Рейтинг
+29.46

Musiqi

30 üzv, 165 topik

Qal, sənə qurban

Getmə, kimsəsizəm,
Qal, sənə qurban.
Bu dilsiz, ağızsız,
Lal sənə qurban.

Mənlə şirin danış,
Mənlə şirin din.
Ələnsin ləbindən bal, sənə qurban, bal sənə qurban.
Davamı →

Für Elise

  • Musiqi

Bagatelle No. 25 A minör (WoO 59 ve Bia 515), hamımıza tanış olan adı ilə Für Elise / Fuer Elise. Möhtəşəmliyi ilə ruhumuza sığal çəkən musiqilərdən olsa da, bir sıra yerlərdə istifadəsilə çox insanda qıcıq doğurması da danılmaz faktdı. Axı Bethoveh haradan biləydi ki, onun hər notunu duyaraq bəstələdiyi əsər, bir gün bizim açıqcaların, musiqi qutularının, məktəb zənglərinin, ya da telefonda gözləmə musiqisinin yerinə keçəcək, öz də ən keyfiyyətsiz halı ilə. Bütün bu neqativlikləri qovub, gözlərimizi yumub dinləyəndə, hamısını unutdurub öz zərifliyini hissetdirəcək gücdə olan musiqidi Für Elise.
Davamı →

Leninqrad simfoniyası

  • Musiqi
II Dünya müharibəsinin ən ağır blokadalardan biriolan Leninqrad mühasirəsi, 8 sentyabr 1941-ci ildə şəhərə gedən sonuncu yolunda kəsilməsi ilə başlamışdı.

İndiki adı St. Peterburq olan Leninqradın ələ keçirilməsi Hitlerin SSRİ-ni istila etmə planında üç strateji hədəfindən biri idi. Şəhərin siyasi,hərbi və sənaye baxımdan çox əhəmiyyətli olması, nasistlərin buranı hədəf seçməsinə səbəb olmuşdu. Nasist ordusu şəhərə gedən bütün qida kanallarını kəssə də, bu çətinlik qarşısında heç cür təslim olmayan sovet xalqı ilə qarşılaşmışdılar.

Qızıl Ordu üçün həyati əhəmiyyəti olan şəhərin tək qida kanalı Ladoqa gölü vasitəsilə çatdırılırdı. Şəhərə yardım soyuq aylarda donan Ladoqa gölünün üzərindən yük maşınları ilə gəlirdi. Qış aylarında -35 dərəcəyə qədər şaxta olan şəhərdə insanlar aclıqdan at, it, pişik və hətta insan əti belə yeməyə məcbur olurdu.
Davamı →

Çahargah

Çahargah — (farsca hərfi mənası — "çahar" — «dörd», «gah» — mövqe, məkan, vəziyyət) — Yaxın Şərq xalqları musiqisində ən çox şöhrət qazanmış muğamlardan biridir. Eyni zamanda Şərq musiqi sinin, başlıca məqam(lad) əsaslarından biri anlamında da işlənir. Qədim Şərq alimlərinin fikrincə, çahargah məqamı göy gurultusu ilə əlaqədar olaraq yaradılmışdır.

Ü. Hacıbəyov çahargah məqamının dinləyicidə coşqunluq və ehtiras hissi oyatdığını qeyd edir. Bəstəkar «Azərbaycan xalq musiqisinin əsasları» elmi əsərində "Çahargah" məqamının səs sırasını belə müəyyən etmişdir (mayə pərdəsi oktavanın «do» səsidir).
Davamı →

Evlərinin önü yonca

Evlərinin önü yonca,
Yonca qalxmış dam boyunca, dam boyunca,
Boyu uzun, beli incə, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə.

Evlərinin önü lalə,
Saqi olub ver piyalə, ver piyalə,
Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə,
Əsmər yarım, ninnə, ninnə, ninnə.
Davamı →

Bir könül sındırmışam

Mən onu dan ulduzu,
Nazlı şəfəq sanardım.
Kimə inanmasam da,
Bir ona inanardım.
Kimə inanmasam da,
Bir ona inanardım.

Ahh…
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Qəbahətim böyükdür,
Ay ellər, dünən axşam, dünən axşam çağı.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.
Billur kimi bir ürək,
Bir könül sındırmışam.
Davamı →

Buzlaqda piano gecəsi

Dünya şöhrətli İtaliya bəstəkarı, pianoçu Lüdoviko Einaudi “Qütblər üçün ağı” (“Elegy for the arctic”) adlı bəstəsini Norveç buzlaqlarında ifa edib.

