Рейтинг
+39.06

Məşhur qadınlar

35 üzv, 179 topik

Mariya Korazon Aquino

Mariya Korazon Aquino Time jurnalının üz qabığındaO, 1986-cı ildə Ferdinand Markosun avtoritar rejimini demokratik rejimlə əvəz edən Xalq Gücü İnqilabına başçılıq etməsi ilə yaddaşlarda iz buraxdı.
1986-cı ildə “Time” jurnalı onu “İlin Qadını” adlandırdı.
O, Filippinin ilk qadın prezidenti oldu.
“Time” jurnalı zorakılığa qarşı fədakarlığını nəzərə alaraq onu “Demokratiyanın Müqəddəsi” adlandırmışdı. 
Filippinlilərin çoxu onu demokratiya ikonası kimi qəbul edir.
“Time” jurnalı 1999-cu ildə onu XX yüzilliyin “20 ən nüfuzlu Asiyalı”sı siyahısına daxil etdi.
2002-ci ildə o, Asiyanın lider biznes məktəbi olan Asiya Menecment İnstitutu İdarə Heyətinə təyin olunmuş ilk qadın oldu. 
2006-cı ildə isə “Time” jurnalı onu “Asiyanın 65 qəhrəmanı” siyahısına daxil etdi. 
1994-cü ildə Kaliforniyada Qeyl Meyer Rolka tərəfindən çap olunan “Dünya tarixini formalaşdıran 100 qadın” kitabına onun da adı salındı.
Filippinlilərin “Tita Kori” (Kori Xala) adlandırdıqları bu qadın adını Filippin tarixinə qızıl hərflərlə yazmış Prezident Mariya Korazon Aquinodur. 
Mariya Korazon (Maria Corazon «Cory» Sumulong Cojuangco Aquino) 1933-cü ilin 25 yanvarında zəngin bir ailədə dünyaya göz açıb. Kori Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər iki palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika Kollecində, müharibədən öncə isə alman rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil almışdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bacısı Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazonun sevimli fənni riyaziyyat idi.
Ardı →

Opra Uinfri

Opra UinfriO, sözün əsil mənasında bir möcüzədir. Allah ona insanları maqnit tək özünə çəkmək kimi bir qabiliyyət verib. Onu “televiziya kraliçası” da adlandırmaq olar. 20 ildir ki, mavi ekranların ən çox sevilən siması olma statusunu heç kəslə paylaşmır. ABŞ prezidenti Barak Obamanın seçkilərdəki qələbəsinin əsas səbəbkarları arasında ön sırada durur. “Forbes” dərgisinin yaydığı məlumata görə, o, 20-ci əsrin ən zəngin qaradərili amerikalısı və Maykl Ceksonun ölümündən sonra dünyada tək qaradərili milyarderdir. “Forbes”in yazdığına görə, o, 2,7 milyard dollarlıq bir sərvətin sahibidir. Dərginin hazırladığı “dünyanın ən nüfuzlu 100 qadını” siyahısında isə o, Amerikanın 1-ci xanımı Mişel Obama, Kraft Foods qida məhsulları şirkətinin Baş Direktoru İren Rozenfelddən sonra 3-cü yerdədir. 25 illik televiziya aparıcısı və media maqnatı son 5 ildə 1.35 milyard dollar qazanıb. O, dünyanın ən nüfuzlu 100 qadını siyahısında ölkəsinin dövlət katibi Hillari Klintonu və Almaniyanın kansleri Angela Merkeli qabaqlayaraq, 3-cü sıraya yüksəlib.


Ardı →

Sirimavo Bandaraneyk

O, ölkəsinin tarixində ilk QADIN baş nazir olaraq adını dünya tarixinə yazdı! Sirimavo Rattave Dias Bandaranaike
O, çağdaş dünyada  dövlət başçısı olan ilk qadın idi! 
O, üç dəfə ölkəsinin baş naziri olmaqla da yeni bir ilkə imza ataraq, adını dünya tarixinə yazdı! 
O, həmçinin bir baş nazirin (Solomon Bandaraneykin) həyat yoldaşı, bir spikerin (Anura Bandaraneykin) anası, bir prezidentin (Çandrika Kumaratunqanın) anası olmaqla da adını tarixə yazmış bir lider, ictimai-siyasi xadimdir.

