Çanta tutmaq qadınları ələ verir

Çantanı əldə tutmaq qadının hansı vəziyyətdə olduğunu və psixoloji durumunu büruzə verir. İngilis mütəxəssisi Patti Wood, çanta tutmaq formasına görə, qadınları haqqında maraqlı məlumat verib. 

  • Qolda – bu forma daha çox məşhur insanların müraciət etdiyi formadır. Özünü hamıdan üstün tutan qadınlar çantasını qolunda daşıyır. 
  • Əldə və çiyində — bu qadının çox yorğun olduğunun göstəricisidir. Qadınlar yorğun olan zaman çantanı əldə və çiyində saxlayır.  Yaxud da qadının əhvalının yaxşı olmadığını bəlli edə bilər. 
  • Çiyində — geyimlərini yada özünü gizlətmək üçün əli daima çiynində olur və özünü narahat aparır. Belə qadınlar  kompleksli olur və özünəinamı az olur. 
  • Portfel – çantanı qayışından sıx tutan qadınlar utancaq və qorunmaya ehtiyacı olan insanlardır. 
  • Qolun altında – çantadan çox içindəkilərə əhəmiyyət verir. Belə qadınlar məqsədə nail olmaq üçün mübarizə aparan qadınları əks etdirir.

stilim.az loqo
 

0 şərh