Fin testi - psixoloji test

Sizə Finlyandiyada istifadə olunan bir psixoloji testi təqdim etmək istəyirəm. Bu dövlətdə işə qəbuldan tutmuş, əsgərliyə çağırışa qədər bu testi geniş istifadə edirlər. Testin məqəsdi insanların psixoloji problemlərini öyrənmək və onalra uyğun işlərin seçilməsidir. Testin ideyası çox sadədir: Yoxlanılan şəxs vərəqə baxır oradakı dairələrin içindəki rəqəmləri deyir. Əgər o bütün rəqəmləri görürsə deməli sağlamdır. Yox əgər bir neçəsində görmürsə deməli onun gözündə problem var (Yəni daltonizm-rəng korluğu). Testin şəkili və dairələrdəki rəqəmləri görməmə zamanı hansı problemlərin olduğunu aşağıda görə bilərsiniz.

I dairədəki rəqəmi görmürsünüzsə - Sizdə yüksək aqressiya və konfliktə meyllilik var.

II dairədəki rəqəmi görmürsünüzsə - Əqli inkişafda probleminiz var. 

III dairədəki rəqəmi görmürsünüzsə - Hasterimarqiya (acgözlük)

IV dairədəki rəqəmi görmürsünüzsə - Sadizm əlamətləri

V dairədəki rəqəmi görmürsünüzsə - Gizli Homoseksualizm Əlamətləri

VI dairədəki rəqəmi görmürsünüzsə - Şizofreniya

 

Məndə testin cavabları var. Kim istəsə soruşub gördüyü rəqəmləri yoxlaya bilər.

 

30 şərh

təpəgöz
5-ci şəkili görmürəm:=)
2ral
Mən də beşinci şəkili görrmürəm.Ədədləri topikdə aşağıda yerləşdirin.
ramzes
Biri görməyən belə çıxır ki, kordur? )))))
IDEAL
Evdə heç kəs 5- görmür. hətda mən də görmürəm. 
ramzes
5 söhbəti mentalitetə uyğun deyil ))))
IDEAL
Düzdü düzdü mentalitetə uyğun deyil. Məsələn mən evdəkilərə hansı problemləri olduğunu izah edə bilmirəm:)))
IDEAL
Deməli belə çıxır ki 5-inci rəqəmi görürsən. Yaz bizdə bilək.
Dior
5-i heç kim görmür,bəlkə deyəsiz hansı rəqəmdi,ürəyimiz çəkildi.
Freddie
Deyəsən birinci müştərini tapmışam. Dior, tələs görüm. O rəqəmi bilməsən, bu gecə yata bilməyəssən… Bax bir azdan burda olmayacam:)))
Freddie
5-ci dairədəki rəqəmi bilmək istəyənlər mənə şəxsi mesaj yazsın, deyim. Amma mesajdan əvvəl profilimə plyus verməyi unutmayın :D Kompaniyanın vaxtı Mayın 2-də bitir. Tələsin…
Dior
Çox sağ ol,daha lazım olmadı.
Magicboy
Freddie, bazarda deyəsən güclü rəqibin var...Yəqin o yarım plyusa eleyir ki, dior razı olmadı :)))
IDEAL
Çox düşündüm və belə qərarına gəldim ki, orda rəqəm yoxdu. Sadəcə kim görmədiyini deyirsə psixoloji cəhətdən bu onun özünə güvənmədiyini göstərir. Buradanda belə çıxır ki, cınsı baxımdanda tərəddüd keçirən biridi. Bilmirəm fikirlərim düzdü ya səhv. Ancaq həqiqətən orada rəqəm yoxdusa maraqlı testdi. ola bilər həmin adam homoseksual deyil ancaq məncə ən azından skeptik biridi. Məsələn mən skeptik olduğumdan orada rəqəmin olub olmaması ilə bağlı tərəddüd keçirməyim normaldı. Çünki hər şeyə şübhə ilə yanaşıram.
Freddie
Lap NHN sualıdıe. İdeal, orda 6 rəqəmidir. Mən əslində iki rəqəm arasında qalmışdım. Biri 6 idi. Sonradan düzgün cavabı axtarıb tapdım. Əmin olmaq üçün bu linkdən istifadə edə bilərsən… www.flickr.com/photos/28379739@N06/3503690709/sizes/o/
IDEAL
NHN sualı olduğunu hiss etdim.Düşündüm ki, əgər bu fakt mr13 ün əlinə sual versiyasında keçməyibsə o 100% yarışda bizə bunu sual şəklində verərdi. Deməli o bu faktla sual şəklində rastlaşıb.
Əslində belə düşündüyüm üçün orada rəqəm olmadığı versiyasını irəli sürdüm NHN suallarında belə çaşdırıcı məqamlar olur axı.Cavabı yazdığınız üçün təşəkkür
Freddie
Hə kömək üçün qabaqcadan ədədin birrəqəmli olduğunu desələr, bu suala asanlıqla cavab tapmaq olar. Amma başqa cür çətindi :))
Westsider
Bura şərh verənlərin heç birində sürücülük vəsiqəsi yoxdur?

