Рейтинг
+94.62

Poeziya

101 üzv, 387 topik

Əyalət jurnalistləri - 22 iyul Milli Mətbuat Gününə




Kayzen.az  jurnalist-şair Əyyub Məmmədovun yeni şeirini oxuculara təqdim edir



Əyalət jurnalistləri


İllərdir yazır-yazır,
Bu peşədə qocalır
Dəbdəbələr görməyir
Əyləncələr bilməyir
Gecələr adi keçir...
Gündüzlər yazmaq ilə
Heç nə bir ad gözləmir
Əyalət jurnalistləri. 
Bir köhnə portfeli var
Bir qələm, bir dəftərçəsi
Vaxtında çatdırmağa 
Çalışır məqaləni
Bayram-seyran bilməyir
Dağı, daşı, palçığı,
Gəzir xəbər toplayır
Hara isə yollayır.
Heç çoxları tanımır
Bu qələm sahibini
Yeri kiçik rayondur,
Ya da bir kənd yoludur.
Aldığı mükafatı
Əmək haqqı sayılır
Kənardır efirlərdən,
Uzaqdır məşhurlardan.
Peşə bayramını da
Qeyd etməyir sarayda
Bir çay içir o günü
Köhnə qələm dostuyla.
Bayram günü təbrikin
Ya efirdə eşidir,
Ya da səs dalğalarında
Heç nə ummur kimsədən
Qayğılı fikirlərlə
Davam edir həyata.
Bir gün dağda, meşədə
Bir gün palçıqlı kənddə
Peşəsini çalışır
Əyalət jurnalistləri.
 
Kayzen.az
 
 
Davamı →

Əyyub Məmmədov - "Qısa ətək, yarıçılpaq"




Kayzen.az  jurnalist, şair Əyyub Məmmədovun yeni şeirlərini təqdim edir


Qısa ətək, yarıçılpaq

O gəncliyin ilk illərin dadanda,
Düşündü ki, gərəkdir məşhur olmaq cahanda
Çox əlləşdi, çalışdı bir yol tapıb məşhurlaşsın
O sadə qız olmasın, dillərdə dastan olsun.
Gah səhnədə, gah efirdə görünmək istədi
Bir əlac bulmadı ki, məşhur olsun bircə o
Axır ki, qısa ətək, yarıçılpaq öz şəklini çəkdi
Paylaşaraq çoxlu insan kütləsini yığdı o.
Gözləri parlayırdı, xoş sözləri görürdü
Gələcək məşhurluğun bünövrəsin hörürdü
Daha sonra çoxlu çılpaq fotolarla,
Bəzədi jurnalların üzünü, manşeti o
Amma baxsan nə sənət, nə peşə var
Yalnız ortada pulla satılan bir əxlaq var.



Sevib-sevilmək doğrusa əgər

Ürək istəyinə çatarsa əgər
Həyat gözəlləşib laləzar olar
Sevib-sevilmək doğrusa əgər
Ömür həmişə coşquyla dolar
 

Vallah sevgi gücdür,qüdrətdir
Səni sən edən bir həqiqətdir
Hər çətin, keçilməz, yoxuşlu yolda
Mətinlik göstərən bir məharətdir

Gerçək sevgini tapdıqda əgər
Sınayın ondakı böyük hikməti
Qorxunu, hürkünü hər əlaməti
Gündüzə çevirər gecə zülməti

Sevgidə uğur, irəliləyiş var
O mayak kimi işıq da saçır
Sevgidə xeyir, bərəkət də var
Həyat yollarında çiçəklər açır

Sevgisiz bir ilə yaşasa insan
Ömür xəzəl olub quruyar inan
Dərindən ah çəkib yıxılar bir gün
Qoca palıd kimi sevgisiz insan


