Dünyanın 7 təbiət möcüzəsi

Misir ehramları, Babil asma bağları, Rodos nəhəngi, Zefsin əzəmətli heykəli, Mavzoley, Artemida məbədi və İsgəndəriyyə mayakı qədim dünyanın 7 möcüzələri. Minilliklər keçsə, onların özü dağılıb məhv olsada onlar haqqında əfsanələr hələ də yaşamaqdadır. 
3-cü minilliyin əvvəlində isə New7Wonders fondu dünyanın 7 müasir möcüzəsini müəyyənləşdirməyi qərara aldı. İnternet vasitəsilə kecirilən səsvermədə 100 milyondan artiq insan iştirak etdi və dünyan;n 7 yeni möcüzələri 07.07.2007 tarixində elan olundu......
İndi isə fond dünyan;n 7 təbiət möcüzəsini seçmək üçün səsvermə başlatmışdır. 2011 ci ildək davam edəcək bu səsvermə bütün dünyadan namizədlərin qəbulu ilə başlanmışdır. Mütəxəssislər namizədlər arasından ən layiqli 441-inin siyahısını tərtib etdilər. 2-ci tura isə hər ölkədən yalnız 1 namizəd keçirildi və nəhayət 2009-cu ilin iyulunda 28 finalçının adı elan olundu. 

Finalçılar arasında Azərbaycanımızın da adı yer almışdır. Ölkəmizi Qobustanın palçıq vulkanları təmsil edir. Vulkanlarımıza dəstək olamaq üçün öz ingilis diliinə güvənənlər www.new7wonders.com , rusdillilər isə www.inpath.ru/wonders/nature ünvanına girib 6 digər namizədlə birgə vulkanlarımızı da qeyd edə bilər.

 

 

15 şərh

bankir
Səsverməyə cəhdi vaxt itkisi sayıram.Palçıq vulkanını heç özümüz tanımırıq onda qalmış dünya.
mr13
Vaxtın belə qiymətlidir cənab bankir? əgər dünya tanımasaydı finala çıxmazdı. Sənin tanımamağın isə şəxsən öz problemindir. Bunu orta məktəbdə də keçirlər.
mr13
Belə başa düşürəm ki, hamı bankir kimi düşünür
rokfeller
Müsyö doğru düşünür.
mr13
Bilmirəm niyə amma mənə həmişə elə gəlib ki, papatürk, rokfeller, bankir və 2ral eyni cür düşünürlər.
papatürk
başqalarını deyə bilmərəm,amma məni o araya nahaq saldın.Öz adımı bankirlə yanaşı görmək istəmirəm…
IDEAL
Bankiri isə təbrik edirəm,həqiqətən kayzenin ən savadlı,ən ağıllı istifadəçilərindəndir.


papatürk bu sözlər sizə aid olmasaydı elə bilərdim ki, ciddi deyirsiz :)))
papatürk

Ya mənim,ya da sayt istifadəçilərinin yumor hissində problem var.Nəsə minuslayıblar yenə məni.Mən başqa şey nəzərdə tuturdum.


Belə götürəndə isə,nəinki bankir,elə kayzenin aktiv istifadəçilərinin əksəriyyəti(içində siz olmaqla) çox savadlıdır. elə bugün Leylanın Kutuzov haqqındakı arqumentlərini boşa çıxarmaq üçün düz 2 saatdır əlləşirəm,amma bir şey alınmır.


Offtopa görə üzr istəyirəm.amma söhbəti mən yox,mr13 salmışdı.

Westsider
mr13, ingilis dilindəki sayta daxil olsaydınız, bilərdiniz ki, artıq 7 möcüzə seçilib...



Westsider
ee saytda niyə kommentimi silə bilmərəm?.. çaşıb əvvəlki yazdığımı göndərdim..

artıq səs də vermişəm…
mr13
siz əvvəlki yazdıqlarınızı yadigar saxlayırsınız? :)))
mr13
əgər siz postu yaxşı oxusaydınız bilərdiniz ki, söhbət Dünuyanın 7 təbiət möcüzəsindən gedir və orda hələ seçimlər davam edir.
Westsider
yox iki Tab açıq idi Google Chrome-da, çaşıb o birisindəkini basdım))))) gərək saytda kommenti silmək funksiyası(ilk 24 saatda) olsun, yoxsa belə çaşıb nəsə göndərirsən — qalır…
Dior
Şərhimin mövzuya aidiyyatı olmasada,bildirmək istərdim ki,mövzuda çoxlu qrammatik səhvlər var.
Erudit
vaxt yoxdu yazana qədər girib səs vermək olardı məncə və bu daha səmərəli olardı.