Rayon tələbələrinin həyatı

Yataqxanalar müasir dövrdə demək olar ki,yoxdur. Yaşayış şəraitləri çox yaxşı olur: adambaşına 50 kvadrat metr yer, cakuzi, plazma televizor, mikrodalğalı soba və s. Çoxusu kirayə ev tutur. Yataqxanalar yaxud tələbə məskənləri 2 cür olur:
Qızlar üçün-indiki dövrdə çox azdır. Ancaq qızların davası, hər yerdə çoxlu kitab(qızlar daha çox oxuyur!), Molped və Olveys bezləri. Az-çox bir az təmizkardırlar, ev kirayə verənlərin sevimli müştəriləri olurlar. Guya ki, qız olduqlarına görə tərbiyəsizlik etmirlər. Ancaq bunu talış saat 12-dən əvvəl də bilir ki, qızlar boş durmur. Bəziləri evə oğlan da gətirir...
Oğlanlar üçün-siqaret iyi, səliqəsizlik, yuyulmamış qablar, bəzən araq butulkaları, çirkli paltarlar. Futbol qəzeti, kompüter, izolentlə bağlanmış cürbəcür əşyalar və s.Yeməkləri çox zəngindir-dünya mətbəxinin ən şah yeməkləri, o cümlədən:  
  • sosiska-çörək,
  • ketçup-sosiska-çörək,
  • koka-kola-ketçup-sosiska-çörək,
  • xiyar-pomidor-koka-kola-ketçup-sosiska-çörək,
  • göy-göyərti-xiyar-pomidor-koka-kola-ketçup-sosiska-çörək və s. Siyahını özünüz də uzada bilərsiniz.

Dönər, qamburger, Çudo-Peçkanın peraşkiləri və s. də tələbə qidasında populyardır. Rayondan valideynləri toyuq, mal əti, lavaş çörəyi, mer-meyvə göndərəndə bayram olur. Həmin günü bütün qalanlar iy bilirmiş kimi pay gələn tələbənin qonağı olur. Tələbələr yeməkdən korluq çəkdikləri üçün harda aş,orda baş prinsipinə riayət edir. Soyuducu çox vaxt boş olur, bəzən özgəsinin yeməyinə əl uzatmaq, qarınqululuq da olur.
Məşğuliyyətlər:
Oğlanlar-futbol, stavka qoymaq, domino oynamaq, sülənmək
Qızlar-yemək hazırlamaq, paltar yumaq, dırnaqlara lak çəkmək, qeybət, sevgi romanları, sülənmək.
Musiqilər əsasən Mahsun, Mustafa Sandal, meyxana, Röyanın pops mahnılarıdır. Bir çoxları işləyir, eşşək kimi əlləşib-vuruşur, axırda da 100-150 manat qazanır. Amma şəhər küçələrini gəzib əks cinsə qaş-göz süzdürməkdənsə bu daha faydalı işdir.

 

22 şərh

2ral
Super! necə var,elə təsvir etmisən! Rayon tələbələrinə bir etirazım yoxdur, çoxlu dostlarım da var,amma yazılanlarla razılaşmamaq mümkün deyil. Həqiqətən,çox güclü yazırsan
papatürk
Mənə demişdilər ki,çox yumorlu və maraqlı yazır,amma belə olacağını bilmirdim. Oxumaq ləzzət edir.
fidan
mizantrop, siz özünüz harda doğulmusuz? Rayon tələbələrinin nəyi əskikdir? sosiska-çörək yeyəndə nə olar? Belə pulunuz çoxdusa onları aparıb restoranda yedizdirin.
sizin nə işlə məşğul olduğunuzu da bilmək maraqlı olardı. Siz nə edirsiz? Futbol,damino,sülənmək sizlik deyilsə bəs siz özünüz nə iş görürsüz?
fidan
2ral və papatürk-gözləməzdim sizdən. Pul qazanmaq üçün əziyyət çəkən adamlar üçün eşşək kimi əlləşib-vuruşur deyən birisinə afərin deyirsiz.
Wizard

mizantrop-a


1. qızlar daha çox oxuyur! Bu fakt sizdə hardandı? Əsaslandırın!


2. Ümumilikdə isə razıyam!


Bir şeyi yadınızda saxlayın ümumiləşdırmə aparmayın! Əgər müəyyən qrup daxilində bir proses alinirsa, heç bir təminat yoxdur ki bütün tələbələr elədirlər! Əsas ətraf mühitdir! Sistem qurulur və nəticədə rayonlu tələbədən yalnız bu axına qoşuımaq qalır.Uğursa bu axının əksinə gedənlərdən gəlir!


Gözəl Azərbaycan görmək ümüdi  ilə!

mizantrop
Elə mən də ona istəyirəm ki,axına qarşı getsinlər. Amma getmirlər.
nərgiz

qızlar doğurdan da çox oxuyur.


Offtop etməyək.

ramzes
gözəl yazıdı (fidan xanım bəyəm siz restoranlarda  eşşək kimi işləyən  ofsiantları  və onları heç  hambal yerinə də qoymayan yekəqarınları görməmisiz?)
2ral
1. Azərbaycan hərfləri ilə yaz.
2. ofsiant yox,ofisiant.
3.bir tərəfdən yazırsan ki,ofisiant olmurlar,bir tərəfdən də yazmısan ki,90 faizi şəhərli uşaqlardır. Başqalarına ağıl öyrətməzdən əvvəl özün məntiqli cümlə yaz
fidan
Lezgin,səhv etmək eyib deyil,amma təkrarlamaq eyibdir.Heç olmasa indi səhvinizi düzəldib milli hərflərimizlə yazın.bir də yazdınızdan çıxarmayın ki,etik normalara riayət etmək lazımdır.
Elvin85
Həqiqətlər yazılsa da, yazı özü qətiyyən xoşuma gəlmədi, oxucuya heç nə vermir: 1. Bunları hamı bilir.  2. Yumor da yox dərəcəsindədir. 3. Yazı çox tələsik yazılıb sanki, klassifikasiyalar hamısı yarımçıqdır.

P.S. Bunlar subyektiv fikirlərimdir təbii ki.
Leyla
Çox şey düzgün yazılıb.
Aynur
heç xosuma gəlmədi.rayon tələbələrinə təhqir idi.rayondan olan tələbə rəfiqələrim çoxdu.heç birində sənin saydıqlarına rast gəlməmişəm
2ral
Təhqirə keçmək olmaz.
2ral
Bundan sonra təhqirə keçənlər və söyüş söyənlər cəzalandırılacaq. Elə etməsinlər ki,reytinqləri çox aşağı düşsün.Saytın qaydalarını oxumaq bu qədər çətindir?