Ağıllı məqsəd

Məqsəd nə cür olmalıdır ki, biz ona çataq?
Menecmentliydə smart-məqsəd və yaxud ağıllı məqsəd kimi bir ifadə var.

S (specific) – Spesifik və ya konkret
M (motivation) – motivasiya edici
A (ambition) – ambisiyalı
R (realistic) – reallığa uyğun
T (timed) – müəyyən vaxt üzrə qurulumuş

Ağıllı məqsəd — əvvəlcədən planlaşdırıldığı üçün yarımçıq məqsədə nail olmaq kimi sayılır. Əslində gələcək üçün qoyduğumuz məqsədlər biznes planlaşdırılmasından heçdə fərqlənmir. Buda məqsədin düzgün qoyulması üçün məsləhətlər:

Konkretləşmiş məqsəd
Əgər sizin məqsədiniz avtomobil almaqdırsa, siz onu konkretləşdirməlisiniz. Məsələn: qara rəngdə “tayota- kamri”, içində bu funksiyaları olsun və s. Əks halda qarajınızda köhnə “ Moskviç” peyda ola bilər.

Motivasiya edici məqsəd
Məqsədiniz sizi motivasiya etməlidir, əks halda sizdə ona qarşı marağınız tez bir zamanda itəcək. Məsələn: mən bu avtomobili alaraq bizness aləmində yeni bir mərhələyə çıxa bilərəm, həm də çox rahat maşındır və s.

Ambisiyalı məqəsəd
Sizin məqsədiniz ambisiyalı olmalıdır, çünki məqsədinizin xırda olduğu halda o sizi çətinki motivasiya etsin və siz bunda çətinki qurur duya biləsiniz. Və məqsədinizə gedən yolda xırda bir maneə sizi bu yoldan döndərə bilər.

Reallığa uyğun məqsəd
Məqsədiniz real olmalıdır. Əgər siz kosmonavt olmaq haqda xəyallar qurusunuzsa siz öz imkanlarınızı da nəzərə almalısınız. Sizin hazırlığınız, sağlamlığınız və s. məqsədinizə uyğundur mu? Məqsədinizin Konkret, motivasiya edici və abisiyalı olduğu kimi realda olmalıdır.

Müəyyən vaxt üzrə qurulumuş məqsəd
Əgər məqsədə çatmaq üçün müəyyən vaxt qurulmayıbsa bu məqsəd yəgin ki, heç vaxt reallaşmayacaq. Bu gün olmadısa, sabah olar, gələn həftə,gələn il və s. kimi ifadələr yəqin tanışdı. İşi sabaha qoyaraq məqsədə heç cür çatmaq olmaz. 
 

0 şərh