Qan damarları və onların təmizlənməsi

Qan damarları arteriyalara, venalara və mikrosirkulyator damarlara ayrılır. Arteriyalar qanı ürəkdən aparır, venalar isə qanı ürəyə gətirir.
Qan damarları müxtəlif diametrli qapalı borular sistemi olub, nəqliyyat, üzvlərin qanla təchizatı, qan və toxumalar arasında maddələr mübadiləsi funksiyaları yerinə yetirir.
Qan damarları mezenximadan inkişaf edır. Bu sistemə qanı ürəkdən orqan və toxumalara çatdıran arteriyalar, qanı ürəyə qaytaran venalar və nəqliyyat funksiyası ilə bərabər qanla ətraf toxumalar arasında maddələr mübadiləsini təmin edən mikrosirkulyator damar kompleksdə aiddir.
Embriogenezin başlanğıcında yumurta sarıcı kisəsində mezenximositlərdən qan adacıqları yaranır. Adacıqların daxilində qan hüceyrələri yaranır, kənardakı hüceyrələr yastı forma alıb bir-biri ilə birləşir və borucuğun endoteli örtüyünü əmələ gətirir. İlkin qan borucuqları bir biri ilə birləşib kapillyar sistem yaradır. Mezenximositləri əhatə edən hüceyrələr perisitlərə, saya əzələ və adventisiya hüceyrələrinə çevrilir. Damarlarda qan artdıqca onların orta və xarici qişasının elementləri formalaşır. Arteriyaların və venaların divarı daxili-intima, ortamediya və xarici-adventisiya qişalarından təşkil olunmuşdur. Amma bu qişaların qalınlığı, inkişaf səviyyəsi və toxuma tərkibi onların yerinə yetirdiyi funksiyadan, qan təzyiqindən və onun hərəkət sürətindən asılı olaraq dəyişilir.
Arteriyalar divarının quruluşuna görə elastiki, əzələ elastiki və əzələ tipli olur.
Qan damarları
Elastiki tipli arteriyalara aorta və ağciyər arteriyası aiddir. Bunlarda qan təzyiqi 200 mm civə sütunu, hərəkət sürəti isə 0,5-1 m/saniyədir. Elastiki arteriyaların divarı qalın və bütün qişalarında çoxlu elastiki liflər yerləşir. Belə arteriyaların daxili qişası endoteli və subendoteli qatlarından ibarətdir. Endoteli hüceyrələri bir və ya bir neçə nüvəli, müxtəlif formalı hüceyrələr olub damarın daxili örtüyünü əmələ gətirir və bazal zar üstündə yerləşir. Subendotel qatı nazik lifli boş birləşdirici toxumadan olub, ulduzvarı makrofaqlara və saya əzələ hüceyrələrinə malikdir.
Bu qatın amorf maddəsində qlikozoaminoqlikokanlar olur, bunlar damar divarını qidalandırır. Bu qat damarların regenerasiyasında əsas rol oynayır, orta qata yaxın elastiki liflərə malikdir. Orta qişa çox sayda elastiki, məsaməli zarlardan təşkil olunmuşdur. Zarların arasında spiral gedişli saya əzələ hüceyrələri və az miqdarda fibroblastlar olur. Bu quruluş arteriyanın elastikliyini təmin edir.
Xarici qişa boş birləşdirici toxumadan olub, boylama istiqamətdə yerləşən kollogen və elastiki liflərdən təşkil olunmuşdur. Xarici və orta qişaların arasında damarlar damarı və sinirlər olur. Xarici qişa damarları artıq genəlməkdən və mexaniki zədələnmədən qoruyur. Daxili qişa və orta qişanın daxili 1/3 hissəsi damarlarda axan qanla, qalan xarici hissələr damarlar damarı ilə qidalanır.

