Рейтинг
+77.11

Moda dünyası

61 üzv, 166 topik

Moda markalarının dijital rəqabəti - Araşdırma

Gemius-un araşdırmasına görə, Instagram moda sektorundakı reklam xərcləmələrinə görə, YouTube-u geridə buraxıb. Araşdırma 13-19 yanvar tarixlərini əhatə edir və moda və tekstil dünyasındakı dijital rəqabəti ələ alır.
Ziyaretçi sıxlığına görə zirvədə olan markalar
Gemius-un araşdırmasına görə, desktop üzərindən istifadəçilərin ən çox ziyarət etdiyi marka LC WAIKIKI olub. LC-dən sonrakı pillədə isə İspanyol moda nəhəngi Zara gəlir.
Davamı →

Giorgio Armanidən dəbə aid fikirlər

İtalyan modelyer, şəxsi moda imperiyası olan Corcio Armani (Giorgio Armani) dəbli görsənməyin sirrləri ilə bölüşüb. Aramani ayaqqabıda xəsislik etməməyə, gözəl ətirlənməyə və geyimlərin qışqırdıcı rənglərdə olmamasına çağırır.
Armani 1980-ci ildə yayınlanmış “American Gigolo” filmi ilə məşhurlaşıb. Baş rolda oynayan aktyor Riçard Gir yalnız Armani markası ilə geyinmiş və olduqca dəbli görkəmə sahib olmuşdur. Bu filmdən sonra kişilər məhz Riçard kimi görkəmə sahib olmaq istəyirdilər. Yəni pencək, şalvar, köynəklər və qalsutklar Armanidən olmalı idi.
Zərif olmaq — gözə girmək deyil, yaddaşlarda qalmaqdır. — C.Armani.
Davamı →

Bədən konturlarınıza uyğun ətək seçimi

«Hansı ətəyi geyinsəm yaraşar?» sualına hələ də cavab tapmamısınız? Qərarsız qalmısınız və artıq çəkili olduğunuzu düşünərək ətək geyinməyə cəsarət edə bilmirsinizsə, bu məsləhətlərə əməl edə bilərsiniz.
Sizə bədən tipinizə uyğun ətək modellərini təqdim edirik.

İncə və uzun xətlərə sahibsinizsə
Yəqin ki, insanlar həmişə sizə çox şanslı olduğunuzu deyir. Nə geyinsəniz, gözəl yaraşır. Ətək ölçüsü də sizin üçün dərd deyil. Mini, midi formada kəsilmiş, ya da ayaq biləyinizə qədər uzanan və dərin yırtıqlı ətəklər tam sizə görədir. Ancaq uzun ətəkləri geyinərkən ayaq biləklərinizi tam örtməməsinə çalışın.
Davamı →

Zövqlü geyindiyinizi göstərən amillər

Belə deyirlər ki, zövqlər ətrafında mübahisə etmək olmaz. Müasir dəb də hər kəsə öz istədiyi tərzdə geyinməyə icazə verir. Lakin dəb dünyasının özünün yazılmamış qanunları var ki, onlara görə kimin zövqümüzü oxşadığını, kimin isə əksinə zövqümüzü korladığını müəyyən etmək olur.

Hər insan geyimində ümumi qaydaları nəzərə alıb öz imzasını qoymağı bacarmalıdır. Təbii ki, necə gəldi geyinənləri nəzərdə tutmuruq. Ancaq özünəməxsusluğu ilə fərqlənən şəxs modapərəst adına layiq görülə bilər.

1. Geyiminizlə bağlı hər gün tərif eşidirsiniz.
Davamı →

Moda haqqında 30 mif

Dəb aləmində bir çox miflər covcuddur ki, bu miflər əslində zövq və dəbə heç bir aidiyyatı yoxdur. Sizə bu mifləri təqdim edirik:

1. Geyimdə istədiyiniz qədər rəng istifadə edə bilərsiniz. Bütün rənglər biri-birinə yaraşa bilər. Lakin ən önəmli şey rənglərin eyni kateqoriyada olmasıdır. Rənglər: tərkibinə boz, qara, bəyaz qatılmış və təmiz rənglər olaraq 4 yerə bölünür. Eyni kateqoriyadan olan rəngləri qatmaq uğurlu seçimdir.

2. İsti və soyuq rəngləri də biri-birinə qatmaq mümkündür.

3. Başdan ayağa eyni rəngdə geyinə bilərsiniz.
Davamı →

Qol saatlarına qulluq

Qol saatına da qulluq lazımdır. Belə ki, mexaniki saatlar daimi olaraq yoxlanılmalı, təmizlənməli, yağlanmalıdır. Mexaniki saatları yaxşı olar ki, qolunuzdan çıxardanda sonra qurasınız. Belə siz qurğuya olan təzyiqi azaltmış olacaqsınız. Mexaniki saatlarla idmanla məşğul olmaq olmaz. Saatın üstünə düşən güc onun uzunmüddətliyi və dəqiqliyinə təsir edir. Avtomatik qurulan saatları həftədə bir dəfə qurmaq kifayətdir.

