Insan

Insan qədim dünyaya
Ilkin növraq olubdur.
Əcdadımız meymun yox
Ana torpaq olubdur!
Dünyada ən möhtəşəm,
Ən mehriban, ən əziz,
Ən ecazkar, ən qadir,
Ən müqəddəs, ən təmiz
Nədir?-deyə sən məndən
Soruşsan intizarla
Mən tərəddüd etmədən
Deyərəm iftixarla
İnsanlıq ülviyyəti,
İnsanlıq qüdsiyyəti,
İnsanlıq dəyanəti,
İnsanlıq ləyaqəti.
Dünyanı iqlim- iqlim
Səyahət edir insan,
Dünyanı öyrənməmiş
Dünyadan gedir insan.
Zəngindəndə zəngindir
Bərəkətli təbiət
Fəqət bilmirəm niyə
Səxavətli təbiət,
Yaratdıqları haqda
Dəyişdirib əmrini,
Dünyada ya bir qartal,
Ya bir qarğa ömrünü
Xeyir- dua içində
Verməyibdir insana
Hər qətrə arzusunu
Döndərə bir ümmana!
insan
 

0 şərh