Kutuzov

Kutuzov haqqında çox yazılıb. Əgər onun haqqında nələrsə hələ yazılmayıbsa bu təkcə sərkərdənin mürəkkəb və çətin həyat yolu və ya ömrün qəhrəmanlıq səhifələri ilə bağlı deyil, bizim nəzərimizcə Kutuzovlar kimi məşhur bir nəslin mənşə məsələsinin düzgün həlli də əvvəldə qeyd etdiyimiz həmin cəhətlərdən az əhəmiyyət kəsb etmir.
Rus nücəbasının "Məxməri kitab"ında Kutuzovların ulu babasının almanların içindən çıxaraq Aleksandr Nevskinin yanında xidmətə girməsindən danışılır. Bu "alman əsilli" məsələsi şöhrətli ailələrin o zaman öz soylarına şərəf-şan artırmaq məqsədilə qoşduqları uydurmalar idi, belə nağıllara tez-tez təsadüf edilirdi. Çünki türk əslini etiraf etmək bir növ cinayəti və onun xəcalətini boynuna çəkmək qədər həqarətli idi.
Bu "qissəyə" inansaq həmin almanların içindən qopub gələn həmin namuslu kişinin adı Qavrila idi. Sonralar həmin Qavrilanın kötücəsi Kutuz ləqəbi daşıyacaqdı. Bu ləqəbdən Kutuzovlar nəsli başlayır. Hətta Kutuzovların qızı sonuncu Kazan çarı Simeon Bekbulatoviçin xatunu idi (Qeyd: Simeon Bekbulatoviç xristianlığı qəbul etmiş xan nəslindəndir). Sonra Kutuzovlardan qardaşlardan birinin ləqəbi ilə (Qolenişçe) Qolenişev-Kutuzov deyə bir qol da ayrılmışdır.
Kutuzovların soy adları ilə bərabər türk adları ilə də yaşadıqları məlum olur. Məsələn, sənədlərdə Kutuzovların Bulıqa, Burduk və s. kimi adları da qeyd olunmuşdu.
Kutuz və ya kudur (maq) r və z səslərinin türk dillərində xarakterik əvəzlənməsi hadisəsini nəzərə alsaq sözlərin eyniliyini qəbul etmək lazım gəlir. Rus dilində kutuzka "türmə, kamera, təcridxana" mənaları (quduz sözü ilə bağlı) daşıyır.
Türk dillərində quduz "qudurmuş, quduz dəymiş, dəlisov, qızğın adam" mənasını daşıyır.
Tədqiqatçılar Aksak, Bulqak kimi qədim türk ləqəbləri içərisində Kutuz (qudurmuş) adını da göstərmişlər (3. 12, 35, 92; 44. 69).
Nəhayət, Kutuzovların ilk nümayəndəsinin Aleksandr Nevskinin yanında xidmətə girən Bahadır Qavriladan və ya türk əsilli Kutuzovların 1230-1240-cı illər arasında Moğol istilasından qorxaraq Aleksandr Nevskiyə qaçıb sığınan bir Bulqar tayfasından olması da güman edilir.
Kutuzovun atası da hərbçi idi, hələ I Pyotrun vaxtında hərbi xidmətə başlamış, general rütbəsində istefaya çıxmışdı. O qədər ağıllı kişi idi ki, xalq arasında "Ağıllı kitab" ləqəbi qazanmışdı.
Kutuzov MixailGeneral Kutuzovdan öz oğluna irsən elmə həvəs, təhsilə maraq, zəhmətə sevgi hissləri keçmişdi. Oğul Kutuzov oxumağa, öyrənməyə, hər şeyi dərindən bilməyə can artırdı. Gənc Mixail Kutuzovu artıq artilleriya mühəndis məktəblərində həm də şən xarakterinə görə sevirdilər. Lakin onda ağılla bərabər tizfəhmlilik, ehtiyatlılıq və demək lazımdır ki, hiyləgərlik də sezilirdi. Gənclikdə - öyrəndiyi xarici dillər arasında türk dili də var idi. Bu fəndgirlik bütün yürüşlərdə həlledici məqamda onun dadına çatırdı. Borodino döyüşündə gecə ikən qaçıb aradan çıxarkən də ehtiyatlılığı, hiyləgərliyi əlindən tutmuşdu. Filidə Hərbi Şurada qardaşı oğlu mürəkkəb şəraiti nəzərdə tutaraq ondan: "Nə edəcəksiniz?" deyə sorduqda "döyüş olmayacaq, o birinə baxarıq", deyə tək gözü ilə mənalı-mənalı göz vuranda da həmin hiyləgərliyi işinə yaramışdı.
Kutuzov haqqında adətən belə düşünürlər ki, o birbaşa rəhbər mövqeyə qalxmış, ordunu o saat qələbədən qələbəyə aparmışdı. Əslində bu şöhrət naminə ömrün 40 ili səfərlərdə - müharibələrdə keçmişdi.
Ordu komandanlığına gələn yol cəbhələrdən keçirdi. 1770-ci ildən isə onun Türk cəbhələrindən keçən yolu başlayır. General Rumyantsevin ordusunda Dunay kompaniyasında iştirak edir. Kutuzov Dnestr, Prut və Dunay arasındakı böyük ərazilərin ruslara keçməsinin şahidi olur. İlk döyüş qələbəsini dadır. Bu əzəli türk torpaqları uğrunda Pyotr çox səy göstərmişdi, indi onun ölümündən 40 il keçdikdən sonra həmin yerlər Rus imperiyasına daxil edilməkdə idi. Bu qələbəyə görə Rumyantsev 39 yaşında feldmarşal rütbəsinə layiq görülür. Gənc Kutuzov üçün isə bu qələbə hərbi sənət məktəbi rolunu oynadı. Baş Ştab zabiti kimi o rus qoşunlarının da, əleyhdarlarının qoşununun da hərəkəti barədə mükəmməl məlumatlara malik olur, mürəkkəb əməliyyatlardan baş çıxardırdı.
