Övladınızın autizm olduğunu necə anlaya bilərsiniz?

Autizm, əsasən uşaqlıq dövründə müəyyən edilən, sosial qarşılıqlı təsirlər, kommunikasiya və davranış məhdudiyyətləri ilə xarakterizə olunan geniş spektrli bir inkişaf fərqidir. Bu yazıda övladınızın autizm spektr pozuntusu (ASP) simptomlarını necə anlaya biləcəyinizi müəyyənləşdirməyə yardımçı olmaq üçün bəzi əlamətlər və göstəricilər təqdim ediləcəkdir.


Davamı →

Əl titrəməsinin səbəbləri

Titrəmənin bir çox səbəbi ola bilər. Bu səbəblər fiziki yorğunluq və ya xəstəlik olmaqla yanaşı stress və yaşanılan hansısa hadisə də ola bilər. Əllərinizdə hər hansı bir səbəbdən davamlı titrəmə halı müşahidə edilən kimi mütləq narkoloq, nevroloq, psixoloq, toksikoloq və ya terapiya üzrə mütəxəssislərdən birinə müraciət etməlisiniz. Bu, zamanında və düzgün diaqnozun qoyulması üçün olduqca əhəmiyyətlidir. Titrəmənin səbəbləri kifayət qədər çoxdur. Onları ayıra bilmək üçün əsas olaraq əllərin nə zaman və necə titrəməyə məruz qaldığını dəqiq bilmək lazımdır. Tibbdə titrəmənin iki ümumi (əsas) qrupda birləşdirilməsi və tədqiq olunması uyğun hesab edilib: patoloji və normal.

Bədənin titrətməsinin səbələri:


Davamı →

Pomidorun bilinməyən faydası

Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur.


Davamı →

Kleptomaniya nədir?

Kleptomaniya (oğurluq xəstəliyi) bir impuls nəzarət pozuntusudur və normal oğurluq halları ilə qarışdırılmamalıdır. Kleptomaniya fərdlərin oğurluq impulslarını boğmasına mane olur. Kleptomaniya yunanca oğru mənasını verən Kleptes sözüdür. Kleptomaniya fərdlərin ehtiyacı olmayan əşyaları oğurlanmasına səbəb olan güclü bir istəkdir. Oğurluq həvəsi o qədər güclüdür ki, insanlar oğurlamaq istəməsələr də, onun qarşısını ala bilmirlər.

Kleptomaniya həm kişilərdə, həm də qadınlarda müşahidə olunur. Ayrı-ayrı şəxslər oğurluq həvəsi nəticəsində mağaza və bazarlarda məhsul oğurlayırlar. Kleptomaniya insanların öz əşyalarını, hətta dostlarından və ailəsindən belə oğurlamasına səbəb olur. Oğurluq həvəsi olan insanlar çox vaxt oğurluq etdikləri andan peşman olurlar.

Kleptomaniya əlamətləri hansılardır?


Davamı →

Leykemiya haqqında bilmədiklərimiz

Kəskin leykemiya (lösemi), uşaqlıq çağı xərçəngləri arasında ən çox görülənidir. Fərqli cəmiyyətlərə görə görülmə sıxlığı dəyişir və qəbul edilən nisbət; yüz min uşaqda 3-4 arasındadır. Leykemiyanın inkişafında; Radiasiya və boya sənayesində istifadə edilən benzinə məruz qalmaq çox təsirlidir. Bununla yanaşı leykemiya diaqnozu qoyulan uşaqların böyük hissəsində heç bir səbəb yoxdur.

Davamı →

Morris sindromu

Tam testikulyar feminizasiya sindromunu – ilk dəfə 1953-cü ildə amerikan ginekoloq Con Morris tərəfindən təsbit olunub. Məhz o illərdə böyüdükcə özünü oğlan və qız kimi hiss edən uşaqların əslində bu pozulmadan əziyyət çəkdiyi sübut olunub.

Elə uşaqlar var ki, doğulanda bir sıra anomaliya və xəstəliklərlə doğulsalar da, ilk başda bunu valideyn və mamaça təyin edə bilmir, ona görə onları yanlış cins kimi qeydə alıb, elə adlandırır, elə böyüdürlər.

Uşağın dəqiq olaraq tam hansı cinsə mənsub olmasının müəyyənləşməsinin səbəbləri həm kişi, həm qadın cinsinin əlamətlərinin olmasıdır.

Sindromun kökü, səbəbi genetik, irsi amillərə gedir. Andogenlər reseptoru zədələnir, bu gen qısa X xromosomlarda yerləşir. Hələ ana bətnində ikən embrionda qarın boşluğunda yumurtalar formalaşır, amma genetik olaraq o, oğlandır.

Yumurtalar testosteron hormonu sintez etsə də, androgen reseptorların genetic defekti nəticəsində bu kişi hormonuna qarşı həssaslıq yaranmır.


Davamı →