Рейтинг
+12.07

Pediatriya

18 üzv, 83 topik

Uşaqların burnu niyə qanayır?

Uşaqlarda burun qanaması,xüsusilə quru iqlimli yerlərdə daha çox müşahidə edilir və ailələri narahat edir. 
Türkiyəli mütəxəssislər uşaqlarda burun qanamalarının nə zaman təhlükəli olmadığını açıqlayıblar. Burunun ön qismində asanlıqla zədələnə biləcək incə damarlar yerləşir. Uşaqların əksəriyyətində görünən burun qanaması da burnun məhz ön qismində inkişaf edir.

Burun qanamasına nə səbəb olur?
Burun qanamasının hansı faktorlardan qaynaqlandığını mütəxəssis Melih Çiçək bildirib:
Davamı →

Uşaqlarda qəbizlik problemi

Uşaqlarda qəbizlik – çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) delikat problemdir. Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.

Qəbizlik nədir?
— Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması
— Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu 
— Bağırsağın natamam boşalma hissi,
— Quru, bərk nəcisin xaric olunması.
Davamı →

Əmgəyin funksiyası nədir?

Yeni doğulan uşaqların əmgəyi ilə bağlı valideynlər çox narahat olur. Onun kiçik, ya da böyük olması ilə bağlı tez-tez həkimə müraciət edirlər. Hətta bəzən lazımsız yerə dərmanlardan, kalsium preparatlarından da istifadə olunur. Bu isə əmgəyin həddindən tez bağlanmasınar səbəb olur. Bəs əslində əmgəyin normal ölçüləri necə olmalıdır? 

Nevroloq Rayihə Xudiyeva bildirir ki, böyük əmgək alın və təpə sümükləri ardında yerləşən rombşəkilli boşluqdur: “Normalda əmgək kəllə sümükləri ilə eyni səviyyədə olur, əlimizi üzərinə qoyanda pulsasiya edir. Uşaq ağlayanda, qışqıranda, öskürəndə qabara bilər. Bu, nevroloji əlamət deyil.
Davamı →

Uşağa yod çəkərkən bu məqamlara diqqət edin

Əksər valideynlər uşaq bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir.

Mövzu ilə bağlı pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: “Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər”.
Davamı →

Uşağı yelləməyin!

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı?
Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

Uşaqları yelləmək nələrə səbəb olur?
Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur. Nevroloq Aynur Zeynalova deyir ki, körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmaq olmaz. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem — vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye — labirint mayesi olur.
Davamı →

"Smes"in uşağa düşmədiyini necə bilmək olar?

Pediatrlar ana südünü uşağa vacib qida olaraq bilirlər. Onlar bildirir ki, körpə ilk 6 ay ancaq ana südü ilə qidalanmalıdır.

Ancaq ana südü kifayət etməyəndə hazır qidalar tövsiyə edilir.
Son zamanlar isə həkimlər firma reklamı ilə bağlı istədikləri yeməyi anaya məsləhət görürlər. Bəzən isə smes uşağa düşmür və bunu ananın anlaması bir az çətin olur.

Bəs smesin vücuda düşüb-düşmədiyini necə anlamaq olar?
Mövzu ilə bağlı pediatr Xəyalə Quliyeva smesin düşmədiyini göstərən əlamətləri açıqlayıb: "Əsasən smeslər inək südü ilə hazırlanır. Bəzən uşaqlarda bu, allergiya verə bilər. Təbii ki, uşağın südə allergiyası varsa, bu? meydana çıxacaq.
Davamı →

Uşaqlarda beyinə su niyə yığılır?

Hidrosefaliya (yunan. «hidro» — su, «sefalon» — baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır.

Likvor beyinin mədəciklərində hazırlanan və beyinin normal fəaliyyəti üçün çox vacib olan xüsusi şəffaf suya oxşayan mayedir. Bu maye burada daim hazırlanır və daim da geri sovrulur. Likvorun geri sovrulması prosesində müxtəlif səbəblərə görə pozulmalar baş verə bilər ki, nəticədə likvor beyinin mədəciklərində yığılmağa başlayır. Bunun nəticəsində isə uşaqda kəllə daxili təzyiq artır.
Davamı →

Kəkələmə xəstəlik deyil, tənbəllikdir


Kəkələmə termini (balbuties) sözündən götürülüb yunan dilində təkrarlanma demekdir. Əvvələr bu qüsur battarismus adlanmışdır. Qədim Kir hökümdarı Battanın şərəfinə qoyulub. Kir hökmdarı Batta hər sözün ilk hecasını təkrarlayırmış. Lakin müasir Defektologiyada Battarizm ixtisarlaşmış və temporitmik nitq pozulmaları olan Taxilaliyanın bir növü kimi qeydə alınır.

Kəkələmənin sinonimləri: Logofobiya, Logonevroz, Uşaq xəstəliyi və s. kimi qeyd olunur. Bəzi qeydlərdə Verbafobiyanı da kəkələməyə sinonim termin kimi götürürlər. Bu isə düzgün yanaşma deyil. Logofobiya nitqdən çəkinmə, qorxu hissidir. Logopad ve ya Kəkəc öz nitqindəki qüsurun fərqində olur və danışmağa başlayanda həyəcan-qorxu keçirir. Verbafobiyada isə xüsusi seçilmiş sözə qarşı fobik reaksiya olur. Məsələn şəxsdə öz uşaqlıq dönəmində yaşadığı xoşagəlməz bir hadisə ilə bağlı siçan sözünə fobiya yaranıb.Hər dəfə o sözü eşidəndə reaksiya verir.
Davamı →

Uşaqlarda ayaq ağrıları

Bəzən azyaşlı uşaqlarda ayaq ağrıları ilə rastlaşırıq. Bunun isə nədən yarandığını anlamaq çətin olur. Təbii ki, bu hal valideynlərdə narahatlıq yaradır. Bəs görəsən uşaqlarda ayaq ağrılarına səbəb olan hallar hansılardır?

Pediatr Günay Rəsulova deyir ki, uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi bəzi həkimlərin və valideynin ağlına ilk revmatizm xəstəliyi gəlir: “Qəbula gələn xəstələrin çoxu artıq evdən bu «diaqnozla» gəlir. Əllərində də qanda yoxlanmış və «təsdiqlənmiş» müsbət revmotestlər. Yalnız bu analiz cavablarına əsasən aylarla boşuna bicillin vurulan sağlam uşaqlar da gördük. Nəzərinizə çatdırım ki, revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur, xüsusi diaqnostik kriteriləri var ki, onu da işinin mütəxəssisləri bilir”.
Davamı →

Uşaqlarda dırnaq yemə vərdişi

Ömründə bir dəfə də olsun dırnaqlarının «dadına» baxmayan uşaq çətin tapılar. Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır. Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.

Paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova bu barədə  deyib: «Dırnaq yemək vərdişinin 3-4 yaşından tez başlamadığı müəyyən olunub. Bəzi valideynlər uşaqlarda dırnaq yemə vərdişinə o qədər əhəmiyyət verməsələr də, əslində bu, çox ciddi problemdir. Həmin problem nadir hallarda 1 yaşı tamam olmayan uşaqlarda müşahidə olunur.

Uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır. Onun səbəbini aşkar etmək vacibdir, Birincisi, uşaqlar ətrafdakıların qınağına tuş gəlmir. Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. İkincisi, uşaqlar böyükləri təkrarlamağa meyilli olurlar. Böyüklərdə həmin əlamət müşahidə ediləndə istər-istəməz uşaq da ona maraq göstərir və pis vərdişin təməli qoyulur.
Davamı →