Sisianov haqqında məlumat

Sisianov kimdir?

Pavel Dmitriyeviç Sisiyanov (Pavle Dmitris dze Sisişvili) — gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı.  
Sisianovun əcdadları Gürcüstanda mühüm dövlət postları tutmuş, türklərlə, farslarla, dağ tayfaları ilə müharibələrdə, vətəndaş qarşıdurmalarında iştirak etmişdir. Rusiya-Çərkəz müharibəsində çərkəzlərin soyqırımında mühüm rol oynamış və dinc əhalinin qətliamında soyqırım metodunu tətbiq edən ilk rus generallarından olmuşdur. Çərkəzlər arasında ona “etibarsız donuz” deyirdilər. 

1806-cı ildə Bakı yaxınlığında sui-qəsd nəticəsində Hüseynqulu xanın əmisi oğlu olan İbrahim öldürülüb. 


Sisianov haqqında məlumat

Həyatı 

Pavel Sisiyanov 1754-cü ildə 19 sentyabr tarixində Rusiya İmperiyasının Moskva şəhərində anadan olub. Sisiyanov gürcü mənşəli Sisişvili (Panaskerteli) kökü gürcü çarlarına (Tamara) bağlı olan knyaz nəslindən idi. Onun əcdadlarının bir qismi XVIII əsrin əvvəllərində Rusiyaya yerləşmişdilər. Buna görə də Pavel Sisiyanov Moskvada anadan olmuş (1754) və hərbi məktəblərdə təhsil aldıqdan sonra bir çox döyüşlərdə seçilərək hərbi karyerasında yüksəlmişdir. İmperatriçə II Yekaterina onun hərbi nailiyyətlərini dəyərləndirmiş və 1796-cı ildə onu Cənubi Qafqaza qraf və general V. Zubovun yanına göndərmişdir . Hərbi işdən əlavə Sisiyanov həm də ədəbi fəaliyyət ilə məşğul olmuş, fransız dilindən şeirlər tərcümə etmişdir.

O, 1772-ci ildə Preobrajensk alayında hərbi xidmətə başladı. 1786-cı ildə polkda komandir təyin edilir və 2-ci Osmanlı-Rusiya müharibəsində iştirak edir. 1796-cı ildə o imperatriçənin razılığı ilə qraf Zubovun başçılığı altında Cənubi Qafqazın işğalı üçün yola düşdü. 1797-ci ildə istefaya çıxdı, lakin çar I Aleksandrın hakimiyyəti dövründə yenidən xidmətə daxil oldu. 1802-ci ildə Həştərxanın hərbi qubernatoru və Rusiyaya yeni birləşdirilmiş Gürcüstanda baş komandan tərəfindən Qafqaza piyada qoşunun inspektoru təyin edilmişdir. 1803-cü ildə Rusiyanın tərəfinə keçmiş etnik gürcülərdən təşkil olunmuş 4500 nəfərlik könüllü qoşun ilə birlikdə Qafqazın alınması üçün Tbilisiyə hücum edir. İran ilə müharibənin onun işlərini çətinləşdirməsinə və Rusiyanın Napoleon ilə apardığı müharibə səbəbindən əsgər çatışmazlığının olmasına baxmayaraq o, müəyyən qədər diplomatik yolla, müəyyən qədərsə silah gücüylə Xəzər sahilinin, Dağıstanın və Cənubi Qafqazın müxtəlif kiçik hökmdarlarını Rusiyanın tərəfinə çəkməyi bacardı. Sisiyanov kazaklardan, gürcülərdən və ermənilərdən ibarət rus ordusu ilə 1803-cü ildə Car-Balakənə hücum etdi və İlisu sultanlığını özünə tabe etdi. Bunun ardınca (4 dekabr) Meqreliya və İmeret knyazlıqları da Rusiyaya tabe oldular.  

Bənzər Mövzu:

Rusiya işğalının başlanması. General Sisianov | Azərbaycan tarixi | Kayzen

Sisianovun xanlıqların işğal etməsi

Gürcüstanı ələ keçirdikdən sonra Cənubi Qafqaza hücum edir. 1804-cü ildə Gəncə xanlığını işğal edir və Cavad xanı qətlə yetirir. Bu işğala görə ona piyada generalı rütbəsi verilir.  