Batareya ilə işləyən saatlar daha az qulluq tələb edirlər. Lakin bu saatları da bir müddətdən sonra ustaya təmizlətdirməyə, yağlamağa ehtiyac var. Yaxşı olar ki, batareyanı belə ustaya dəyişdirtdirəsiniz. Əgər saatınız suya davamlıdırsa, ustadan sonra mütləq test elətdirin, korpusun düzgün bağlandığına əmin olun. Kalendar mexanizmini korlamamaq üçün 20:00 – 06:00 arası tarixi dəişməyin. 
Davamı →

İlk butsların yaradıcısı

Adolf (Adi) Dassler alman sənayeçi və idman geyimləri dünyasında məşhur “Adidas” şirkətinin yaradıcısıdır (1948). Adolf Dassler Bavariyanın kiçik Gerçogenaurah şəhərciyində dünyaya gəlib. Onun anası paltaryuyan, atası isə çörəkçi idi. Birinci dünya müharibəsi başa çatdıqdan sonra Almaniyada vəziyyət elə də yaxşı deyildi və Dassler ailəsi üçün də pis günlər başlayır. 1920-ci ilin əvvəlində Dasslerlər ailə biznesi yaratmaq qərarına gəlirlər. Bu ailə biznesi isə çəkməçilik idi. Adolfun anasının paltar yumaq üçün istifadə etdiyi məkan emalatxanaya çevrilir. Adolf, onun böyük qardaşı Rudolf və atası burada ayaqqabını tikir, bacıları və anası isə kətandan model hazırlayırdılar. Ailənin istehsal etdiyi ilk məhsul yataq çəkmələri olur.

1924-cü ilin iyul ayında ailə artıq “Dassler qardaşlarının ayaqqabı fabriki”-nin əsasını qoymuşdu. Bu fabrikin isə öz növbəsində ailənin üzvləri də daxil olmaqla 12 işçisi var idi. Onlar birlikdə 1 gün ərzində 50 cüt ayaqqabı istehsal edirdilər.
Davamı →

Tom Ford

Tom Ford müasir dövrümüzün ən yaraşıqlı dizaynerlərindən biridir. O öz brendini yaradana qədər, bütün dəb dünyasında art-direktor olaraq ən çox gəlir qazanan dizayner idi. O Texas əsilli olsa da, Nyu Mexikoda yaşayıb və məktəbi burada bitirib. Daha sonra isə Nyu-Yorka gedərək universitetə qəbul olur və incəsənət tarixini öyrənir.

Lakin zamanla o bu sahəyə aid olmadığını başa düşür və təhsili atır. Bu zaman o memar olmağa qərar verir və məşhur Parsons məktəbinə daxil olur. Lakin burada da, bir neçə il təhsil aldıqdan sonra təhsilini yarıda qoyur. Tom Ford başa düşür ki, geyim dizaynerliyi məşğul olmaq istəyir. Bu səbəbdən də, təhsilini ataraq Parisə gedir.
Davamı →

Diorun dəbli sitatları

Bu fransız moda dahisinin adı əbədi olaraq dəb tarixinə öz möhürünü vurub. Christian Dior yaratdığı unikal modellərlə geyim yaradılması prosesini incəsənət səviyyəsinə qaldırmış, dəb sahəsində kiçik inqilab etmiş, qadınlara eleqantlıq bəxş etmiş və dünyaya bir növ tərz vermişdir. Onun dünyaya bəxş etdiyi bu zövqlü tərz bu günə qədər qorunub saxlanıb. Aşağıda bu istedadlı şəxsin daxili dünyasını kəşf etməyə imkan verən ən məşhur sitatlarını təqdim edirik: 
 
Özü haqqında
  • Mən burjuaziya ailəsində doğulmuşam və bununla qürur duyuram. Uşaq vaxtı yaşadığım ev dəhşətli dərəcədə pis vəziyyətdə idi, lakin bu ev haqqında xatirələrim o qədər incə və möhtəşəmdir ki… Mən öz həyatımı və tərzimi həmin evin quruluşuna və formasına borcluyam. Evimiz boz çalarlara sahib açıq çəhrayı rəngə boyanmışdı və mən yeni tendensiyalar yaradan zaman məhz həmin rənglərin uyğunluğundan istifadə edirəm.

Davamı →

Salvatore Ferraqamo

Statistikaya inansaq, qadını cazibədar göstərən ən önəmli aksessuar dikdaban ayaqqabılardır. Lakin çoxları dikdaban ayaqqabıları bizə sevdirən ixtiraçının kim olduğundan xəbərsizdir. Bunu bilmək üçün xəritədə çəkməyə bənzəyən ölkəni axtarın. Xəritəyə diqqət etsəniz, İtaliyanın çəkməyə oxşadığını görəcəksiz.

Taleyin qəribə oyunudur ki, xəritədə çəkməyə bənzəyən İtaliya dünyanın ən məşhur ayaqqabı ustalarını yetişdirir. Dünyanın bütün qadınları onları möhtəşəm göstərən ayaqqabılara görə italyan ayaqqabı ustası, rəssam və yenilikçi Salvatore Ferraqamoya borcludur.

«Salvatore Ferragamo” ayaqqabı brendi artıq 75 ildən çoxdur ki, italyan dəbdəbəsinin sinonimi hesab edilir. Hollivud ulduzları arasında qazandığı populyarlığa görə, o, „Çəkməçi kralı“ və ya „Ulduz çәkmәçi” ləqəbini alıb. Salvatore Ferraqamo xatirələrində yazır ki, əllə tikilmiş ayaqqabıdan mükəmməl heç nə ola bilməz.
Davamı →