Kutuzovun gözünü kor edən yaranı isə (o buna görə şəklini həmişə yandan çəkdirirdi) 1774-cü ildə Krımda Aluşta döyüşlərində almışdı. İlk müalicəsini alan kimi xaricə - sularda müalicəyə göndərilir. II Yekaterina: "Kutuzovu qorumaq lazımdır. O mənim böyük generalım olacaqdır" deyə uzaqgörənlik göstərmiş və Kutuzovun qədrini bilmişdi.
Artıq Kutuzov Suvorovun qoşununda döyüş komandiridir. Kutuzov ağıl və böyük taktika tələb edən diplomatik işi də döyüş tapşırığı kimi ciddiyyətlə yerinə yetirirdi. Arvadına yazdığı məktublarda (arvadının qızlıq familiyası Bibikova idi) yeni oxuduğu kitablardan danışır, ondan da bunu tələb edib gözləyirdi; paytaxtın mədəni və elmi aləmindən aldığı xəbərləri acgözlüklə dinləyirdi. Allah ona beş qız övladı pay vermişdi. Qızlarından biri - ağıllı Liza Puşkinlə dostluq edirdi.
Alınmaz türk qalası şöhrətini daşıyan İsmayılın taleyi həll olunanda Potyomkin Suvorova "ümidim bir Allaha və sənin igidliyinədir", deyə yazırdı. Suvorov qala üstünə gələrkən qoşunda ehtiyat nərdivanları və kəndirləri, dərin müdafiə xəndəklərini dolduran çuvalları götürməklə yanaşı ona bərk lazım olan adamı - Kutuzovu da yanına alıb qala altına gətirmişdi.
Suvorov zabitlərə döyüşqabağı tapşırıqları göndərib hər kəsin vəzifəsini özünə anlatdıqda dərhal özünəməxsus lakonik tərzdə: "bu Kutuzova aid deyil, o özü hər şeyi bilir"- deyirdi.
İsmayıl qalasına hücumda Kutuzov məsul yerdə durmuşdu. Ona altıncı cinaha komandirlik etmək tapşırılmışdı. İtki çox idi, qan su yerinə axırdı. Hətta kazakların belə gözü qorxmuşdu, geri çəkilmək lazım idi. Amma bunu Suvorova heç kim cürət edib çatdıra bilməzdi. Yalnız Kutuzov, qan tökməkdə, qırğında Suvorovdan heç də az hünərli olmayan Kutuzov ürək edib Suvorova: güc bitir, mənə əsgər verin, deyə bildi: bilirdi ki, belə güc yoxdur, meydanda ölülər qalmışdır. Suvorov: "Rusiyaya artıq İsmayılın alınması və Kutuzovun ona komendant təyin olunması haqqında raport yola salınmışdır" deyə qələbə yolunda silahla bərabər işlətdiyi inadı və rəşadəti işə saldı. İndi son hücuma başlamaq olardı, lazım olan səviyyədə ruh yüksəkliyi təmin olunmuşdu.
Həqiqətən qalada qırğına ilk başlayan da Kutuzovun kazakarı və yeger alayları oldu.
Döyüşün sonunda özünə gələn kimi arvadına yazırdı: "Daha ömrümdə belə döyüş görmərəm. Başımda tüklərim bimbiz durub. Yanımda kim vardı həlak olub. Düşərgədə kimi soruşuram ya ölüb, ya da can üstündədir. Ürəyim qanla dolub, gözlərimdən yaş süzülür. Bütün gecəni tək idim. Həm də o qədər iş var ki, heç yaralıları hələ yerləşdirə bilməmişəm. Şəhəri də qaydaya salmaq lazımdır. Elə türklərin on beş mindən artıq meyidi qalıb. Korpusu da cəm edə bilmirəm, sağ qalan zabitimiz demək olar ki, yoxdur". Kutuzov səmimi dostuna (arvadına) yazdığı elə səmimi məktubunda ruslardan ölənləri demirsə də onların sayı türklərdən ikiqat artıq olmalı idi. Odur ki, bu cəfəngiyyat qələbə heç kimə lazım deyildi. Paytaxtda, hətta əyanlar belə Suvorovun qan hərisliyindən nifrət edib çiyrinmişdilər.
Yara dəyməyən ailə qalmamışdı. Aylar belə keçir, nəinki türklərin, heç rusların meyidini yığışdırıb qurtara bilmirdilər.
Suvorov Peterburqdan Kutuzovun təltif olunmasını xahiş etdi. Qələbədən dərhal sonra Kutuzov general rütbəsinə layiq görülür. Bu zaman Kutuzovun 45 yaşı var idi.
İsmayıl qalası alındığı ərəfədə taledən zərbə almışdı: yeganə oğlu çox gənc ikən çiçəkdən ölür. Məktublardan göründüyü kimi qanla dolu açıq qəbrə çevrilən Türk qalası İsmayılın dərdi kimi onun da bir insan kimi öz dərdi var idi. Məğrur türk qalası İsmayıl alındısa (Bu qalanın adı onun qəhrəman komendantı igid kapitan İsmayılın (XV əsr) adındandır) rusların hələ Dunay səfərləri, Maçin, Babadağ və İsakçı döyüşləri Qara dəniz uğrunda müharibələr irəlidə idi. Lakin hələlik də uğurlar böyük idi: Yassı sülhündə (1791) qazanılan nailiyyətlər nəticəsində Qara dənizə yol açılmışdı.
