Gözəl qadınlar bəxtsiz olur

  • Qadın
Qadın diqqət göstərilməsini istər...
Qadın ana olmaq istər... 
Qadın gözəl olmaq istəyir... 
Qadın gözəl olması üçün hər şeyi edər... 
Həyatda çox şey qadının gözəl olması üçün vardır...
Gözəl olan qadın sevilir... 
Bütün baxışlar gözəl olan qadına  çevrilir. 
Gözəl olan qadın tez razılıq alır..


Gözəl bir qadın olmaq bu qədər gözəl olsa da, çox gözəl olmaq da şanssız bir seydir... 
Həyatın şansı çox vaxt gözəl qadınlardan kənar durar... 
Necə dəyərlər həyat, gözələ verdiyi avantajları əvəzsiz buraxmır... 
Həyat gözəlin kecirdiyi acını kədəri vecinə almır...
Gözəl qadın olmaq gözəldir... 
Amma çox gözəl qadın olmaq şanssız bir şeydir... 
Çünkü gözəl qadınlar ... 
Məs : Digər qızlar çox gözəl qadınlarla çıxmaq, gəzmək istəməzlər... 
Çünki baxışların öz üstlərində olmamasından rahatsız olarlar... 
Maragın özlərinə dönməməsindən narahat olarlar... 

Gözəlin yanında kölgə olmaqdan qorxarlar... 
Çox gözəl qadınlar böyüdükləri zaman da şanssızlıqlarını əzə bilmirlər... 
Hər kəs ərini ya da sevgilisini əlindən alacağını düşündüyündən, məclislərdə, dəvətlərdə onları düşünməzlər... 
Çox gözəl qadınlar kişilərlə cox  tanışdırılmazlar... 
Ona görə çox gözəl qadınlar, həmişə özlərin haqda ... 
Gözəl deyil, agıllı olduqlarını söyləyərlər... Gözəllikləriylə deyil, agılları ilə iş etdiklərini bildirərlər...
Çox gözəl qadınlar çox asanlıqla istədiyi kişini əldə edə bilərlər... 
Çox gözəl qadınlar çox asanlıqla kişini əldə etdiyi kimi çox asan da itirərlər... 


Çox gözəl qadın oglanı qazanmaq üçün çox çətinliyə düşməz... 
Çox çətinliyə düşmədən əldə etdiyi üçün, əlində tutmagı da çox bilməzlər... 
Qazanarkən çox əziyyət cəkmədiyi üçün, itirərkən də nə edəcəyini bilməzlər... 
Üstəlik kişi də çox gözəl qadını asan çəkməz... 
Hər istədiyini əldə edəcəyini bildiyindən cox güvən duymaz onlara... 
Çox gözəl qadının münasibətləri, buna görə hər zaman çox gözəl olmaz...
 

15 şərh

2ral
Belə-belə işlər…
SHATENKA407
hmmm...heyatda gozel bextin olsun
cahandar

Hər kəsin subyektiv fikri var və hörmətlə yanaşıram.Ancaq bu düşüncələrlə razılaşmıram.Gözəllikdən asılı nüansları bəxtlə əlaqələndirmək olmaz.İnsanın həyartakı mövqeyi onun taleyi,ağlı və düşüncəsi ilə bağlıdır.Bəli gözəl qadın kişilərin nəzərindən qaçmır,lakin evləndikdə qadının ağlı,namusu önəmsənir.


«Hər kəs ərini ya da sevgilisini əlindən alacağını düşündüyündən, məclislərdə, dəvətlərdə onları düşünməzlər...»Bu belə deyil,çox zaman gözəl olmayan xanımlardan bunu görürük.Elə gözəl xanımlar var ki,Namusları ilə ətrafa kişilərə laqeyid münasibətləri ilə göz oxşayırlar belə mərd gözəllərə kimsə həyat yoldaşını qısqanmaz.