Bu qadın Sirimavo Bandaraneykdir. (Sirimavo Rattave Dias Bandaranaike)

1916-cı ilin 17 aprelində Şri-Lankada Radala ailəsində bir qız dünyaya gəldi. Sirimavo adı verilən bu qızcığaz ailənin altı uşağından ən böyüyü idi; onun dörd qardaşı, bir bacısı vardı. Dini-fəlsəfi dünyagörüş etibarı ilə Buddizmə (Budda təliminə) bağlı olan ailədə böyüyən Sirimavo 1940-cı ildə hökumət şurasının üzvü, Solomon Diasın oğlu Solomon Uest Ridqvey Dias Bandaraneyk ilə ailə həyatı qurdu. Əri Solomon Bandaraneykin qətlindən sonra Sirimavo Şri Lanka Azadlıq Partiyasının liderliyini öz əlinə aldı və bunu, nə az, nə çox, düz 40 il  – həyatının sonuna kimi davam etdirdi. O, öncə senator oldu və 1956-cı il seçkilərində partiyasını liderliyə yüksəldi (daha doğrusu, liderliyini rəsmiləşdirdi). 
1960-cı ilin yanvarında Baş nazir olan xanım Bandaraneyk, ölkəni 1977-ci ilə – məğlubiyyətə uğradılana kimi idarə etdi. O, məğlubiyyətə uğradılması azmış kimi, bundan üç il sonra – 1980-ci ildə, “hakimiyyətdən sui-istifadə” ittihamı ilə parlamentdən qovuldu və 7 il hökumətdə vəzifə tutmaq hüququndan məhrum edildi. 


Ardı →

Whitney Houston

“Ölüm bizi ayırana qədər...”Whitney Houston

…Adi günlərdən biri. Otaqda sakitlikdi. Döşəmədə uzanmış qadının pıçıltısı bu səssizliyi pozur: “Sevincdə və kədərdə, xəstəlikdə və sağlıqda...”.  Dodağından qan damcılayırdı. Dilində qanın acı tamını hiss edirdi. “Ölüm bizi ayırana qədər...” — pıçıldaya-pıçıldaya dizləri üstə qalxdı. Evin açıq qalmış qapısından ərinin maşına necə mindiyini gördü. Çənəsinin dəhşətli ağrısını hələ indi-indi hiss etməyə başlamışdı. Əri yumruqla çənəsinə zərbə endirmişdi. Uitni çətinliklə də olsa ayağa qalxa bildi, üzünə soyuq kompres qoymaq üçün vanna otağına keçdi. Axı sabah konsertdir, elə etmək lazımdır ki, sabaha kimi üzündəki şişkinlik azalsın. Üzünün göyərmiş nahiyələrini isə vizajist qaydasına salar, axı bu, birinci dəfə baş vermirdi».

“Niyə boşanmırsan, Uitni?”, — bu sualı ona rəfiqələri tez-tez verirdilər.
— “Axı o səni döyür”. Bu sualların qarşılığında Hyuston dərindən nəfəs alır, sakit səs tonu ilə həmişə eyni cavabı verirdi: “Ailə qurarkən bir-birimizin gözlərinə baxaraq and içmişik. Kədərdə və sevincdə, xəstələnəndə və sağlığımızda...”.


