Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Buludlarla yarışan türk qızı

Millət vəkili Qənirə Paşayeva "Tarixə adını yazan Qadınlar" silsiləsini yazır

O, dünyanın ilk qadın savaş pilotu olub!

O, ilk türk qadın pilot kimi adını tarixə yazıb.

O, «Dünya tarixinə adını yazdıran 20 aviator»dan biridir!

O, Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biriydi!

Böyük Atatürkün mənəvi övladı olan Səbihə Gökçəni görmək və söhbət etmək mənə də qismət olmuşdu. Həddindən artıq maraqlı bir qadın idi. Amma onunla istədiyim qədər söhbət edə bilməmişdim. Bir gün acı bir xəbər eşitdik. Atatürkün mənəvi qızı, dünyanın ilk qadın savaş pilotu olan Səbihə Gökçən dülnyasını dəyişmişdi. Dünyadan çox maraqlı bir qadın, maraqlı bir tarix köçmüşdü. Amma köçən cismi idi, onun adı hələ bundan sonra da yüzillərlə unudulmayacaq.
Ardı →

Elena Rubinşteyn

O, zorla ərə verilməkdən yaxasını qurtarmaq üçün qaçıb getdiyi Avstraliyada, dünyanın ən böyük kosmetika markasını meydana gətirdi.
O, deyilənə görə, ilk dəfə Amerikaya getdiyi vaxt belə deyibmiş: “Bütün amerikalı qadınların burunları çəhrayı, dodaqları isə bozdur. Hamısının da üzü ağappaqdır. Burada ömrümün ən böyük uğurunu qazana bilərəm”.
Bir müddət sonra isə o qədər böyük uğur qazandı ki, dünya ondan danışmağa başladı. Bu qadın Elena Rubinşteyn idi.


“Çirkin qadın yoxdu, tənbəl qadın var.”
Elena Rubinşteyn


Ardı →

Valentina Tereşkova

O, toxuculuq fabrikində fəhlə işləyən gənc bir qız idi. Çox keçmədi… 16 iyun 1963-cü ildə kosmosa gedən ilk qadın oldu!
Sadəcə, bir dəfə kosmosa getdi. Təxminən 3 gün qaldı və bu müddətdə dünyanın ətrafında 48 dəfə dövrə vurdu!
Sovet feminist cərəyanının qabaqcıl simalarından biri, kosmosa getmək kimi çətin bir işi uğurla bacaran bir qadın oldu. Amma onun fikrincə, dünyada qadın üçün ən çətin iş kosmonavt yox, ana olmaqmış!
Keçmiş SSRİ dövründə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.
Ardı →

Berta fon Zuttner

O, Nobel Sülh Mükafatını alan ilk qadın kimi adını tarixə yazdı.
O, Mariya Küridən sonra Nobel ödülünə layiq görülən ikinci qadın oldu!
Onun Nobel ödülü ilə təltif olunmasının 100 illik yubileyi 2006-cı ildə YUNESKO-nun himayəsi altında dünya miqyasında qeyd edildi.
O, qadınların demək olar ki, ictimai həyatdan kənarda saxlanıldığı dövrlərdə «Silahları buraxın!» romanı ilə dünyanı düşünməyə dəvət edir, sülh uğrunda yorulmadan mübarizə aparırdı. Dünyada bu gün də ən məşhur mükafat olan Nobel mükafatının təsis olunması üçün Alfred Nobeli ruhlandıran da məhz o idi!


Ardı →

Rozalin Yasmou

O, Nobel mükafatı laureatı olmaqla adını TARİXƏ yazdı.
Nobel mükafatın ona “peptid hormonların müəyyən olunması üçün radioimmunoloji metodları inkişaf etdirdiyinə” görə verilib.
O, Hardner fondunun beynəlxalq mükafatı (1971) laureatıdır.
O, Amerika Tibb Assosiasiyasının elmi nailiyyətlərə görə mükafatı (1975) ilə təltif edilib.
O, Nyu-York Elmlər Akademiyasının təbii elmlər sahəsində A.Kressi Morrison mükafatı laureatıdır.
Bu qadın böyük ALİM, ŞƏXSİYYƏT, İNSAN, Amerika biofiziki, (Roje Qiymen və Endryü Viktor ilə birlikdə) Tibb üzrə Nobel mükafatı laureatı (1977) Rozalin Sasmen Yaloudur! (Rosalyn Sussman Yalow)