Mənə görə gözəllik ağıl,namus,şərəf,ləyaqətlə ölçülür.İstər dünya şöhrətli gözəl ola özünü idarə edə bilmirsə mənim üçün və düşünürəm ki,sağlam düşünən digərləri üçün dırnaqarası gözəl olaraq qalır.


 


 

Gülnar
Bu saytda da rəy yazmaq olmur, səndən əvvəl sənin fikrini demək olar ki, yazırlar) Razıyam cahandar, mərd gözəl ifadəsini isə bəyəndim)
cahandar
təşəkkür edirəm Gülnar.
ORIGINAL
Əksəriyyət vaxt deyilənlər düzdü məncə. Amma «Hər kəs ərini ya da sevgilisini əlindən alacağını düşündüyündən, məclislərdə, dəvətlərdə onları düşünməzlər...» sanki bir qədər şişirdilmiş fikirdir.
Və bir maraqlı qeyd etmək istəyirəm.Çox da gözəl olmuyan qızlardan əksər vaxt belə söz eşitmişəm: «Gözəl olmaq onsuzda bir şey deyil,oğlanların onlara tələbatı yüksək olduğundan sonda çox vaxt pis yola düşürlər»
Və topikə uyğun olaraq bu aforizmi qeyd etmək istərdim: "Gözəl qadın kişilərin baxışını sevindirir. Eybəcər isə qadınların" :)
Nailə_Qasarayeva
Gözəl qadınları qorxutmayın:-)). Xoşbəxt və ya bədbəxt olmaq görkəmdən asılı deyil.
Ən yaxşısı həm namuslu olmaq, həm ağıllı olmaq, həm də gözəl olmaqdır. Necə deyərlər üçü birində.
ayxansevda
gözəl qadın daha çox digərlərinin paxıllığı ilə üzləşir ona pislik edənlər çox olur lakin bunun üçün gözəl olma sadəcə uğurlu və istedadlı olmaq kifayətdir insanların həsədi, kini, acıqlı münasibəti, arxanda səni alçaldacaq, gözdən salacaq sözlər və s nə qədər istəsən olur. bunlara fikir vermək lazım deyil amma fikir verməmək də olmur istər -istəməz adama təsir edir.
Samir012
Təşəkkür edirəm, çox sağ olun)
Dr_Dre
Bu yazını Rihannaya aid etmək günah və cinayətdir)
Rene
Men demezdim ki, gozel qadinlar hemishe bextsiz olur. Umumiyyetle 'bextsiz' kelmesini ishletmek duzgun deyil.
xarici gozellik Allahin quluna verdiyi bir lutfdur. Amma o gozellik bize aid deyil, Allah verib, Allah da dilediyi anda ala biler… Xarici gozellik, daxili gozellikle tamamlananda bu olur esl gozellik..  Onemli olan cox gozel olmaq deyil, seni dunyanin en gozel qadini ve ya en yarashiqli kishisi gorecek insana rastlamaqdir. Nece deyerler, konul seven goycek olar :)
Xrizoberil
meqalenin adi ile heç razı deyilem… bəxtəvər olmağa nə gözəlliyin, nə də eybəcərliyin aidiyyatı yoxdur. Təbii ki, bu mənim fikrimdir...kim deyirki kifir olanların bexti həmişə gətirir?!
Cavid
Razıyam və hətta mən düşünürəmki əksinə olaraq gözəl qadınların çoxları bətli olur) amma bu bir aksioma ola bilmez.
rdgr
ETRAFIMDA OLANLAR VAR XOŞBEXT DEYİLLER AMMA GÖZELDE DEYİLLER AMA DEYİRLER Kİ GOZELLİYİM OLUNCA BEXTİM OLAYDI

ÖZÜNE GÖZEL DEYENLERDEN ÖZÜNÜ TERİFLEYENLERDEN XOŞUM GELMİR
peqasus
men bununla hec amma hec razi deyilem