Ardı →

Viqdis Finnboqadöttir

Vigdis FinnbogadottirO, İslandiyanın ilk qadın hökumət başçısı kimi adını tarixə yazdı!  Sonra digər bir ilkə də imza atdı. Ölkəsinin ilk qadın prezidenti kimi də adı tarixə düşdü. Nə az, nə çox düz 16 il ölkəsinə rəhbərlik etdi və ölkəsinə ən uzun müddət prezidentlik edən QADIN kimi də yaddaşlarda qaldı. 
O, dünyada demokratik seçkilərlə seçilmiş İLK QADIN PREZİDENT kimi də adını əbədiyyən tarixə yazdı. (Ümumiyyətlə isə o, İsabel Martines de Perondan sonra dünyada ikinci qadın prezidentdir. İsabel Peron hakimiyyət estafetini həyat yoldaşından alaraq, Argentinada prezident olmuşdu). 
O, İslandiya Uşaqlara Yardım Assosiasiyasının əsasını qoymuşdur!  O, ölkəsinin fəxri vətəndaşı kimi yaddaşlarda qalan bir lider oldu.
Bu qadın,  İslandiyalı dövlət və ictimai-siyasi xadim, İslandiyanın sabiq prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Madrid Klubunun üzvü Viqdis Finnboqadöttirdir! (Vigdis Finnbogadottir)
İslandiyanın 4-cü prezidenti Viqdis Finnboqadöttir 15 aprel 1930-cu ildə Reykyavikdə dünyaya göz açıb. İxtisasca mühəndis olan atası Finnboqi Rütur mühəndis, həmçinin İslandiya Universitetində professor vəzifəsində, tibb bacısı olan anası Siqridur Eiriksdöttir isə İslandiya Tibb Bacıları Assosiasiyasının sədri vəzifəsində çalışırdı.
Ardı →

Misiri dəyişdirən qadın - Nefertiti

 Nefertiti haqqında heç kim heç nə bilmirdi. Onun sirri 1858-ci ildən sonra açıldı. I Dünya müharibəsi ərəfəsində, alman arxeoloqları Misirdə qazıntılar zamanı bir neçə qədim predmet tapıb, alman muzeylərinə tədqiqat üçün göndərdilər. Onların içində qutu kimi daş lövhə var idi. Berlində bu lövhə birdən-birə dönüb Nefertitinin büstünə çevrildi. Sən demə, bic arxeoloqlar şübhə doğurmasın deyə, büstü gümüşü kağıza büküb üstünü gipsləyiblər ki, diqqət çəkmədən onu Misirdən çıxarsınlar. Bu fakt aşkar olunan kimi böyük qalmaqal qopdu və almanlara Misirdə qazıntı aparmaq qadağan olundu. Amma, dəyərli sənət incisi, e.ə. XV əsrdə usta Tutmesin hazırladığı büst hər cür tərifə və qurbanlara laiq idi. Nefertitinin zərif, irəli çıxmış incə buxağı, sivri burnu, qeyri-adi uzun boğazı bəşəriyyətə yeni gözəllik etalonu gətirdi: Nefertiti gözəlliyi.


Ardı →

Sofi Loren

«Belə bir həyatda yaşamaq bu körpənin nəyinə lazımdır? Onu bu həyatda əzab və məhrumiyyətlərdən başqa heç nə gözləmir». Bu sözləri ona uşaqlığı yanında keçən qapı qonşuları deyirdi. Axı, dəniz kənarında yerləşən köhnə dar bir daxmada hansı xoşbəxtliklərdən danışmaq olardı ki?! 1934-cü il sentyabrında Romada yoxsullar üçün nəzərdə tutulmuş xəstəxanada dünyaya gələn Sofiya Şikollone sonradan məşhur aktrisa, gözəlliyi ilə dünyanı valeh edən Sofi Lorenə çevrilir.

O, mühəndis Ricardo Şikollone və fortepiano müəlliməsi, üstəlik uğursuzluğun qarabaqara izlədiyi əyalət aktrisası Romilda Villanin qanunsuz qızıdır. Sofiyanın səyyar teatr aktyoru olan atası daim arvadı və uşaqlarına qayğı göstərməkdən bezərək ən «doğru» addımı atır və köməksiz ailəsini atıb gedir. Anası ilə Sofiya və kiçik bacısı həyatın ən yoxsul və zalım üzünü görürlər. Onlara baş çəkən qonşu hər dəfə Sofiyaya baxanda «Nə olaydı bu qız öləydi. Belə yoxsul dünyada yaşamaq nəyinə lazımdır axı?» — deyirdi.
Davamı →