Qacarlar nəslindən olan Gəncə xanı Cavad xanın öldürülməsi və Gəncə xanlığının ortadan qaldırılması, rusların Cənubi Qafqazı işğal etməsinə şərait yaratdı. Çünki Sisiyanov özü deyirdi ki, “Gəncə qalasının yerli mövqeyi bütün Adərbican üzərində hökmrandır və onun istilası Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir.”  
Sisiyanov Gəncə xanlığını qurban olaraq seçmişdi. Gəncə qətliamı digər xanlıqların gözünü qorxutmalı idi. Çünki Sisiyanov Gəncə qətliamının baş verməsi üçün Gəncə xanını öz məktublarında təhqiramiz ifadələri, hədələri və boynuna qoyduğu qeyri-real vergi yükü (20 min çevron) ilə təxribata çəkdi. Halbuki, Gəncə xanlığının buna Urfan Davud oğlu Həsənov 58 qədər Rusiya ilə diplomatik münasibətləri var idi. İkincisi, Cavad xan Sisiyanovun Rusiya himayəsini qəbul etmək təklifini rədd etməmişdi. Deməli, Sisiyanov Gəncə qətliamının baş verməsini öncədən planlaşdırmışdı. 

Gəncənin işğalından sonra o,digər xanlıqları işğal etməyə davam etdi. 

1804-cü ildə isə Sisiyanov İrəvan xanlığı uğrunda İran ordusu ilə döyüşə girdi və məğlub olaraq geri çəkildi. 

1805-ci ildə (14 may) Qarabağ xanlığı ilə Rusiya arasında bağlanan Kürəkçay müqaviləsinə görə, Qarabağ xanlığı da Rusiyanın tərəfinə keçdi. Bunun ardınca 21 mayda Şəki xanlığı, 27 dekabrda Şirvan xanlığı və Şamaxı Rusiyaya tabe olmaq barədə müqavilə imzaladılar. Artıq, Bakıya, Xəzər sahillərinə yol açılmışdı. 

General Sisiyanov rus zabiti kimi imperiyanın siyasi iradəsini təmsil edirdi. Lakin, hərbi əməliyyatlar zamanı generalların seçim və fəaliyyətlərində subyektiv faktorlar da mövcud idi. O, təslim olmayan azadsevər qafqazlıları törətdiyi soyqırım və vəhşiliklərlə təslim edəcəyini düşünürdü. Onun və bir çox rus generallarının fəaliyyətlərində islamofobiya, türkofobiya və xristian təəssübkeşliyi özünü açıq şəkildə büruzə verirdi. General Sisiyanov hərbi əməliyyatları Qafqazda üsyanların artmasına və qafqazlıların Rusiyaya qarşı nifrət bəsləməsinə səbəb oldu. 

Ruslar 1805-ci ilin avqust ayında Bakıya yaxınlaşıb qalanın təslim edilmələrini tələb etdilər. İlk hücum uğurlu alınmasada ikinci hücum zamanı Sisianov Bakını mühasirəyə alır.

Sisianovun təklif etdiyi şərtlər belə idi:  
— Xarici siyasət və hərbi məsələlərdə xan Qafqazdakı rus qoşunları baş komandanlığının sərəncamlarına tabe olmalı;  
— xan ildə 10 min manat məbləğində məvacib almalı;  
— Bakı qalasında toplarla birlikdə 600 min əsgərdən ibarət qarnizon yerləşdirilməli;  
— Bakı xanlığı Rusiya təbəəliyini qəbul etməli;  
— xanlığın ərazisi Rusiyaya birləşdirilməli;  
— xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli;  
— şəhərxüsusiqaydalarüzrəidarəolunmalı idi  

Sisianovun ölümü sisiyanov haqqinda melumat

Bakı xanı Hüseynqulu xan onunla danışıqlar aparmaq üçün onu Qala qapısın yanına çağırır. 8 fevral 1806-cı ildə general Pavel Sisianov Bakının Qala qapısın yanına gəlir. Burada o Hüseynqulu xan ilə danışanda Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürülür və onun kəlləsi İran şahı Fətəli şaha göndərilir. Bu hadisə rus ordusunun Bakıdan geri çəkilməsinə və qeyri-müəyyənlik durumuna düşməsinə səbəb oldu.  

 Sisianovun ölümündən sonra rus qoşunlarının hücumları xüsusilə amansızlaşdı. 1806-cı ilin oktyabrında Sisiyanovun yerinə təyin olunan general İ.V. Qudkovun başçılıq etdiyi qoşunlar Bakını işğal edildi, 1813-cü ildə isə Gülüstan müqaviləsi Bakı xanlığının Rusiyaya birləşdirilməsi rəsmiləşdi. 1811-ci ildə Sisiyanovun cəsədi Tbilisiyə aparılaraq orada kilsə qəbiristanlığında basdırılır.  

 

0 şərh