Dama-dama paltar

Hər bir parçanın öz mövsümü var. Dama-dama parçaları isə hər mövsümdə geyinmək olar. Bu şərtlə ki, geyindiyiniz don mövsümə uyğun olsun.
Əvvəlcə gəlin bir tarixə nəzər salaq. Dama-dama parçalar nə vaxt yaranıb?
Hələ qədim dövrlərdə insanlar naxışlı parçaları icad edib. Dama-dama parçalar isə ilin günlərinə bir işarədir. Bu günlər bir-birinə oxşamadığı kimi dama-dama parçalar da ölçüdə eyni olsa, rəngləri, naxışları müxtəlif olmalıdır.

dama-dama paltarlar,qadın paltarı,damalı qadın


Yay mövsümünün özündə bir rəngarənglik, naxışlıq, dama-damalıq var. Günlərin küləkli, isti, sərin keçdiyi kimi. Bu günlərin də öz donu var.
Dama-dama donların üstünlükləri:

1. Günəş şüalarını bədəndən yayındırır.dama-dama,kletkalı paltar,qadın donu,qadin paltari
2. Ətrafdakıların diqqətini sənə cəlb edir, xüsusilə də iri damalı donlar.
3. Səni yay küləyi kimi şıltaq göstərir.
4. Çimərliyin əsas donlarından biridir. İri damalı donlar səni isti qumun üstündə sanki podiumda olduğun kimi hiss etdirəcək.
5. Dama-dama donlar olduqca sadə, səmimi və naz-qəmzəlidir. Belə geyimlər yeniyetmə qızlara daha çox yaraşır.
6. Yay səfərlər mövsümüdür. Xüsusi dama-dama parçalardan tikilən donlar səfər, yol, maşın, qatar üçün olduqca uyarlıdır.
7. Və sonda dama-dama donlara bütün aksesuarlar yaraşır: qolbaq, çanta, kəmər, yay ayaqqabısı, bu şərtlə ki, bu aksesuarların hər birində dama-damanı xatırladan bir naxış, bir vurğu olsun.

damalı köynək,qadın köynəkləri

Dama-dama donları geyinin, istirahət edin, uduzmazsınız. Haydı dama-damalı günlərə, qızlar!
 

3 şərh

Bella
Sağ ol. Xüsusilə şəkildəki donlar xoşuma gəldi)))
niqulya
Dama-dama donlardansa kişilər kimi kletka köynək geymək daha qəşəng görünür.Axırıncı şəkildə qızın geydiyi köynək kimi.
Bella
Ola bilər. Zövqlər müxtəlifdir.