Qaraciyər xərçəngi

Qaraciyər xərçəngi az yayılmış xəstəliklərə aiddir. Bu isə şikayətlərin olmaması ilə bağlı olaraq xəstəliyin gec mərhələlərdə aşkarlanması ilə xarakterizə olunur. İl ərzində dünyada milyonlarla insan qaraciyər xərçəngindən ölür. Kişilər xəstəliyə qadınlara nisbətən 3 dəfə daha çox tutulurlar. Bunla yanaşı Hepatosellülar Karsinoma, xolangiokarsinoma, hepatoma və hemangiosarkoma Birincili qaraciyər xərçənglərinə aid edilirlər.

Qaraciyər xərçəngini əmələ gətirən səbəblər:

Qaraciyərin hepatit B, C və sirroz kimi xəstəlikləri

Konserogen maddələrlə təmasda olmaq məcburiyyətində olan zərərli peşələr (məsələn, aflaktosin)

Siqaret çəkmək

Hemoxromotoz (bədəndə dəmirin normadan artıq olması)

Qaraciyər xərçənginin klassifikasiyası:

İlkin şiş, hepatoma və ya hepatosellülyar karsinoma, erkən mərhələlərdə nə şikayət, nə də klinika özünü göstərir.

Yoğun bağırsaq, ağciyər və endokrin sistemin şişlərindən metastaz vermiş şişlər

Aparılan müayinələr və diaqnozun təsdiqindən sonra (qarın və döş qəfəsinin rentgen müayinəsi, KT, damarların KT-si, PET, qaraciyər biopsiyası (son zamanlar bu müayinəni qeyri-invaziv metod olan fibroskanlaşma ilə əvəz edirlər ) müalicəyə başlanılır.

Müalicə birbaşa əldə olan məlumatlardan, xəstəliyin mərhələsindən, şişin ölçüsündən və xəstənin sağlamlıq vəziyyətindən asılı olaraq aparılır. Müalicə kombinə olunmuş şəkildə aparılıb özündə cərrahi əməliyyat, kimyəvi terapiya, radioterapiya və termiki ablyasiyanı birləşdirir.

Proqnoz isə birbaşa erkən diaqnostikadan asılıdır. İsrail alimləri xüsusi bir tibbi avadanlıq hazırlayırlar ki, nəfəs alma zamanı qaraciyər xərçənginin diaqnozu qoyula bilsin, bu metod qaraciyərin travmatik və tam təhlükəsiz belə olmayan biopsiyanı əvəz edə biləcək, lakin bu metodun üzərində hazırda da işlənilir.

Həmçinin bax: mədə və dodaq xərçəngidəri xərçəngiqan xərçəngiağciyər xərçəngisüd vəzi xərçəngi, düz bağırsaq xərçəngi

Oxşar məqalələr

 

0 şərh