Brend və marka anlayışlarının bir-birindən fərqli cəhətləri
“Brend” sözünün mənası, demək olar ki, bir xüsusiyyəti istisna olmaqla, bir markanın tərifindən fərqlənmir. Belə ki, onun fərqli xüsusuiyyətləri və görünüşləri yalnız xidmətlərinin və ya məhsullarının rəqiblərindən fərqli olmaları demək deyil, eyni zamanda hədəf auditoriyası tərəfindən tanınması və müəyyən populyarlıq qazanmasıdır. Başqa sözlə desək istehlakçıların diqqət və sevgisini qazanmış tanınmış markadır. Brend və ticarət markası arasındakı fərq onun korporativ identifikasiyası, adı, istehlakçılar tərəfindən tanınmasıdır. Bundan əlavə brend bazarın müəyyən hissəsinin sadiqliyini qazandığı üçün bazarda onun adı altında satılan məhsullar və ya xidmətlər tələb olunur.
Davamı →
Davamı →