Qış geyimləri

Payız mövsümü bitdi, soyuqlu qarlı günlər gəldi. Dəb həvəskarları qarderoblarındakı sviterləri istifadə etməyə başladı. Ancaq bu sviterlər dəblə uyuşurmu? Bu sualı dünyanın məşhur dizayner və modelyerləri  özlərinə də verdilər. Və çox düşünüb daşınmadan belə qənaətə gəldilər ki, bu mövsüm sviterlərdə yeni naxışlar, elementlər, printlər  əlavə etmək lazımdır. Bu naxışların mənbəyini də təbiətdən götürdülər. Bunlar əsasən üç tendensiya üzərində qurulub:
1. Relyef naxışlar. Bunlar iri qaba toxunuşlu naxış elementləridir ki, sviterlərdə hörükvari formada görsənir.  Belə model sviterləri qode-yubkalarla geyinmək olar. İlk baxışdan bir növ 50-ci illərin dəbini xatırlatsa da, müasir görünür. Belə geyimlə uzunboğaz çəkmə və fetr şlyapa yaraşır.
2. Ağ-qara naxışlı sviterlər. Bu klassik forma bir növ mövsümün hitidir. Belə naxışlı sviterləri hər yerə geyinmək olar. Əsasən qalın kolqotkalarla və denim yubkalarla geyinmək məsləhət görülür. Ağ-qara naxışlı sviterlərə parlaq aksessuarlar daha çox yaraşır.
3.  Şən printlər. Bir çox dizaynerlər bu sviterləri sevimli heyvan rəsmləri ilə bəzəyiblər. Bunlar əsasən meşə maralları, cazibədar panda, şıltaq meymunlar, ipək yunlu quzular və başqa heyvan növləridir. Belə sviterləri dar şalvarlar və cinslərlə geyinmək olar. Belə geyimlərlə yersiz aksessuarlardan qaçmaq lazımdır.
Sviterləri tanınmış modelyer və dizaynerlər qışın ən əsas geyim növlərindən biri sayır. Biz sizə bunların bir neçə növünü təqdim etdik. Öz zövgünüzə uyğun olanı seçib, geyinin ki daima dəbli görünə biləsiniz.
 

0 şərh