Əzələ tipli arteriyalar
Orqanlara qan çatdıran arteriyaların hamısı əzələ tipli arteriyalardır. Bu tipə bazu, bud, dalaq və s. arteriyalar aiddir.
Bu arteriyaların daxili qişası endoteli və subendoteli qatlardan ibarətdir. Endoteli qatı endoteli hüceyrələrindən, subendoteli qatı ulduzvarı, iyvarı hüceyrələrdən, zəif elastiki liflərdən və amorf maddədən təşkil olunmuşdur. Daxili elastiki zar şəffaf olub, qida maddələrinin nəqli üçün çoxlu yarıqlara malikdir.
Orta qişa spiral gedişli saya əzələ hüceyrələrindən ibarətdir. Bu hüceyrələrin arasında az miqdarda fibroblastlar, kollogen və elastiki liflər olur.
Orta və xarici qişalar arasında xarici elastiki zar yerləşir.
Xarici qişa boş birləşdirici toxumadan olub, boylama və köndələn istiqamətdə gedən liflərdən təşkil olunmuşdur. Bu qişada damarı qidalandıran damarlar və sinirlər olur. Əzələ-elastiki tipli arteriyalar elastiki və əzələ tipli arteriyalar arasında keçid mövqe tutur.
Bura körpücükaltı arteriya aiddir. Bunların daxili qişası endotel, subendotel qatlarından və daxili elastiki zardan, orta qişa spiralvari yerləşən saya əzələ hüceyrələrindən və elastiki liflərin torundan ibarətdir. Orta və xarici qişalar arasında xarici elastiki zar yerləşir. Xarici qişa boş lifli birləşdirici toxumadan olub, sinirlərə və damarlara malikdir.
Mikrosirkulyator yatağa müxtəlif arteriolalar, kapillyarlar venula və arteriola-venulyar anastomozlar və limfa damarları aiddir.
Bu kompleks arteriyaların venalara keçdiyi yerdə orqan və toxumalarda xırda prekapilyar, kapilyar və postkapilyarların sıx torunu əmələ gətirir.
Arterilalar 50-100 mkm diametrində kapilyar şəbəkəsinə keçən, ən kiçik əzələ tipli arteriyalar olub, kapilyar şəbəkəsinə keçirlər. Bunların daxili qişası bazal zarda yerləşən endoteli hüceyrələrindən, nazik subendoteli qatdan və nazik daxili elastiki zardan ibarətdir.
Orta qişa 1-2 qat həlqəvi yerləşən saya əzələ hüceyrələrindən ibarətdir.
Arterilaların əzələ hüceyrələri arasında az miqdarda elastiki liflər olur. Xarici elastiki zar olmur. Xarici qişa boş lifli birləşdirici toxumadandır. Arteriolalar damar sisteminin kranları olub, damarların mənfəzinin ümumi sahəsini artırıb azaltmaqla konkret toxuma nahiyəsinə gedən qanın miqdarını tənzim edir.

Kapillyarlar
Kapillyarlar ən nazik damarlar olub, yerləşdikləri üzvlərin quruluş və funksiyasından asılı olaraq müxtəlif diametrə və quruluşa malikdir. Ən dar kapillyarların mənfəzi 4,5-7 mkm-r olub, eninə zolaqlı əzələlərdə, ağciyərdə və sinir kötüklərində yerləşir. Orta mənfəzli kapillyarların diametri 7-11 mkm olub, dəridə və selikli qişalarda, böyük mənfəzli kapillyarların diametri isə 20-30 mkm olub, qan yaradan orqanlarda, qaraciyərdə və daxili sekresiya vəzilərində olur. Bunlara sinusoid tipli kapillyarlar da deyilir.
Kapillyarlar tor şəklində yerləşir, bəzən ilgəklər və yumaqlar əmələ gətirir. İlgəklər xüsusi dərinin məməciklərində, yumaqcıqlar isə böyrəklərdə olur. İlgək təşkil edən kapillyarlarda arterial və venoz şöbələr ayırd edilir. Arteriyal şöbənin eni bir eritrositin eninə bərabərdir, venoz şöbənin eni isə ondan bir qədər artıqdır.
Eninə zolaqlı əzələnin 1 mm2 sahəsində 1400 dəridə isə 40 kapillyar kəsiyi olur. Normal fizioloji şəraitdə hər bir toxumada 50% kapillyar fəaliyyətsiz olur. Kapillyarların daxili qatını əsas zar üstündə yerləşən endoteli hüceyrələri, orta qatını əsas zara daxil olmuş perisitlər, xarici qatı isə amorf maddə, perisitlər və zərif kollogen liflər təşkil edir.
Endotelin qan cərəyanına baxan şəthində mikroxovcuqlar olur. Kapillyarlar quruluşuna görə üç qrupa bölünür.
 
  • 1-ci qrupa adi quruluşlu endoteli təbəqəsinə və tam fasiləsiz zara malik kapillyarlar (məs. dəridə) aiddir.
  • 2-ci qrupa fenesterli endotel təbəqəsinə və fasiləsiz əsas zara malik kapillyarlar aiddir, bunların divarında fenesterlər olduğu üçün fəal mübadilə mümkündür. Belə kapillyarlar böyrək yumaqcıqlarında, bağırsağın selikli qişasında, daxili sekresiya vəzilərində və s. olur.
  • 3-cü qrupa məsaməli endotelə və fasiləli əsas zara malik kapilyarlar aiddir. Belə kapillyarlar qan yaradan orqanlarda olur, diametri 20-30 mkm-r və məsamələrdən qanın formalı elementləri miqrasiya edir.