Şimal qütbündə Svalbard bölgəsindəki Wahlenbergbreen buzlağının qarşısında, buzun üzərində inşa edilən asma meydançada ifasını gerçəkləşdirən sənətçi əsərini bəstələyərkən bu buzlaqların qorunması üçün səsini ucaldan 8 milyon insandan ilhamlandığını bildirib.
Davamı →

Musiqi zövqünün düşüncə tərzi ilə əlaqəsi

Bu vaxta qədər aparılmış olan araşdırmalar, musiqi seçimimizin birbaşa olaraq şəxsiyyətimizlə əlaqəli olduğunu göstərir. Əslində bunu anlamaq üçün labaratoriyaya girməyimizə, kitablara baş vurmamıza ehtiyac yoxdur; Şüurlu və ya şüursuz etdiyimiz təcrübə və müşahidələrin nəticələri, məlum xarakterə sahib insanların ən azından hansı musiqi növündən xoşlandığının ipucunu verir.

Musiqi şübhəsiz ki, günlük həyatımızın vazkeçilməz parçasıdır. Evdə, məktəbdə, ofisdə, avtomobildə, nəqliyyatda, idmanda, alış-verişdə, hətta küçədə gəzərkən belə istəkli və ya istəksiz hər an və hər yerdə qulağımıza çatan melodik vibrasiyalar, fərqli ruh hallarını da özü ilə gətirir. Musiqi ifa etmək, günümüzdə məhdud sayda bir kütləyə aid edilsə də, yüz illər öncə nəfəs almaq, danışmaq qədər təbii olan bir şəxsiyyət ifadə formasıydı; hələ də bəzi ibtidai qəbilələrdə bu adət davam edir.

Bəs dünyada modern və ya populyar musiqi olaraq adlandırdığımız günümüz musiqisini təşkil edən neçə kateqoriya olduğunu bilirdinizmi? Musiqi yazıçısı və verilənlər (data) analizçisi olan Glenn McDonaldın yaratdığı bir internet layihəsi – Every Noise At Once – bütün musiqi növlərini və alt növlərini bir yerə toplayaraq, bizlərə musiqili bir xəritə təqdim edir. Layihəyə görə bu an bildiyimiz 1371 ədəd musiqi növü və alt növü mövcuddur. Musiqi avtoritetlərinə görə bu say, getdikcə artmağa davam edir. Hər birimizin özünəməxsus olduğunu nəzərə aldıqda, 1371 musiqi növü əslində heç də qane edici deyil, elə deyilmi?
Davamı →

Səsi əfsanələşən xanəndə

Azərbaycanın musiqi beşiyi Qarabağda muğam sənətinin inkişafında mühüm xidmətləri olmuş görkəmli sənətkarlardan biri də Hacı Hüsüdür. O, mahir ifaçılığı ilə yanaşı, muğamlarımızın təbliğinə də önəmli töhfələr verib.
Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində dünyaya göz açıb. Papaqçılıqla məşğul olan atası yaxşı sənətkar kimi tanınıb. Hüsü ilk təhsilini molla məktəbində alır və elə bu dövrdən onun məlahətli səsinin olduğu aşkara çıxır. Şuşada yaratdığı məktəbdə bir çox xanəndələri yetişdirən Xarrat Qulu onun səsini, musiqi duyumunu yoxlayır, qeyri-adi istedadını bəyənir və məktəbə qəbul edir. O, müəllimindən ifaçılığın sirlərini öyrənir. 

Hüsü şuşalılar qarşısında ilk dəfə tarzən Sadıxcanın müşayiəti ilə “Çahargah” oxuyur və alqışlarla qarşılanır. Səsinin şöhrəti Azərbaycan hüdudlarını aşır...
İran hökmdarı Nəsrəddin şah 1880-ci ildə Hacı Hüsünü Təbrizə, oğlunun toyuna dəvət edir. Məşhur İran musiqiçilərinin də çıxış etdiyi toy ziyafəti başa çatanda şah tərəfindən birinci mükafat Hacı Hüsüyə verilir.
Davamı →

BİR MAHNININ TARİXÇƏSİ - "CÜCƏLƏRİM"

 “Cücələrim” mahnısı yazıldıqdan düz 10 il sonra məşhurlaşıb.

Demək, 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan bu musiqiyə söz yazmasını xahiş edir. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazır. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı «ura»yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə) çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır. Özü də, mahnı cizgi filmində Azərbaycan dilində səslənir.


Ardı →