Körpənizin qidalanarkən yorulması nədən irəli gəlir?

Prof. Dr. Polat körpəlikdən qidalanarkən tərləmə və ya qısamüddətli dincəlməyə ehtiyacı olması, çəki artımı, nəfəs-nəfəsə qalması, tez-tez xəstə olması ürək xəstəliklərinin simptomu ola bilər. Göyərmə halları da oksigen çatışmazlığının və ürək xəstəliklərinin göstəricisi ola bilər.

Anadan gəlmə ürək xəstəlikləri uşaqların yüzdə birində rastlanan haldır. Bunların bir qismi kiçik, problem yaratmayan xəstəliklər ola bilər. Ən çox revmatizmal ürək xəstəlikləri, qapaqcıq problemləri ön planda olur.

3 yaşından sonra təzyiqini yoxlayın

Uşaqların ürək müayinnəsi nizamlı şəkildə edilməlidir. 3 yaşından sonra təzyiq dəyərləndirilməsi aparılmalıdır. 

Yaxşı qidalanma və idman şərtdir

Uşaqların ürək sağlamlığına ən çox təsir edən amil, hərəkətsizlik, obezlik, pis qidalanmadır. Uşaqların müəyyən idman növləri ilə maraqlanması, yüksək proteinli qidalarla qidalanması şərtdir. Mobil cihazdan və mavi ekranlardan istifadə gündəlik 40 dəqiqədən çox olmamalıdır.

 

0 şərh