Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Caz musiqisi

XIX əsrin sonunda ABŞ-ın Missuri ştatının barlarında yeni üslubda yaradılmış musiqi səslənməyə başlanır. Avropa musiqisinin ənənələrini — Şopen və List yaradıcılığını, marş, polka kimi məişət janrlarını zənci musiqisinin formaları ilə qovuşduran bu yeni üslub reqtaym adlanır və az bir vaxtda o, geniş yayılır. Faktik olaraq cazın ilkin mərhələsini də məhz reqtaym təşkil edir. Lakin caz, sözün həqiqi mənasında XX əsrin əvvəlində Nyu-Orlean şəhərində yaranmışdır. Çoxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi — həm reqtaym, həm ispan və fransız musiqisi, həm blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və həm də kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır.


Ardı →

Tar | Musiqi alətləri

tarTar sözünün mənşəyi
Bəzi dilçilər «tar» sözünün farskökənli olduğunu yazır.  Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində «tar» kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. 

Altaist Sergey Starostin öz «Babil qülləsi» adlı etimoloji toplusunda «taram-/tera-» kökünün  (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi əks olunmuşdur.
 
«Tar» və «taram» sözləri «daramaq» (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki «saç» sözü «saçmaq»dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib. Azərbaycan türkcəsində «tarım» sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir nəticə çıxarmaq olar ki, «tar» sözü «daramaq» deyil, «dartmaq» feilinin törəməsidir. Tarixən simli alətlərin telləri müəyyən üsullarla dartılmış heyvan bağırsaqlarından hazırlanmışdır.
«Dütar» sözü farsca «ikitelli», «setar» — "üçtelli", "çahartar" — «dördtelli», «pənctar» — «beştelli», "şeştar" — «altıtelli» deməkdir. «Setar / sitara» sözü yunan dili vasitəsiylə («kithara», «kifara» biçimində) Avropa dillərinə «gitara» kimi gəlib çatmışdır. 


Tarixcəsi
Azərbaycan tarzəni Mirzə SadıqTarı ilk dəfə Carco şəhərinin Fərab adlı bir kəndində X əsrdə Türküstan türklərindən Tərxanın oğlu Məhəmməd Əbunəsr Fərabi düzəltmişdir.
Nizami Gəncəvinin "İsgəndərnamə" əsərində şair tarı belə təsvir edir:
Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum...

Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi «Tarçalan qız» əsəri bu baxımdan maraqlıdır.
Dütar, setar, çahartar, pənctar və şeştar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Marağai «Məqasid əl-əlhan» əsərində şeştar (6 simli) barədə məlumat vermişdir.
XIX əsrin II yarısında Azərbaycanlı tarzən Mirzə Sadıq (Sadıqcan) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmişdir. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılmışdır.
Azərbaycanın tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.


Quruluş və forması
Quruluş və forma etibarı ilə başqa musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən — çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Onun uzunluğu 850 mm, çanağının hündürlüyü 16 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simi vardır. Sümük ya ebonitdən hazırlanmış kiçik mizrabla dilləndirilir.
  • Simlər üç qrupa bölünür:
  1. Ağ, sarı və kök simlər (hər biri bir olur).
  2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
  3. Zəng simlər (cingənə; iki cüt olur).
    tarın sxematik quruluşu 
Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üstmizrab, altmizrab, üst-altmizrab, alt-üstmizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üstaltüst) və digər ştrixlərdən əlavə, lal barmaq, dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur. İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt «xum» adlanır.
Tar üçün notlar «do» sistemli metsosoprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir. Diapazonu kiçik oktavanın «do» səsindən ikinci oktavanın «sol» səsinə kimidir.

Bas tar (Bəm tar)  — tarın ən aşağı registrə malik növü; qalın, bəm səsli simli-dartımlı musiqi aləti. XX əsrin 60 illərində musiqi kollektivlərində bas (bəm) səslərə olan ehtiyacı ödəmək üçün yaradılmışdır (Varid Fərzəlibəyov tərəfindən). Bas tarın quruluşuna görə tarın böyük formasıdır, mizrabı adi tar mizrabından iki dəfə böyükdür. Bir qayda olaraq, tarzənlər tərəfindən ifa olunur. Alətin notları bas açarında yazılır.
 
 
Davamı →

Nə üçün musiqini sevirik?

  • Musiqi

Musiqi nədir? Düz şəkildə danışaraq deyilə biləcək bir şeyin müxtəlif səs dalğaları ilə deyilməsindən niyə xoşumuz gəlir? Musiqi nə üçün kef və ya taməksinə hüzn duyğusu verə bilir?

Musiqi əslində səs dalğalarının, müəyyən qaydalar içində bir nizama salınmasıdır. Bilindiyi kimi, səs dalğalar halında yayılır. Bir saniyə içindəki dalğa sayı səsin xarakterini təsbit edir. Saniyədə 260 dalğa edən, yəni titrəşən səs 'Do' notudur.
Bu şəkildə 7 təməl not meydana gəlirr: Do-Re-Mi-Fa-Sol-La-Si. Son notdan sonra, Do`nun titrəşmə sayının bir misli qədər titrəşmədə daha incə bir Do gəlir ki, bu iki Do arasına bir oktav deyilir. İşdə bu oktav, qam, akkord deyilən riyazi silsilələr şəklində bir növ düzülərək musiqi yaradırlar. Ancaq bütün bunlar bizə, bu riyazi silsilələrdən bixəbər, Afrika yerlilərinin, dağ başındakı çobanın ləziz musiqisini açıqlaya bilməz.


Ardı →

Müasir Azərbaycan musiqisi

  • Musiqi
XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyov müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyov H.Z.Tağıyevin teatrında qoyduğu «Leyli və Məcnun» operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyov Füzulinin «Leyli və Məcnun» poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.
Ardı →

Rok musiqisi

  • Musiqi
Rock musiqi, ümumiyyətlə tək başına ifa edilməz. Sənətçi adı olaraq ortaya tək bir ad çıxa bilər, amma ümumiyyətlə bu musiqi növü, bir qrupla edilər. Vokalistin (mahnı oxuyan adam) yanında, elektro gitarist, bass gitarist, bateri, bir ya da iki ritim gitarist və klaviatura (piano, org, elektro-piyano vs.) vardır.
Ardı →