Рейтинг
+36.28

Ramazan ayı

30 üzv, 92 topik

Ramazan ayında ibadət

Azana bir  beş dәqiqә qalmış harada olsam qayıdıram evә vә ev adamlarını xәbәrdar edirәm ki, mәnim sәmtimә dolanmasınlar. Çünki at arpasının vaxtı yetişәndә şıllaqcıl olan kimi, mәnim dә papirosumun vaxtı yetişir, nervinni oluram.
Bәdәzon uşaqlara deyirәm ki, mәnim papiros qabımı yanıma gәtirsinlәr. Orucluq günlәri papiros qabını cibimdә saxlamıram, çünki bir kәrә yadımdan çıxıb qәflәtәn papiros çәkmişәm vә bir kәrә özümü bilmәmәzliyә vurub qәsdәn çәkmişәm. Ona görә, «göz görmәsә, könül sevmәz» mәsәlinә müvafiq papiros qabını evdә qojuram.

Davamı →

Ramazan ayında qidalanmada nələrə diqqət etməliyik?

Müqəddəs Ramazan ayına qədəm qoyuruq. Bu mübarək ayda oruc tutan hər kəsin orqanizmi təzələnir, saflaşır. Qan dövranı və maddələr mübadiləsində yaranan problemlər aradan qalxır. Tədqiqatlar sübut edib ki, Ramazan ayını bütünlükdə oruc tutmaq  orqanizmə yüngüllük gətirir, gərginliyi aradan qaldırır, diqqətin cəmlənməsinə kömək edir, zehni dağınıqlığa son qoyur, düşünmə və mühakimə qabiliyyətini möhkəmlədir, sakitlik və mənəvi rahatlıq verir.

Davamı →

Fürsətlər bulağının qaynadığı gecə

Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Ramazan ayının Şah zirvəsi olan Qədr gecəsinin Əhya gecələrini yaşamaqdayıq. Allahdan hər bir kəs üçün bu mənəvi ziyafətdən tam şəkildə istifadə edə bilmək, bu gecələrdə ayılmaq, oyanmaq, dirilməyi istəyirik. Xoş olsun halımıza ki, Allah Təala belə əzəmətli gecələri yaşamağı lütf edib!

Davamı →

Qədr gecəsi oyaq qalmaq gecəsi deyil, ayılmaq gecəsidir

Möminlər bütün dövrlərdə Qədr gecələrində məscidə tələsərdilər. Həmin gecələrdə Qədr gecələrinin fəzilətindən danışardılar. Əgər hansısa günah işlətsələr, bu mübarək gecənin intizarını çəkərdilər. Çünki bilirdilər ki, bu, elə gecədir ki, heç bir insan əliboş geri qayıtmaz. Heç bir ürək İlahi rəhmətdən ümidsiz olmaz. (Tebyan)
Bu həyəcan və şövqü yeni nəslə ötürə bilmişikmi? Bu nəsil yeni texnika ilə dəyişsə də, ürəkləri həmin ürəkdir. Həmin ixlaslı və intizarda olanlar ürəklər.
Davamı →

Ramazan ayında şeytanın fəaliyyəti nəyə yönəlib?

Şeytanın (lən) bu mübarək aydakı ən çox fəaliyyəti — bu ayın feyz və bərəkətini bizdən almağa çalışmaqdır. Əgər bir qədər diqqət etsək, görərik ki, bu ayda münaqişələrin və yersiz vaxt öldürməklərinin sayı kifayət qədər olur. Şeytan öz dostlarının yardımı ilə fitnə və münaqişə hazır edər və çalışar ki, insanlar bu mübarək aydan az tövfiq əldə etsinlər. (Tebyan)
Ramazan ayı demək, İlahi ziyafətə daxil olmaq deməkdir. İnsan nəfsinə deyər ki, bəsdir yedin, indi Allaha diqqət etmək, ibadət etmək zamanıdır. Biz Məhbubumuzla xəlvət etmək istəyirik və ancaq yediklərimiz bizi Ondan qafil edir.
Davamı →

Ramazan ayını digər aylardan üstün edən nədir?

Ramazan ayı bütün ayların sultanı olub, xüsusi əhəmiyyətə malik olan aydır. Bu, o aydır ki, Allahın rəhmət qapıları açılar və günahlar bağışlanar, dualar qəbul olar, sədəqələr qəbul olar, iftar süfrələri açılar və möminlərə təam verilər, Quran tilavət olunar, istiğfar edilər və oruc tutular...
Bundan başqa, bəzi amillər vardır ki, bu ayı başqa aylardan üstün edər.
Davamı →

Oruc tutanların neməti nədir

İmam Baqir (ə) buyurur: “İslam beş dayağın üzərində inşa olunmuşdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucu, Beytul-haramın həcci, biz Əhli-Beytin (ə) vilayəti”. Quran-Kərim oruc barəsində buyurur: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən)çəkinəsiniz”. (”Bəqərə” 183).
Davamı →

Ramazan ayında halsızlıq və yuxusuzluqdan əziyyət çəkməmək üçün

Ramazan ayında oruc tutan insanlarda yuxu pozğunluğu və halsızlıq yaşana bilər. Yaxşı, yuxusuzluğun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir. Diqqətlə oxuyun!
Mübarək Ramazan ayında yuxu pozğunluğunun arta biləcəyini nəzərə alaraq, həddindən artıq qəhvə və dəm çayının istehlakından qaçmaq lazımdır.
Dos. Dr. Yavuz Selvi, Ramazan ayında yuxusuz olma məsələsinə toxunaraq rahat yatmanın insanın öz əlində olduğunu söyləyib.
Davamı →

Niyə Allah orucu 30 gün vacib etmişdir

Allah Təala orucu vacib edərək, insanların təqvasını imtahana çəkmək istəmişdir. Həzrət Zəhra (s.ə) “Fədəkiyyə” xütbəsində buyurmuşdur: “Orucun vacib olmaq səbəbi – insanların ixlas meydanında imtahana çəkilməsidir”.
Oruc – elə ibadətdir ki, ancaq Allahla bəndə ondan xəbərdar olar. Onu tutmaq və tutmamaq yolu ilə insanların təqvası imtahana çəkilər. Ola bilsin ki, insan oruc olsun, ancaq başqalarının bundan xəbəri olmasın.
Davamı →

Orucun 15-ci günündə bunlar baş verir

«Oruc tutulan zaman səhhətdə bəzi narahatlıqlar yaranır ki, bəzən bu hallara görə insanlar özlərini oruc kimi nemətdən məhrum edirlər». Bunu həkim-fitoterapevt Füzuli Hüseynov deyib.
Həkim bildirib ki, artıq bütün dünya ac qalmanın faydasını görmək üçün bunun 30 gün davam etmə vacibliyini qəbul edir:
Davamı →