Ardı →

Alina Kabayeva

O, sadəcə olaraq gözəl deyil, həm də məşhur, mübaliğəsiz desək, görkəmli adamdır. Çünki Alina Kabayeva 25 yaşınadək özünü ən müxtəlif rollarda — idmançı, İctimai Palatanın üzvü, Dövlət Dumasının deputatı, televiziya aparıcısı rollarında sınamış və hər yerdə də uğur qazanmışdır.
Bununla belə, Alina Kabayevaya layiq olduğu dünya şöhrətini məhz idman gətirmişdir. O, Daşkənddə idmançı ailəsində anadan olmuşdur. Atası — peşəkar futbolçu Marat Kabayev «Paxtakor» klubunda çıxış etmişdir və indi bu komandanın məşqçisidir. Anası Lyudmila Mixaylovna basketbol oynayırdı. Amma ana qızını ya fiqurlu konkisürmədə, ya da bədii gimnastikada görmək istəyirdi. Gimnastikanı seçdilər. Alina bu idman növü ilə çox erkən, üç yaş yarımdan etibarən məşğul olmağa başladı.
Ardı →

Katerina de Mediçi - məzhəblərarası qətliamların memarı

Əsrlər boyu çox qadınlar dünyanın axarını özləri bildikləri istiqamətə yönləndirməyə çalışdılar, ancaq bunu onlardan çox azı bacardı.
Bəziləri kimlərinsə nifrətini, bəziləri də təqdirini qazandı. Belə qadınlardan biri də Fransanın kraliçası olmağı bacaran bir italiyalı idi. Ömründə sevmədiyi bir ölkədə kral olan oğlanlarının sayəsində söz sahibi oldu, Avropada ən böyük qətliamlardan birini həyata keçirdi. Siyasi oyunları və məzhəb savaşları ilə qovrulan Fransada onu tanıyanların çoxu bu qadının hərəkətlərindən dəhşətə düşmüşdü. Bu qadın bəzi tarixçilər tərəfindən “qara kraliça“, bəziləri tərəfindən isə “ölüm kraliçası“ adı ilə tanınan Katerina de Mediçi (1519-1589) idi.
Davamı →

Puşkin-Qonçarova dastanı

Şair onu görəndə qızın vur-tut 16 yaşı vardı. Bal rəqslərinin ilahəsi, Moskvanın zadəgan məclislərinin əvəzolunmaz iştirakçısıydı. 1828-ci ilin qışında məşhur rəqs ustası İoqelin Tver bulvarındakı evində Rusiyanın birinci şairi Rusiyanın birinci gözəlini ilk dəfə görür. 19-cu əsr uzun və soyuq maneken qadınların əsri deyildi. O dövrün standartlarına görə, bu gözəl özünün 1 metr 77 santimetr boyu ilə xeyli hündür sayılırdı, incə belliydi, adamın ağlını başından çıxaran sinəsi, mərmər kimi dərisi, ipək saçları vardı. Hələ siması… Bizimkilər demişkən, Tanrının xoş çağda yaratdığı bu qızın sifət cizgiləri məsumluq mücəssəməsiydi. Şair ona necə məftun olursa, qorxusundan dil açıb söz deyə bilmir, əlacı baş götürüb Moskvadan genəməkdə görür. Ancaq artıq dastan yazılmağa başlamışdı. Sonu faciəylə bitəcək bir dastan… Puşkin-Qonçarova dastanı…
Davamı →

Valeriya Messalina

Qədim Romanın ilk modabazı və kurtizankası
İmperiya Roması Avropa mədəni ənənəsində böyük dövlət, hərbi güclə yanaşı, mənasız dəbdəbə, cah-cəlal və açıq mənəvi pozğunluq simvoluna çevrilib. Boşuna deyil.
İmperiya böyüdükcə oraya kütləvi şəkildə başqa ölkələrdən qullar, qızıl-gümüş axmaqla yanaşı, yeni ideyalar, düşüncələr, adət-ənənələr, məişət normaları da gəlirdi. Siseron yazırdı ki, romalılar yunanları silah gücünə yendilər, yunanlarsa onları öz mədəniyyətləri ilə məğlub etdilər. Amma mədəniyyətlə yanaşı, buraya Yunanıstandan bu cəmiyyətin əxlaqsızlığı da gəlirdi.
Bunacan Roma patriarxallığın və nəfsini qorumağın simvolu idi. Camaat içinə çıxanda Roma qadınları hicab örtərdi. Hətta belə bir hadisə də olub: arvadını öz qızının gözü qabağında öpdüyünə görə Senat bir senatora cəza verib. Minilliyin qovuşuğunda isə Roma cəmiyyətinin əxlaqı heyrət doğurucu dərəcədə çökürdü.


Davamı →