Əl titrəməsinin səbəbləri

Titrəmənin bir çox səbəbi ola bilər. Bu səbəblər fiziki yorğunluq və ya xəstəlik olmaqla yanaşı stress və yaşanılan hansısa hadisə də ola bilər. Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq, nevroloq, psixoloq, toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməlisiniz. Bu, zamanında və düzgün diaqnozun qoyulması üçün olduqca əhəmiyyətlidir. Titrəmənin səbəbləri kifayət qədər çoxdur. Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır. Tibbdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab edilib: patoloji və normal.

Bədənin titrətməsinin səbələri:

  1. Yüksək hərarət
    Orqanizmə patogn mikrob, virus, bakteriya düşdükdə, immun sistem müdafiə gücünü işə salır, bu metodlardan biri də daxili hərarəti qaldırıb, təhlükəli mikrobları öldürməkdir. Ona görə hərarət 39-a çatandan sonra qızdırma salan dərmanlar atmaq lazımdır. Bu rəqəmə qədər dözmək olar.
    Bəs istidirsə, insan niyə titrəyir? Çünki bədən hərarəti qalxdıqca, insanın bədənindən ətrafa istilik yayılır, orqanizm isə bunu soyuq kimi qəbul edir və titrətmə mexanizmi işə düşür. Ona görə ev isti olsa da, qızdırmalı insan «donuram, soyuqdur» deyə yorğan altına girir. Bədənin susuzlaşması da titrətmə yaradır. Ona görə xəstə bol maye içməlidir.
  2. Stressdən titrətmə
    İstənilən ciddi hadisə zamanı, hətta xoş gün olsa belə insan stressdən, təşvişdən titrəməyə düşür. Bu titrəməni qana güclü adrenalin sıçraması yaradır. Bu zaman nə xaricdə, nə orqanizmin daxilində heç bir hərarət dəyişməsi baş vermir, hər şey normadadır.
    Amma adrenalin qana sıçradıqda, istilik yaratdığı üçün insan titrəyir və tərləyir. İnsanın bədənində ürpənmə, əllərdə uyuşma da ola bilər. Bu zaman insan üzünə su vurmalı, hərəkətlər edib adrenalini qovmalı, sakitləşdirici preparat və ya çay içməli, su qəbul etməlidir.

  3. Narkozdan sonra titrətmə
    Buna postanestetik titrətmə deyilir. Buna səbəb xəstəyə vurulan anestetik, yəni narkoz preparatlarıdır. Onlar əməliyyat zamanı orqanizmin termotənzimləyici sistemini söndürür. Ona görə xəstə əməliyyatdan sonra soyuq hiss edir. Bu titrətməni adi isti odeyal və isti maye ilə azaltmaq olar. Əgər keçmirsə, dərman verilir.

  4. Qanda şəkər çatışmaması
    Əgər insan uzun müddət susuz, yeməksiz qalsa, qanda qlükoza enir və bədən həyəcan təbili vuraraq titrəməyə başlayır. Buna tibbdə hipoqlikemiya deyilir. Bu zaman insan təcili olaraq qida və maye, həmçinin şirniyyat qəbul etməlidir ki, qlükoza tez qalxsın.
    Eləcə də qalxanvari vəzisində problemlər olan qadınlar tez-tez səbəbsiz titrətmə hiss edir. Çünki qalxanvari vəzi termotənzimləyici orqanlardan biridir. Hormon çatışmazlığı olduqda, insan bir qədər aşağı temperaturda belə sanki donur, titrədir kimi hiss edir.
 

0 şərh