Perisitlər çıxıntılı hüceyrələr olub, zənbil kimi kapillyarları əhatə edir, əsas zarın səhifələri arasında yerləşir və kapillyarların yığılmasında iştirak edir. Adventisasiya hüceyrələri perisitlərdən xaricdə yerləşir, amorf maddə ilə əhatə olunur, bu maddədə nazik kollogen liflər də yerləşir.
Mikrosirkulyator yatağın çıxarıcı şöbəsi kapilyarların venoz hissəsindən başlanır.
Kapilyarların venoz şöbəsi arterial şöbədən 1,5-2 dəfə enlidir. Venulalar postkapilyar, yığıcı və əzələli olur.
Postkapilyar venulaların diametri 8-30 mkm, quruluşu kapilyar şəbəkəsinin venoz şöbəsinə oxşayır, amma perisitlər çoxdur, yığıcı venulaların diametri 30-50 mkm olub, tək-tək saya əzələ hüceyrələrinə malikdir. Əzələli venulaların diametri 50-100 mkm olub, orta qişada bir-iki sıra saya əzələ hüceyrələr olur və xarici qişa yaxşı inkişaf etmişdir.
Venoz şöbə limfa kapillyarları ilə birlikdə drenaj funksiyanı yerinə yetirir, toxumalardan metabolizmin məhsullarını xarici edir, bunların divarından leykositlər də miqrasiya edir.

Arteriovenulyar anastomozlar
Arteriyal qanı kapillyarlara keçmədən birbaşa venalara ötürən damar birləşmələri arteriovenulyar anastomozlar adlanır. Bunların diametri 30-500 mkm, uzunluğu 4 mm-dir. Bu anastomozlar həqiqi və atipik olur. Həqiqi anastomozlardan ancaq arterial qan, atipik anastomozlardan isə qarışıq qan keçir. Bunların yığılma funksiyasını əzələ qişası yerinə yetirir.
Venalar qanı orqan və toxumalardan ürəyin sağ qulaqcığına çatdırır. Ağciyər venası istisnadır, çünki bu damar ağciyərdən oksigenlə doymuş qanı ürəyin sol qulaqcığına gətirir. Venaların divarı da arteriyalarınkı kimi daxili, orta və xarici qişalardan təşkil olunmuşdur. Venalarda qanın təzyiqi 15-20 mm civə sütunu, hərəkət sürəti isə 10mm/san-dir. Ətrafların venalarında qanın geri hərəkət etməməsi üçün klapanlar olur.
Venalar əzələli və əzələsiz tiplərə ayrılır. Əzələsiz venalara sümük, qara ciyərin paycıq mərkəzi və dalağın trabekulyar venaları, əzələli venalara bud, bazu venaları aiddir. Əzələsiz venaların divarı bazal zarda yerləşən endoteli və xarici birləşdirici toxumadan ibarətdir.
Əzələli venaların divarı arteriyanın divarı kimidir. Orta əzələ qişası arteriyalara nisbətən zəifdir. Əzələ hüceyrələri sirkulyar yerləşir.
Damarlar simpatik və parasimpatik sinirlərlə innervasiya olunur. Simpatik liflər damarları daraldır, parasimpatik liflər isə genişləndirir. Damarların divarında xemo, baro və mexanoreseptorlar olur.
 
İllər ərzində qan damarlarının divarında müxtəlif zərərli maddələr yığılır. Yığılıb qalmış bu maddələr arteriya damarlarının daralmasına və qanın yaxşı işləməməsinə səbəb olur.
Arteriya damarlarının daralması ürəkdə və beyində müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
Arteriya damarlarının daralması müxtəlif infeksiya xəstəliklərindən və xolesterinin çox olmasından baş verir. Siz damarların təbii yollıarla effektiv şəkildə təmizlənməsini istəyirsinizsə, bunu yonca toxumu vasitəsilə edə bilərsiniz.
Yonca toxumu qanda olan xolesterinin miqdarını azaldır və damarları təmizləyir. Yonca toxumunun tərkibindəki liflər xolesterini və ödü udmaq qabiliyyətinə malikdir. Onun bu xüsusiyyəti arteriya damarlarında olan yağların və toksinlərin təmizlənməsinə səbəb olur.

Hazırlanması:

1 stəkan suya 1 çay qaşığı yonca toxumu əlavə edilib 5 dəqiqə qaynadılır. Qaynadıqdan sonra dəmləməni dadlandırmaq üçün 1 qaşıq bal əlavə edilir və qarışdırılır. Qarışımdan səhər və axşam içilir. İçki səhərlər acqarına, axşamlar isə yatmazdan qabaq içilməlidir.

Mütəxəssislər müalicə müddətində aşağıdakılara əməl etməyi məsləhət bilirlər:

  • qida rasionundan yağlı yeməkləri çıxarmağı
  • şəkər qəbulunun miqdarı azaltmağı
  • siqaretdən uzaq durmağı
  • meyvə-tərəvəzlrdən çoxlu istifadə edilir
  • gün ərzində 2-3 fincan yaşıl çay içilir
  • gün ərzində bir-neçə qoz yeyilməlidir
  • dəmləmədən ən azı 1 ay hər gün içilməlidir. (milli.az)

Mənbə: Saglamolun.Az
 

0 şərh