünəməxsus xüsusi kapital aiddir. Bankın xüsusi kapitalı onun fəaliyyətinin birinci günündən əsaslandığı dayaq rolunu, həmçinin onun, sonuncu müdafiə xətti rolunu oynayır.

Cəlb olunmuş vəsaitlərin tərkibinə kreditlər, depozitlər, müştərilərin cari, hesablaşma hesablarındakı, müxbir hesablarındakı vəsaitlər və digər vəsaitlər aiddir.

Passiv əməliyyatların tərkibində aşağıdakı əsas qrupları ayırmaq olar:

1)Hüquqi və fiziki şəxslərdən əmanət və depozitlərin (tələbolunanadək, müddətli və s.) qəbulu, hüquqi şəxslərə hesablaşma, cari və digər hesabların açılması və aparılması; 2)Kommersiya bankalarından və Mərkəzi bankdan kreditlərin alınması (banklararası kreditlər);3)Qiymətli kağızların emissiyası (depozit sertifikatları, veksellər və s.) 4) Bankın mənfəəti passivlərin formalaşma mənbəyi kimi

Dünya bank təcrübəsinə əsasən cəlb olunmuş vəsaitlər toplanma üsuluna görə 2 qrupa bölünür - 1)depozit 2)depozitdən kənar vəsaitlərə bölünür.

Iqtisadi məzmununa və istifadə müddətlərinə görə depozitlər iki qrupa ayrılır: 1) Tələb olunanadək depozitlər 2)müddətli depozitlər

kommersiya bankları öz passivlərin formalaşdırmaq üçün səhm, istiqraz, sertifikat, veksel kimi qiymətli kağızların emisiyasından istifadə edir. Bu qiymətli kağızların hər bir növünü buraxmaqla kommersiya bankları əlavə kapital cəlb edir, sonrakı fəaliyyətini təmin etmək üçün mənbə yaradır.

Kommersiya bankları öz vəsaitlərini borc alınmış vəsaitlərlə tamamlayır. Borc alınmış vəsaitlər kommersiya banklarından alınmış ssudalar(1.Qısamüddətli banklararası kredit. 2.Ortamüddətli Banklararası kredit 3.Uzunmüddətli banklararası kreditlər), Mərkəzi Bankın verdiyi ssudalar (Lombard krediti; Overnayt krediti; Gündaxili kredit) və istiqraz buraxılışından daxil olan vəsaitlərdir.

Bankların mənfəətinin bir hissəsi müxtəlif fondların yaradsılmasına yönəldilir ki, bu da passivlərin formalaşması deməkdir.

Bir qayda olaraq kommersiya banklarının resursları, yəni onların passivləri iki hissədən ibarətdir:

a) Şəxsi vəsaitlər

b) Cəlb olunmuş vəsaitlər

Birincinin tərkibinə səhmdar kapitalını, ehtiyat və digər fondları, bölüşdürüşməmiş mənfəəti və digər mənbələrin daxil olduğu özünəməxsus, xüsusi kapitalı, ikincinin tərkibinə isə bank tərəfindən alınmış borclar: kreditlər, depozitlər, müştərilərin hesablaşma və cari hesablarındakı, müxbir hesablardakı vəsaitlər və digər vəsaitlər aiddir.

 

0 şərh