Kayzen.az 

Davamı →

Türk şairlərindən qeyri-adi əhvalatlar


Can Yücel bir sərgidə gəzişərkən gözəl bir xanım ona yaxınlaşır:
— Can bəy, tanışlığımıza necə şad oldumsa, ifadə eləyə bilmirəm. Sizin ən sadiq oxucunuzam. Vurğunam sizə.
Can Yücel gülümsəyir:
— Demək belə, onda gəlin evimə gedək.
Qadın küskün bir ifadəylə:
— Aşk olsun, Can bəy!
Şair qətiyyətlə:
— Aşk da olacaq əlbət!
Davamı →

Poeziyada minimalizm

Bəzən olur ki, şeirlə haykunu müqayisə edirlər. Bəzi şairlər isə poeziyada məhz minimalizm prinsipini həyata keçirməyə çalışır. Buna baxmayaraq müqayisə etməyə çalışanlar haqlıdı – haykunu yaradan yaponlar minimalizmdən çox yaxşı baş çıxarırlar.

Bəs minimalizm nədir?
İlk növbədə xarici termin olan «minimalizm” terminini „sadəlik” sözü ilə əvəzləyin — hər ikisi eyni məna verir. Sadəlikdə müqəddəslik və aydınlaşma var — yəni qərb və şərq sivilizasiyalarının iki ali məqsədi. Yeri gəlmişkən buddistlər üçün yaradıcılıq, şeir yazmaq, aydınlaşmağa doğru birbaşa yol hesab olunur. Onların ruhi təcrübəsinin məqsədi isə subyekt və obyekt arasındakı sərhədin yoxa çıxmasıdır.
Davamı →

Bir şeirin tarixçəsi

Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənlinin müsahibəsindən:
«Mənə dedilər ki, Nüsrət səndən əvvəl Sevda adında bir qızı istəyib. O qızı sonradan tanıdım, çox gözəl, səviyyəli, gözəl ailənin qızı idi. O qadının sonradan xəstələnib çökməyi mənə çox pis təsir etdi. Dedim, Nüsrət, bilirsən, Sevda xəstədir? Dedi ki, yox. Dedim imkan tap, ona baş çək. Baş çəkəndən sonra mənə danışdı ki, mən içəri girəndə o üzünü gizlətdi. Çünki o xanım çox gözəl idi, amma xəstəlik onu pis hala salmışdı deyə istəmirdi ki, Nüsrətin gözünə elə görünsün.

Sevda dünyasını dəyişdi. Biz Nüsrətlə gül alıb ziyarətə gedirdik. Hətta öz yaxınlarım da deyirdi ki, səni nə maraqlandırır? Bu, nə hərəkətdir edirsən? Allah onların hər ikisinə rəhmət etsin. Onsuz da, özü hər şeyi etiraf etmişdi...»
Davamı →

Arzular dəfn olunanda.

Xatirə.
......Uzaqdan gələrək, aşıb dağları,
Gəlmişdi, görsün o, gül uşaqları.
Çağırıb yanına Gülnar balasın,
Şeirlə şad etsin Şaxta Babasın.
Başladı qızcığaz şeir deməyə,
Babasa o qıza verdi hədiyyə.
Soruşdu o qızdan bu qoca baba:
“Dəcəllik etmədin bu il, əcaba?”
Sevincdən yekəldi gözləri qızın
Davamı →

Soruşma ki, necəyəm...

Məndən sənə gəlməyə
nə yol var, nə cığır var...
düzənliklər dağ olub,
daha gecdi, əzizim.
Azacıq ağrıyırdı
sinəmin sən tərəfi,
dərindən nəfəs aldım,
o da keçdi, əzizim.
Davamı →

Sən də onlar kimi

Gəlmisən, sözüm yox gəlməyinə də,
amma yerini bil, həddini aşma.
Səndən əvvəlkilər tamam yalandı,
sən də onlar kimi yalan danışma.
Sən də onlar kimi çıxıb gedərsən,
əbədi deyilsən ömrümdə mənim.
Gör neçə sevilmək gözləyən adam,
neçə ayrılıq var önümdə mənim!?
Davamı →