Saçaqlı paltarlar

Saçaqlarla bəzədilmiş paltarlar xanımlara ilahi gözəllik, naz-qəmzəli bir görkəm verir. Geyimdə və sair aksesuarlarda saçaq elementi ərəblərdən gəlmədir. Ərəb xanımları çox vaxt isti havalarda müxtəlif əzalarını parçayla deyil, sadəcə olaraq saçaqlarla örtməyə üstünlük verib. Beləcə qədim dövrlərdən saçaqlı geyimlər bizim günlərədək gəlib çıxıb və geyimlərin əsas bəzəyinə çevrilib.

Saçaqlar adətən paltarların ətəklərinə, geyimlərin müxtəlif yerlərinə həm toxunur, həm də tikilir.

Bu gün saçaqlı şərflər, baş örtükləri də o dövrün adət-ənənəsindən qalmadır. Saçaqlı paltarlar xanımların bədəninə bir dinamika, cazibədarlıq gətirir. Ərəb rəqqasələri bu saçaqlı geyimlərdən daha çox istifadə edir. Bu da müxtəlif rəqs ritmlərində tamaşaçının diqqətini daha çox çəkir.

Saçaqlar adətən ipək, pambıq və süni liflərdən toxunmaqla rəngarəng muncuqlarla da bəzədilir.

Saçaqların məişətdə də özəl yeri var. Onlar xanımları bəzədiyi kimi süfrələrin və müxtəlif örtüklərin də bəzəyinə çevrilib .

Bu ilin mövsümü dəblərində də əsas bəzək kimi saçaqlardan istifadə olunur. Xanımlar, siz də zövgünüzə uyğun geyiminizdə belə saçaqlardan istifadə edə bilərsiz.

Bu bir daha onu gostərir ki, insan fantaziyası sonsuzdur... həm dəbdə, həm geyimdə, həm də məişətdə.

 

2 şərh

soni_memmedzade
ok
Gülnar
Bax nə ok? Okeyin nə yeri var burda və bundan başqa ok yazdığınız onlarla topikin şərhlərində?