3.1 Portfelin planlaşdırılması

Müxtəlif fəaliyyət növləri ilə məşğul olan hər bir təşkilat portfelində olan biznes istiqamətləri arasında tarazlığı qiymətləndirməyə imkan verən və onlar arasında resursların bölüşdürülməsinə şərait yaradan üsulları axtarmalıdır. Son 30 ildə bu prosesi asanlaşdırmaq üçün portfelin bir çox planlaşdırma modelləri hazırlanmışdır. Ən birinci və ən sadə model Boston konsaltinq qrupu (Boston Consulting Group) tərəfindən hazır­la­nan artım matrisi –bazar dövriyyəsində xüsusi çəki oldu. Daha mürəkkəb modellər MakKinsinin və Artur D. Littlın konsultantları və ShellGeneral Electric kimi kommersiya kompaniyalarında hazırlandı. Bu­nunla belə bütün bu modellər bir sıra əsas məqsədləri güdür (Grant, 1995):

  1. Bisnes strategiyasının hazırlanması və resursların bölüşdürülməsi (həm maliyyə, həm də inzibati). Sahədə müəssisənin vəziyyətinin, həm­çinin, orta və ya uzunmüddətli dövrdə bu sahənin inkişaf pers­pektivlərinin qiymətləndirilməsilə ayrı-ayrı biznes istiqa­mət­ləri üzrə investisiya prioritetlərinin müəyyən etmək olar. Cəlb­edici bazarlarda güclü mövqe tutan müəssisələr, yəqin ki, maliyyə baxı­mından qənaətbəxş vəziyyətdə olacaqlar. Lakin, eyni zaman­da onlar, öz potensiallarını reallaşdırmağa təminat verən dəqiq idarə­etməyə ehtiyac duyurlar. Quruculuq və qoruma stra­te­giyalarını fərqləndirmək olar. Cəlbedici bazarlarda zəif biznes isti­qaməti gələcəkdə vəziyyəti yaxşılaşdırmaq üçün əlavə inves­ti­si­yaya ehtiyac yarada bilər. İşgüzar fəallığın azaldığı bazarlarda məh­sullara resursların ayrılması daha az məqsədəuyğundur, o hal­da ki, reversiv strategiyalar bazar meylini əks istiqamətə dəyişdirə bilmək iqtidarında deyil. Kiçilən bazarlarda məhsullar çox vaxt nəğd vəsaitlərə görə qalırlar və bu da portfeldə olan və böyük potensiala malik istiqamətlərə resursları ayırmağa imkan verir.
  2. Portfeldəki tarazlığın təhlili. Portfelin təhlili ayrı-ayrı biznes növ­lərinin  inkişaf strategiyalarının təqdim etməyə imkan verməklə yanaşı, həm də gələcək perspektiv və risklər, nəğd axınları nöq­teyi-nəzərindən portfelin ümumi balansının qiymətləndirilməsinə şərait yaradır (şəkil 3.2). Nəğd axınlarda tarazlıq investisiya qoyulmuş müəyyən potensiala malik biznes istiqamətinin indiki və ya keçmişdə qalan mövcudluq mənbələrinə malik olduğu təq­dirdə əldə edilir. Tarazlıq vəziyyətində tərəddüd (oynama) digər müəs­sisələrin genişləndirilməsi və ya udulmasına imkanını (1990-cı ilin ortalarında Microsoft kompaniyasının 7 mlrd. ABŞ dol­ları nəğd vəsaitinin olması və investisiya qoymaq üçün yeni mənfəətli sinergetik müəssisə axtardığı xəbərləri yayılmışdı) yaxud da xarici investordan kapital əldə etmək zəruriyyətini şərtləndirir (şəkil 3.3 və 3.4). Portfelin planlaşdırılması zamanı vacib məsələ, onun, bütövlükdə təşkilatın perspektivinin qiy­mət­ləndirməsinə kömək etməsidir. Qocalmış məhsullardan güclü asılılıq cari vaxtda nəğd axınlara müsbət təsir göstərə bilər, lakin, bu vəsaitlər sabahkı günün məhsullarına yatırılmazsa, onda, kom­paniyanın uzunmüddətli gələcəyi sual altında qalacaq. Hazırki dövrdə kifayət qədər nəğd axınının olmadığı halda gələcəyə həddən artıq investisiya porfelin həcminin əndazəni keçdiyinə işarə ola bilər. Nəhayət, ayrı-ayrı biznes istiqamətləri üzrə risk­lə­rin qiymətləndirilməsi  firmaya ümumi riski bölüşdürməyə imkan verir ki, bu da ona, bütün müəssisələrinin həddən artıq risklə üzləşməməsinə və ayrı-ayrı bəlkə də o qədər də mənfəətli olma­yan, lakin, daha yaxşı proqnozlaşdırıla bilən cəsarətli təşəb­büs­lərin tarazlaşdırılmasına imkan yaradır.

Portfelin planlaşdırtılmasının istənilən yanaşmasının müvəffə­qiy­yəti (bazara bir çox rəqabət aparan metodika təqdim olunub) menecerlərə yuxarıda qeyd etdiyimiz qərarların qəbulu zamanı hansı dərəcədə kömək etməsindən asılıdır. Metodlardan bəziləri həddən artıq sadələşdirilməsi səbəbindən, digərləri isə həddən artıq subyektivliliyi baxımından tənqidə məruz qalmışlar (Haspeslagh, 1982; Doyle, 1994).
Bu metodlara seçimlə bağlı idarəetmə qərarlarının əvəzedicisi kimi deyil,  qərar qəbulu zamanı yardımçı vasitə kimi baxılması olduqca vacibdir. Aşağıda biz müasir dövrdə istifadə edilən əsas metodları öyrənəcəyik.
aşağıdakılar arasında  tarazlıq lazımdır:
Portfeldəki tarazlığın diqqətin indiyə yönəlməsi ucbatından pozulması
Portfeldəki tarazlığın diqqətin gələcəyə yönəlməsi ucbatından pozulması

 

0 şərh