5.5 SPACE təhlili

SPACE (ingiliscə - strategic position and action evaluation)- strateji mövqenin təhlili və fəaliyyətin qiymətləndirilməsidir (Rowe et al., 1989). O, qeyri-sabitlik çərçivəsindən çıxaraq ətraf mühitin öyrənilməsinə və kompaniyanın rəqabət üstünlükləri və maliyyə gücü ilə əlaqəndirərək sahənin güclü tərəflərini nəzərdən keçirməyə imkan verir. Shell kompa­niyasının siyasətinə istiqa­mətlənmiş matris və portfelin planlaş­dırıl­ma­sının digər çoxaspektli metodları kimi təhlilin bu növü həddindən artıq çoxsaylı strateji məsələləri bir neçə parametr üzrə yekunlaşdırmağa imkan verir. Bunlardan biri əhatə edən şəraitin bir çox tərəflərinə toxunan ətraf mühitin sabitliyidir. Lakin, SPACE təhlilinə görə ətraf mühitin qeyri-sabitliyinin əksi kompaniyanın maliyyə davamlılığıdır, yəni ki, yüksək likvidliyə malik və ya digər ehtiyatlara çıxışı olan kompaniya ətraf mühitin dəyişkənliyi qarşısında tab gətirə bilər.
Nəzərdən keçirilən digər məsələ sahənin daxili möhkəmliyidir. Sahənin cazibədarlığı artım potensialı, mənfəətlilik və resursların səmərəli istifadə edilməsi imkanları nöqteyi-nəzərindən diqqət mərkəzində yerləşir. Müəyyən sahədə işləyən kompaniya üçün kompaniya rəqabət üstün­lüklərinə malik olma­dıqda belə üstünlüklərin heç bir əhəmiyyəti olmur. Beləliklə, SPACE təhlili kompaniyanın sahədə nisbi vəziyyətini qiy­mətləndirə bilmək üçün sahə gücünü rəqabət üstünlüklərinə qarşı qoyur.
Hər bir parametrə görə sahənin və kompaniyanın qiymət­lən­dirilməsi şəkil 5.5-də göstərildiyi kimi abAB rəqabət profilini tərtib etməyə imkan verir. Misalda qiymətləndirilən kompaniyanın zəifliyi aydın görünür: ətraf mühitin mötədil qeyri-sabitliyi maliyyə möhkəmliyi ilə taraz­laşmamışdır, kom­paniyanın rəqabət üstünlükləri isə sahənin bütöv­lükdə daxili davamlılığı ilə müqayisədə elə də böyük deyil.

Cədvəl 5.2 SPACE təhlilinin komponentləri


Kompaniya ilə bağlı parametrlər

Sahə ilə bağlı parametrlər

Maliyyə möhkəmliyi

Ətraf mühitin sabitliyi

 

İnvestisiyanın rentabelliyi

 

Texnoloji dəyişikliklər

Kreditdən hər hansı maliyyə məqsədlərindən ötəri istifadə etmək

İnflyasiyanın səviyyəsi

Likvidlik

Tələbin dəyişkənliyi

Mövcud olan/lazımi kapital

Rəqib məhsulların qiymət diapazonu

Nəğd pul axını

Sahəyə daxilolma yolunda maneələr

Bazardan çıxma yolunda maneələr

Rəqabət təzyiqi

Risk

Tələbim qiymət elastikliyi

Rəqabətə davamlılıq

Bazar payı

Məhsulun keyfiyyəti

Məhsulun həyat tsikli

Məhsulun əvəzetmə tsikli

Müştərilərin loyallığı

Rəqiblərin gücünün istifadəsi

Texnoloji nou-hau

Şaquli inteqrasiya

Sahənin daxili möhkəmliliyi

Artım potensialı

Mənfəət potensialı

Maliyyə sabitliyi

Texnoloji nou-hau

Resursların səmərəli istifadəsi

Kapitaltutumluluq

Bazara daxil olma qabiliyyəti

Məhsuldarlıq

 

Əks istiqamətin nisbi həcmi firmanın uyğun strateji mövqeyini göstərir. Misal üçün, şəkil 5.5-ə görə A+a və B+b kəmiyyətlərinin cəmi strateji mövqeyin təhlilinin (SPACE) aşağı sağ sektor istiqamətinə meylləndiyini göstərir. Bu cəlbedici sahə şəraitində rəqabət üstünlüklərinə malik kompaniyanın tipik rəqabətli strateji mövqeyini göstərir. Bununla belə, ətraf mühitin mövcud qeyri-sabitliyi ilə mübarizə aparmaq üçün maliyyə resurslarının güclülüyü çatışmır. Aydındır ki, belə firmalar öz rəqabətli mövqelərini saxlamaq üçün böyük həcmli maliyyə resurslarına ehtiyac duyurlar. Uzunmüddətli planda buna səmərəliliyin və məhsuldarlığın artırılması ilə çatmaq olar, lakin, ehtimal ki, əlavə kapitalın əldə edilməsinə və ya böyük nəğd vəsaitlərinə malik kompaniya ilə birləşmək ehtiyacı da yarana bilər.
SPACE təhlili xəritəsi
Strateji mövqeyi aqressiv sektora uyğun gələn firmaların əhəmiyyətli üstünlükləri var, lakin, onlar yeni rəqiblər tərəfindən təhlükə ilə üzləşə bilərlər.  Əsas təhlükə aşkar rəqabət üstünlüklərinə malik məh­sulların hazırlanması yolu ilə bazarda sonrakı üstünlüyü saxlamağa maneə olan özünə arxayınlıqdır. Bu kompaniyaların həddən artıq maliyyə gücü olduğuna görə onların öz sahələrində və ya yaxın sahələrdə udmaq üçün potensial obyektlərin – kompaniyaların axtarılması cəlbedici görünür.
Mühafizəkar strateji mövqe investisiyaya tələbatın az olmasının maliyyə artıqlığı yaratdığı formalaşmış bazarlardakı kompaniyalar üçün xarakterikdir. İnvestisiyanın çatışmazlığı bu kompaniyaların əlverişsiz şəraitdə fəaliyyət göstərdiyi deməkdir, mövcud bazarda imkanların yetərsizliyi isə onları uzunmüddətli perspektivdə zəiflədir.  Beləliklə, bu kompaniyalar nəğd axınlarının fasiləsizliyini təmn etmək üçün öz mövcud məhsullarını müdafiə etməli və eyni zamanda da yeni bazar imkanlarının axtarışı ilə məşğul olmalıdırlar.
Müdafiə mövqeyində olan kompaniyalar açıq-aşkar diş batan­dılar. Rəqiblərlə mübarizədə cüzi qüvvələrinin olması, onları, səmərəli işləməklə öz resurslarını gücləndirməyə və müdafiəsi mümkün olan bazarlara diqqətlərini yönəltmək üçün rəqabətli bazarlardan geri çəkil­mə­yə hazır olmağa məcbur edir.  Rəqiblərin və ya ətraf mühitin bu kom­paniya üzərində qələbə qazanması ancaq vaxt məsələsidir.

Həmçinin bax:
5.1 Sahədaxili rəqabətdə beş güc modeli
5.2 Strateji qruplar
5.3 Sahənin təkamülü və proqnozlaşdırılması
5.4 Ətraf mühitin sabitliyi
5.6 Üstünlüklər matrisi
5.7. NƏTİCƏ və marketinq keys-Virgin
 

0 şərh