Zolaqlar

Zolaqlar bütün geyim və aksesuarlarda xüsusi yer tutur. Ən tanınmış dizaynerlər zolaqlardan xüsusi məharətlə istifadə edir. Hər hansı bir geyim və aksesuar növünü gözünüzün qabağına gətirin. Orda ən azı heç olmasa iki ağ-qara zolaqdan istifadə olunur. Bu hər bir geyim və aksesuarda kontrast yaradır.
Bəs bunun kökü, mənbəyi hardan gəlir. Qədim insan mənşəyindən,  təbiətdən,  göy qurşağından. Qədim insanlar hələ  ilk geyim növlərində  pələng  dərilərindən  istifadə ediblər. İlk zolaqlı parçalar, geyimlər  məhz pələng dərilərini xatırladıb. Bu da xanımların ən bahalı, ələ düşməz geyimləri olub ki, bu ənənə bu gün də davam edir. zolaqli paltar
İllər keçdikcə dizaynerlər zolaqlı parçalarda  göy qurşağına istinad ediblər. Onlar yeddi rəngin harmoniyasından bacarıqla və yaradıcı şəkildə istifadə etməklə , donlara xüsusi gözəllik gətiriblər
Qeyd edək ki, zolaqların klassik forması  mavi və ağ rənglərin paralelliyindən yaranıb. Bunun ən klassik və qədim nümunəsi  dənizçi geyimləri sayılır. Onları təkcə dənizçilərə deyil ,həm də dəb  həvəskarlarına  yaraşıq bəxş edib.
Zolaqlı parçadan olan  paltarların geyinilməsinin öz forma və xüsusiyyətləri var. Məsələn, hündürboy insanlar zolaqları  eninə olan geyimləri geyinir ki, boyları bir qədər bəstə görünsün. Bəstəboy insanlar isə, əksinə zolaqları uzununa olan geyimləri geyinir ki, boyları nisbətən hündür görünsün.
Başqa bir misal: Zolaqları uzununa olan geyimləri geyinən insanlar arıq, incə görsənir. Zolaqları eninə olan geyimləri geyinənlər isə, nisbətən dolu bədənli görsənir.
Belə zolaqlı parçalar adətən yaz-yay mövsümündə dəbdə olur. Amma zolaqlı aksesuarlar  ilin bütün fəsilləri üçün dəbdədir.
Daha bir misal çəkmək yerinə düşər. Ötən əsrin 60-cı illərində dünya  ekranlarını bəzəyən “Zolaqlıların səfəri” kinokomediyasından sonra zolaqlı donlar və pələng dərili geyimlər xüsusi dəbə mindi. Bu da bütün incəsənət növlərinin bir-biriylə daima əlaqədə olmağını göstərir.horizontal zolaqlar bədən quruluşunu böyüdür, enli zolaqlar paltarın ölçüsünü artırır, nazik zolaqlı geyimlər isə xanımları şux, qamətli və incə göstərir.  Enli sinə və azacıq qarnı olan xanımlara isə,  vertikal zolaqlı geyimlər daha çox yaraşır.
Rəssamlar obrazlarını, portretlərini xüsusi zolaqlarla, portretlərini göy qurşağı ilə bəzəyir. Bu bir daha göstərir ki, zolaqlı geyimlər hər bir sahədə insan ömrünün bəzəyi və yaraşığıdır.
Xanımlar, çalışın siz də bu tipli geyimlərdən istifadə edəsiniz.
 

0 şərh