Рейтинг
0.00

Publisistika

7 üzv, 13 topik

Qadın, gözəllik və təsviri sənət

İnsan zəkası, ruhu, məhəbbəti XX əsr və XXI yüzilliyin əvvəllərində də gözəl planetimizin həyatında baş verən çaxnaşmalara, müharibələrə, soyqırımlara, saysız-hesabsız siyasi hadisələrə baxmayaraq, mədəniyyət, mənəviyyat, elm, maarif, incəsənət, ədəbiyyat və başqa humanitar sahələrdə böyük xarüqələr yaratmışdır. 

Əsrlər boyu xeyirlə-şər qüvvələri arasında gedən mübarizələr texniki tərəqqi dövrümüzdə dəhşətli hal alıb. Şeytan cildinə girmiş məkrli adamlar ulu Tanrımızın insanlara bəxş etdiyi gözəllikləri, saf duyğuları, ləyaqəti, ali, kamil insan ruhunu, tolerantlıq, dostluq hisslərini yırtıcı, dağıdıcı psixologiyası ilə məhv etməyə çalışırlar. Milyonlarla insanların eli, obası, yurdu viran qalır. Bu fəlakətdən baş götürüb qaçan insanlar qaçqın, köçkün vəziyyətinə düşürlər. İnsanların taleyinə biganəlik, multikultural dəyərlərin unutdurulması, ikili standart siyasəti günün bəlasına çevrilib. 
Davamı →

İnsanlar dünyada nələrin baş verdiyini anlamırlar

Ümumdünya Davos İqtisadi Forumunda “Sapiens: A Brief History of Humankind” və “Homo Deus: A Brief History of Tomorrow” kimi məşhur kitabların müəllifi israilli tarixçi-medievist (Orta əsrlər tarixi üzrə mütəxəssis) Yuval Noah Harari çıxış edib. Öz çıxışında o, əməyin gələcəyi və mütəmadi texnoloji inqilab dövründə insanların necə dəyişəcəkləri barəsində fikirlərini söyləyib.

İşin gələcəyi haqqında:
Tarix ərzində işin anlayışı mütəmadi olaraq dəyişib. Uzun müddət ərzində insanlar çalışmırdılar. Onlar sağ qalmaq uğrunda mübarizə aparırdılar. Yəni işin əsas ideyası budur: Mən səhər saat 8-də yuxudan oyanıb işə gedirəm və axşam saat 5-ə kimi orda oluram. Bu, müasir anlayışdır. Bizim əcdadlarımız olmuş ovçular və toplayıcılar yüz minlərlə il ərzində işsiz keçiniblər. İşin itirilməsi üzrə qorxu da yeni fenomendir. Sonuncu əsrlərdə olmuş sənaye inqilabı əsnasında insan hər zaman qorxu keçirdib ki, robotlar onun işində üstünlük təşkil edəcəklər və nəticədə o lazımsız olacaq. Düşünürəmki bu dəfə bu həqiqətə çevrilə bilər. Bu, “canavarlar” deyə qışqırmış uşaq mövzusuna bənzəyir. Nəticə etibarilə sonda canavarlar həqiqətən də gəldilər.
Davamı →

"Əkinçi" əsl xalq qəzeti idi

Azərbaycan milli mətbuatının qazandığı "Əkinçi" qəzetinin ana dilinin saflığını qorumaq, geniş oxucu kütləsi ilə anlaşıqlı, ifadəli dildə danışmaq sahəsində göstərdiyi nümunə sonrakı 135 ildə də aktual və gərəkli olmuşdur. "Əkinçi" qəzeti türk-Azərbaycan dili probleminə ciddi əhəmiyyət verir və onun təkmilləşdirilməsi məsələlərinin təbliğinə kifayət qədər yer verirdi. Sübutlar gətirməyə ehtiyac yoxdur ki, "Əkinçi" sadə, anlaşıqlı xalq dilində nəşr olunurdu. Yəqin ki, M.F.Axundovu da "Əkinçi" nin nəşr dili çox maraqlandırırdı. O, Həsən bəy Zərdabiyə "Əkinçi" nin dili barədə tövsiyələrini verirdi. M.F.Axundov Həsən bəy Zərdabiyə 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: «Sizin qəzetinizin məziyyətlərindən biri də üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyüdür. Ona görə ki, Sizin qəzetiniz eyni zamanda, öz məqsədləri ilə tatar (Azərbaycan — İ.Rüstəmov) dilinin qüsurlardan təmizlənməsinə çalışmalı və nümunə olmalıdır. Orfoqrafiya barədə qoy Sizin gələcək redaktorunuz mənim komediyalarımın imla qaydalarını əsas tutsun».

Əlimərdan bəy Topçubaşovun «Azərbaycanın mayakı» adlı xatirə yazısında Həsən bəy Zərdabi və "Əkinçi" qəzetinin dili ilə əlaqədar söylədiyi fikirlər də diqqəti cəlb edir. O göstərirdi ki, Həsən bəy ona məxsus enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı: o, dilin terminalogiyası imkan verdiyinə görə "Əkinçi«də fars və ərəb sözlərindən qaçmağa və müstəsna şəkildə türkcə-Azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə və asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi».
Davamı →