Hədislər

Peyğəmbər(s.a.v) buyurur:
"Səbəbsiz ərindən boşanmaq istəyən qadın Behişt bağının ətrindən məhrum olacaqdır."
Peyğəmbər(s.a.v) bele buyurur:ALLAH üçün ,ALLAH üçün, ALLAH üçün namazı tərk etməyin, çünki namaz dinin dirəyi, möminin mehracı ve mənim 2 gözümün nurudur namaz.
Peyğəmbər (s.a.v) belə buyurur:
Zikrlərin ən üstünü La İlaha İllallah, duaların ən üstünü Əlhamdulillahdır.
Peyğəmbər (s.a.v) belə buyurur:
İçki bütün pisliklərin anasıdır.
Peyğəmbər (s.a.v) belə buyurur:ALLAHı çox zikr edənlər, Cənnətin Zakiran qapısından gülər üzlə girəcəklər.
Peyğəmbər (s.a.v) belə buyurur:Kim Sübhanallahi və Bihamdihi deyərsə ALLAH onun üçün Cənnətdə bir köşk inşa edər.
Peyğəmbər (s.a.v) belə buyurur:Bismillahir-Rıhmanir-Rəhim hər bir yazının başlanğlıcıdır.
Peyğəmbər (s.a.v) belə buyurur: ALLAH sevdiyi bəndəsini çətinliyə salar ki, onun dualarını eşitsin.
Peyğəmbər (s.a.v) belə buyurur: ALLAH ata-anaya yaxşılıq edən insanın ömrünü uzadar.
Peyğəmbər (s.a.v) belə buyurur: Dostlarınızın ən yaxşısı eyblərinizi sizə deyəndir.
Peyğəmbər (s.a.v) belə buyurur: Xalqın haqqını itirməyənlər ALLAHa ən çox şükr edənlərdir.
Peyğəmbər (s.a.v) belə buyurur: Xəta və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax.
Peyğəmbər (s.a.v) belə buyurur: Ana öz övladını süd ilə qidalandırdığı kimi, ALLAH da öz mömin bəndəsini bəla və çətinliklə qidalandırar.
Peyğəmbər (s.a.v) belə buyurur: ALLAH həyalı, təmkinli, namuslu və iradəli insanı sevər.
Peyğəmbər (s.a.v) belə buyurur: Hər dinin öz təbiəti var, islamın təbiəti də həyadır.
Peyğəmbər (s.a.v) belə buyurur:Ramazan ayında bağışlanmayan kimsə bəs hansı ayda bağışlanacaq?
 

0 şərh