ABBA

İsveç pop-qrupu “ABBA” 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb(ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog and Anni-Frid Reuss).Çox maraqlıdır ki,ABBA adı İsveçin dəniz məhsularını istehsal edən bir firmasının adıdır (Abba Seafood).Qrup üzvləri onlardan ABBa adını istifadə etmək üçün icazə istəyəndə onlar bildirmişdi ki,icazə veririk,amma elə edin ki,biz sizin adınıza görə xəcalət çəkməyək:)
1974-cü ildə "Waterloo" mahnıları Eurovision müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb. Karyera müddətində “ABBA” qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu "The Visitors" adlı albomu isə 1981-ci ildə çıxıb. Baxmayaraq ki, onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməsələrdə, amma “ABBA” qrupun 1983-cü ildən dağıldığı hesab edilir.. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır.

ABBA qrupunun üzvləri:

  • Agnetha Åse Fältskog-vokal
  • Björn Kristian Ulvaeus-vokal,gitara
  • Benny Bror Göran Andersson-klaviş,vokal
  • Anni-Frid Synni Lyngstad-vokal

İlk albomu olan "Ring Ring" 1973-cü ildə çıxıb. 2008-ci ildə isə "The Albums" komplekti buraxılıb. Bu buraxılışa ABBA-nın 8 studiya albomu və 1 hədiyyə diski daxildir.18 hit mahnı Britaniya onluğunda yer alır, bunlardan səkkizi yüksək yerləri tutur: Mamma Mia (1976), Fernando (1976), Dancing Queen (1976), Knowing Me, Knowing You (1977), The Name Of The Game (1977), Take A Chance On Me (1978), The Winner Takes It All (1980), Super Trouper (1980).
1977-ci ildə qrup Britaniya səyahətlərinə başlayır və ilin çox hissəsini isə dünya səyahətində keçirirlər. 1979-cu il sentyabrda ABBA ilk Amerika səyahətinə başlayır.
Qrupun sonuncu çıxışları 1982-ci ilin dekabrında olub. Sonralar isə onlar ayrılıqda solo karyeralarını davam etdiriblər.
Daha sonra “ABBA” qrupun iki iştirakçıları Benni Anderson və Byern Uiveus birlikdə layihələr üzrə çalışıblar. Məsələn, onlar birlikdə "Chess" tamaşasına musiqi bəstələyiblər. Lakin Feltsoq və Linqstad birlikdə işləməyiblər.
Qeyd edək ki, 2010-cu ilin mart ayında “ABBA” rok-n-rollun Şərəf zalına daxil olunub.

Diskoqrafiya
* 1973 — Ring Ring
* 1974 — Waterloo
* 1975 — ABBA
* 1975 — Greatest Hits
* 1976 — Arrival
* 1977 — The Album
* 1979 — Greatest Hits Vol. 2
* 1979 — Voulez-vous
* 1980 — Gracias Por La Musica (ispan dilində)
* 1980 — Super Trouper
* 1981 — The Visitors (Bu dünyada satışa çıxarılan ilk Audio CD idi)
* 1982 — The Singles — The First Ten Years
* 1986 — Live (konsert albomu)
* 1992 — Gold Greatest Hits
* 1992 — Oro - Grandes Exitos (ispan dilində)
* 1993 — More ABBA Gold/More ABBA Hits
* 1993 — Mas Oro - Mas Exitos (ispan dilində)
* 1994 — Thank You For The Music
* 1999 — Singles Collection 1972—1982
* 1999 — Oro/Grandes Exitos (ispan dilində)
* 2001 — The Definitive Collection
* 2005 — ABBA The Complete Studio Recordings (9 studiya albomu + 2 video disk)
* 2008 — The Albums (8 studiya albomu + 1 hədiyyə diski)

 

Ən gözəl mahnılardan biri-Happy New Year

Həmçinin bax: Modern Talking

loading...

0 şərh