Müharibə və döyüşlərin şəraiti imkan verirdi ki, düşmənin gözünün içinə baxasan, qılınclar çaqqışanda kükrəyən sinələr, qanlı gözlər özü qılınc kimi işləyirdi. Bəzən bu savaş meydanı pəhləvan meydanına dönrdü. Dəfələrlə türklə üzləşən Kutuzov da onlara heyrətini gizlədə bilmirdi; düşməndən təhsinlər almaq hər orduya nəsib olmur. Kutuzov türkləri Dunay boyundakı Slistriya qalasında mühasirədə saxlarkən arvadına 1811-ci il 10 oktyabr tarixli məktubunda yazırdı: "Турки, которые заперты восемь дней, уже едят лошадиное мясо, без хлеба и без соли, и не сдаются" (24, c.257).
Qızı E.M.Kutuzovaya (Tizenhauzenə) - Puşkinin dostuna 1811-ci il 13 dekabr tarixində Buxarestdən yazırdı: “Не знаю, что будут говорить о моей компании по ее окончании, но я ею очень доволен…Среди пленных есть один трехбунчужный паша Чапан-оглу в возрасте 25 лет. Он так красив и элегантен, что мог бы вскружить голову всему Петербургу” (24, c.275).
...Napoleon Moskvaya hücum edəndə isə sərkərdə Kutuzov artıq yaşlanmışdı. Qoca qartal Borodino çölündən rusların vahimə içində qaçdığını görürdü. Odur ki, hər şey itirilməmiş, yəni ordu məhv olmamış dərhal geri çəkilməyin vacib olduğunu başa düşdü.
8 sentyabr sübhçağı fransızlar qarşı tərəfi - cəbhəni boş gördülər.
Kutuzovun Rastopçin (Moskvanın general-qubernatoru) və general Benniqsen kimi əleyhdarları ona gülüb ələ salırdılar: Qoca fransızlardan qorxur... Qoca isə səbr və təcrübəsini işə salmışdı: dözüm və fəndə güvənirdi. Bu böyük səbr içində rahatlıq və müdrikliyini əldən vermirdi. Qarlı qış günlərində hələlik "dincə oturan" rus düşərgələrində ümumdüşmən elan olunmuş  Napoleonu  zarafat  və  hədyan  mənbəyi  edib gülürdülər. Xalq folkloru yaranmaqda idi. Bir dəfə bir zabit Napoleonu dolayıb güldükdə Kutuzov onu saxlayıb "cavan oğlan, kim sənə icazə verib ki, dahi sərkərdə haqqında belə danışasan?" deyə onu məzəmmət etmişdi. Qoca sərkərdə taleyin, qismətin yazısına inanmalı idi. Enən qalxmalı, qalxan enməli idi. Necə? Nə zaman?..
Rusiya fəci günlər yaşayırdı. Çar Peterburqdan hər şeyi arxivin, hətta I Pyotrun Senat meydanında olan atlı heykəlinin də evakuasiya edilməsi barədə sərəncam vermişdi.
Belə halda günahı yıxmağa bir günahsız boyun axtarırdılar. Hər köhnə tarixçələr eşilib araşdırılırdı. Peterburqa - panika içində çabalayan paytaxta Filidəki hərbi şuranın protokolunu da tələb edirdilər. Lakin çar qoca əsgəri baş komandanlıqdan çıxarmağa cürət etmirdi. Müasirləri, daha doğrusu o günün şahidləri Kutuzov haqqında deyirdilər ki, "onun bir hərəkətsiz günü min qələbəyə dəyər!"
Qoca əsgərinsə özü susurdu, onun zarafatla bir vaxt dediyi "Sərkərdənin başını qoyduğu yastıq da onun fikirlərini bilməməlidir" sözlərini xatırlayıb bu susmağın qızıl olduğunu dərk edirdilər. Amma bərk fikir çəkirdi... Və sonra gələn ölümün səbəbi də bu "gözəl" fikir oldu.
O bilirdimi ki, inam və sevgiylə yanaşı Napoleona qələbə çalan rus şaxtası da olacaqdı?! İndi bu şaxta çox yerində və vaxtında zühur etmişdi. Kutuzova xalq kömək edirdi. Qaçan düşməni qovub haqlayan xalq indi-indi cürətə gələn qoşunu da qabaqlayırdı. Yalın əllə belə indi yıxılan düşməni döyürdü.
Xalq yaba götürüb, pas tutmuş dəryazını itiləyib axın-axın axışıb düşmən qabağını kəsirdi, çayın buzunu sındırıb əllərinə keçən fransızı buz deşiyindən suya salıb boğurdu.
Şaxta qılınc kimi kəsir, qəzəbdən qudurmuş xalq yatmalı olduğu uzun ayların "qış yuxusu"ndan silkinib həyasız düşməni ayağı tutduqca, qılıncı kəsincə qovmaq istəyirdi. Bu düşmən ona görə həyasız idi ki, keçən yüzilliyi başdan-başa uzaq yad torpaqlarda keçirən istila edən, çalan-biçən rusun öz vətəninə ayaq qoymuşdu.