Görmə problemlərinin psixologiyaya dəxli yoxdur)) Beşinci şəkildə isə heç bir ədəd yoxdur))
mr13

Freddie — nin göstərdiyi şəkil falsifikasiyadır. Yəni əslində bu bir zarafat idi və bu zarafatın baş tutması üçün bir neçə nəfərin bu zarafatdan xəbəri olmalı idi. amma təəsüf ki, heç kəsin xəbəri olmadığından baş tutmadı. Sadəcə olaraq xəbər verdiyim insanlar müəyyən problemlər üzündən mən dediklərimi edə bilmədilər. 5-ci xanada heç bir rəqəm yoxdur. Bu zarafatı hər yerdə H.K. Andersenin "Çılpaq Kral" nağılı ilə eyniləşdirirlər. Yəni bir nəfər özünü pis etməmək üçün orda nə isə gördüyünü deyir və qalanları da məcburən (yenə də qonşudan qalma dala prinsipi ilə) onların da orda eyni şeyi gördüklərini deyirlər. Və sonda aydın olur ki, heç kəs homoseksual deyil amma əksəriyyəti yalan danışmaya meyllidir. Ümüdvaram ki, bu baş tutmayan zarafatımdan incimədiniz.


P.S. kayzendə homoseksualların olub olmadığın bilmirəm. amma onu dəqiq bildim ki, userlər yalan danışmağa meylli deyil.

IDEAL
Əla! Əslində orada rəqəm olsaydı maraqsız olardı.
mr13
Çox sevindim ki, inciyən olmadı
Leyla
kayzen istifadəçiləri yalançı olmaqdansa homoseksualist olmağı üstün tuturlar=)
Minimum 5 nəfər düzgün adam var deməli bu saytda.
Erudit
hamisini gordum 5dən basqa. buna da sukur. ən pisini atlatdim)))
Erudit

bir dəqiqə deyəsən axi 5de həqiqətən nəsə var)))

kastanka
)))) super. mr 13 zarafatın baş tutdu. təbrik edrəm. heç gülmeyim yox idi.)))doğrudan da insanlarda belə qəribə psixologiya var da..əgər 5 -ci punktda yazılsaydı ki, ayaqqabıvızın bir tayı yoxdur, sizin adınız filan deyil və ya sizdə manyaklıq əlamətləri var hamı özündən şübhələnəcəkdi.Burda da elə.doğrusu bir az narahat oldum əvvəldə.Bir anlıq düşündüm görəsən belə şey ola bilər ??)))) uzas..))
məryam
Mən birinci biri gördüm.
Xrizoberil
5ci şəkildə hansı rəqəmdir? ))) təəssüflər ki, görə bilmədim… çox güman ki, orda rəqəm yoxdur :D
Xrizoberil
hmm, testin marağı itməsin deyə, şərhləri oxumadan cavab yazmışdım...şərhləri oxuyanda bir az məyus oldum, daha sonda isə 5-ci şəkildə rəqəm olmadığına çox sevindim )))))))))))) maraqlı idi.
lili95
5 cini görmək olmur.inanılmaz neticəsi var