Təmsil

Qarışqa tək qaçırdı
Təngənəfəs yol ilə
Görənlər soruşdular:
-hara qaçırsan belə?

Qarışqa tez dayandı
Eşidəntək sualı
Dedi: görməyizsiz
Bu boyda qalmaqalı!

Məhv ediblər bu gecə
Nəhəng fili deyirlər
Eşitmişəm bu işdə
Məndən şübhələnirlər.
 

4 şərh

Bakinets
Qarışqa meşədə təngənəfəs qaçır. Dovşan ondan soruşur:
-Nə olub,niyə qaçırsan?
Qarışqa deyir:
-Filin bacısına sataşıblar, deyəsən məndən şübhələnirlər
ilham
Qarışqa meşədə tələsə-tələsə qaçır. Tülkü soruşur ki,niyə belə bərk qaçırsan?
Dovşan da deyir ki, filin bacısı hamilədir,məndən şübhələniblər.
Mən belə eşitmişdim.
Xrizoberil
men hec birini eşitməmişdim…