...Nəhayət Kutuzov düşüncələrdən başını qaldırır, vaxtın çatdığını anlayırdı. Fransız elçisindən müharibənin qurtarması barədə Napoleonun dəvətini etinasızlıqla dinləyib "Necə yəni müharibəni qurtaraq? O indi başlayır" - cavabı sərkərdənin qələbəyə inamının, başlıcası bu işdə özünə, öz ömrünə inamının ölmədiyini, yaşadığını göstərdi.
Həqiqətən getdiyi qələbə yolunda öldü. Ölüm onu Almaniyada yaxaladı, yataqda yox, əsgər tək səfərdə öldü. Türklərlə savaşa həsr olunmuş bir türk ömrü sona yetdi.

Mənbə Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı

4 şərh

2ral
Leyla,qalibləri mühakimə etmirlər (Победителей не судят). Kutuzov faktiki olaraq qələbə çalıb.
Leyla
Deyəsən təcili Фельдмаршал Кутузов: мифы и факты kitabını tapmaq lazımdır:=)
2ral,məsələ ondadır ki,Kutuzovun guya ki Napoleonu ərzaq ehtiyatından məhrum etmək,onu yormaq,zəiflətmək metodu da heç onun öz planı deyil:
Михаил Богданович Барклай де Толли, главнокомандующий армии, разработав в 1807 году Скифский план – стратегию избегания лобовых столкновений с Наполеоном, как избегали скифы Александра Македонского. В случае агрессии Барклай де Толли предлагал уводить захватчиков в глубь России, сопровождая отход партизанскими действиями, с учетом условий зимы и отрезанием противника от тыла и фуража.

Gördünüzmü?Heç o da Kutuzovun əməyi deyil.Əsas məsələ.Rus şaxtası:
Люди Бонапарта умирали от холода и болезней тысячами, десятками тысяч сдавались в плен или просто разбегались. В общей сложности в плен попало до 150 000 человек, тогда как в Россию вошла армия не в 640 000, как любили писать в Москве, а 450 000. Стало быть, на Западе не преувеличивают потери французов от зимы – они менее чем за месяц потеряли больше, чем при Бородино!
təpəgöz

Sensasiya! Bu videoya baxandan sonra Kutuzovun dahi olub-olmamağına əmin ola biləcəksiniz:




Videonun tam versiyası isə38 dəqiqədir,baxmamışam,amma məsləhət görürəm.Əgər Napoleonu heyrətə gətirə biləcək bir üsul işlədilibsə,Kutuzova dahi deməmək günahdır.