İmelda Markos

İmelda Markos Filippinin keçmiş diktatoru Ferdinand Markosun arvadıdır. Bu il «Newsweek» jurnalı xanım Markosu «Bütün dövrlərin ən tamahkar insanları» siyahısına salıb.
Onun 2500 cüt ayaqqabısı, böyük geyim və zinət əşyaları kolleksiyası var. Siyasət aləmində isə İmelda Markosa «polad kəpənək» deyirlər. Hazırda 80 yaşı olsa da, o, hələ də ölkəsinin ən nüfuzlu siyasi fiqurlarından biri sayılır.
Cavanlıqda İmelda çox gözəl olub, 18 yaşında gözəllik müsabiqəsində qalib gəlib. İmelda həmin dövrdə konqresmen olan Ferdinand Markosla tanış olur və tezliklə onlar ailə qururlar. 1966-cı ildə isə konqresmen Markosun ulduzu parlayır, o, prezident seçilir.
Ardı →

Simona de Bovuar

Düz 102 il əvvəl iyunun 9-da dünyaya bir qızcığaz gəldi. Hələ kiçik yaşlarında ona “uşaq” deyənlərə hirslənirdi. Fəlsəfi nəzəriyyəsinin əsasını elə o vaxtdan ətrafındakılara göstərirdi: “Mən mənəm!”.
Onu sevənlərlə yanaşı lənətləyənlər də oldu, anlamayanlar da, anlamaq istəməyənlər də… Hətta bəzi kişilər iddia etdilər ki, əgər bəşəriyyət Simona de Bovuarın dediklərini qəbul edərsə, elə bu bəşəriyyətin sonu deməkdir. Bir çoxları isə bunun tam tərsini daha ciddi arqumentlərlə sübut etdilər və edirlər…

Ona qarşı səsləndirilən bütün iddialar, əleyhinə söylənilənlər Onun düşüncəsi, fəlsəfi baxışı, əsərləri ilə sözün əsil mənasında inqilab etdiyi həqiqətini dəyişə bilmədi. İllər keçdikcə onu anlayanların sayı ilə yanaşı davamçıları da siyahı artdı. İllər adını tarixə yazmış bu qadının düşüncələri ilə bağlı müzakirə və mübahisələri unutdura bilmədi. Bu qadın əsərlərini böyük maraqla oxuduğum Simona de Bovuardır. Feminizmin anası!
“Sartrla qarşılaşanda hər şeyi qazandığıma inanmışdım. Onun yanında özümü təsdiq etməyə çalışarkən, uğursuzluğa düçar olmaq ehtimalım yox idi. İndi isə öz-özümə belə deyirəm: Xilasını başqa birində görmək, yıxılmağın ən kəsə yoludur.”


Ardı →

Evita Peron

Xalqı üçün yaşayan, cavan yaşında ölən, cəsədi 16 il gizlədilən əfsanəvi Birinci Xanımın film kimi həyatı...
Evita – yəni Eva Peron haqqında çəkilən və baş rolda Madonnanın oynadığı filmi ilk dəfə — illər öncə seyr edərkən göz yaşlarımı tuta bilməmişdim. İllər öncə deyirəm, ancaq nə gizlədim, elə sonralar da, bu gün də o filmə həyəcansız baxa bilmirəm: yaş ötdü, həyəcan ötmədi...

Həmin filmdə Madonnanın səsləndirdiyi və Evitanın Argentina xalqına müraciətlə oxuduğuna inanılan, filmin özündən də məşhur olan “Argentina, mənə ağlama”( Dont Cry for Me Argentina) adlı mahnı isə bu gün də ən sevdiyim mahnılar arasındadır. O, çox gənc yaşlarında, təxminən 30 yaşında dünyasını dəyişsə də, yüzlərlə əsər üçün ilham qaynağı oldu. Bu, dünya tarixində çox nadir insanlara qismət olan bir xoşbəxtlikdir. O, 1976-cı ildə — ölümündən sonra “Evita” adlı müzikllə beynəlxalq populyar kültürə də daxil oldu.


Ardı →