Рейтинг
+22.63

qədim Roma

32 üzv, 16 topik

Roma demokratiyasının dirçəlişi

Orta əsrlərdə Şimali İtaliyada yaranan şəhər-dövlətlərindən Venesiya daha çox Qədim Roma Respublikasını xatırladırdı. Qədim Roma Respublikası V əsrdə süquta uğradıqdan sonra antik demokratiya (öz vətəndaşlarının da iştirakını nəzərdə tutan dövlət idarəetmə sistemi) siyasi səhnədən yox edilsə də, tarix səhnəsində qalmaqda idi. Roma demokratiyasının ənənələri İtaliya ərazisindəki azsaylı tayfaların idarəetmə sistemi olaraq qalırdı. Təxminən 1100-cü illərdə Şimali İtaliyanın bir çox şəhərlərində xalq hakimiyyətləri yenidən ərsəyə gəlməyə başladı. Bu, Şimali İtaliyanın kiçik şəhər-dövlətlərində baş verirdi. Dünyaya «respublika» ixtirasını bəxş etmiş italiyalılar öz əlləri ilə boğduqları «xalq hökumətlərini» yenidən qururdular. Şimali İtaliyanın şəhər-dövlətləri qədim Ellada və Roma dünyasının siyasi ənənələrini yenidən həyata qaytarırdılar. Bu "şəhər-respublikalar" (Florensiya, Venesiya, Genuya, Piza və s.) arasında Venesiya özünəməxsus xüsusiyyətləri ilə bərabər daha çox Qədim Romanı xatırladırdı.
Ardı →

Qədim Roma dövləti

Qədim Roma əvvəlcə şəhər-dövlət, sonralar (e.ə. 3 əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Romanın tarixi ənənəvi olaraq üç dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), İmperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.


Ardı →

Qədim Roma mədəniyyəti

Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur. E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu.
Göy cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur “Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat verdi.
Ardı →

Romada quldarlığın tənəzzülü. Xristianlığın meydana gəlməsi

II əsrin sonu — III əsrdə quldarlıq təsərrüfatının tənəzzülü


I-II əsrlərdə Roma imperiyası ən qüdrətli zirvəsinə çatdı. Lakin II-III əsrlərdən başlayaraq, quldarlıq quruluşunda tənəzzül başlandı. Çünki qul əməyi getdikcə əhəmiyyətini itirirdi, qul nəzarətsiz yaxşı işləmirdi. Qullar üçün yaxşı işləməyin əhəmiyyəti yox idi. Onlara ancaq yemək və paltar verirdilər. Qullara nəzarətçilər, keşikçilər, quldarların özləri nəzarət edirdi. Quldarlıq təsərrüfatın inkişafı üçün əngələ çevrildi. Qədim Romada su dəyirmanı ixtira edildi, gavahınlı mürəkkəb kotan, öküzlə hərəkətə gətirilən biçin aləti, bağlarda işləmək üçün bıçaq aləti ixtira edilmişdi. Lakin bu alətləri qullara etibar etmirdilər. Onlara kobud alətlər verirdilər, bu alətləri sındırmaq çətin idi. Beləliklə, Romada quldar təsərrüfatının tənəzzülünün səbəbi quldarlığın texnika və ticarətin inkişafını ləngitməsi, kənd təsərrüfatının tənəzzülü, qulun öz əməyinin nəticəsində maraqlı olmaması idi.


Ardı →

Roma impersiyasının süqutu

Romada sərkərdələr arasında gedən mübarizədə Konstantin (306-337) qalib gəldi. O, Romanı sevmirdi və şərqdə yaşayırdı. Konstantin Bosfor boğazının Avropa hissəsində yerləşən qədim Vizanti (Bizans) yunan şəhərini paytaxt seçdi. 330-cu ildə paytaxt Vizantiyə köçürüldü. Şəhər Konstantinopol (indiki İstanbul) adlandı.

IV əsrin sonlarından başlayaraq barbarların Roma imperiyasına hücumu gücləndi. Roma imperatorları barbarlara xərac verməyə məcbur olurdular, bəzən barbar tayfalarından muzdla istifadə edirdilər. IV əsrin sonunda Xəzərətrafı çöllərdən hunlar qərbə doğru hərəkət etdilər. Onlar Qara dənizin şimalında yaşayan ostqot tayfalarını qərbə sıxışdırdılar. Ostqotlar Dunay sahillərinə çəkildilər. Roma imperatoru imperiyanın sərhədlərini müdafiə etmək üçün ostqotlara imperiya sərhədlərində məskən salmağa icazə verdi və onları ərzaqla təmin etməyi öhdəsinə götürdü.


Ardı →

Romada dövlətin yaranması

Qədim İtaliyanın təbiəti və əhalisi. Avropanın cənubunda, Balkan yarımadasının qərbində Apennin yarımadası yerləşir. Apenin yarımadasını şimalda Avropanın qalan hissəsindən Alp dağları ayırır. Alp dağlarından başlayaraq Siciliya adasına qədər uzanan sıra dağlar yarımadanı iki yerə ayırır. Alp dağları Apennin yarımadasını soyuq şimal küləyindən qoruyur. Burada iqlim mülayimdir, yağış Yunanıstana nisbətən daha çox yağır, zəngin bitki və heyvanat aləmi var. Yunanlar bu zənginliyə heyran olmuş və yarımadanın cənub hissəsini İtaliya, yəni «buzovlar ölkəsi» adlandırmışlar. Sonralar bu ad bütün yarımadaya verilmişdir. Apennin yarımadasından cənubda iqlimi isti, bitki örtüyü daha zəngin olan Siciliya adası yerləşir. Qədim zamanlarda İtaliya əhalisi maldarlıq, üzümçülük, əkinçiliklə məşğul olurdu.
E.ə. I minilliyin əvvəllərində Apennin yarımadasında müxtəlif 58 tayfa və xalqlar yaşayırdılar. Onların arasında ən çox inkişaf etmiş xalqetrusklar idi. Onlar keyfiyyətli sənətkarlıq məhsulları istehsal edir, gəmiqayırma və s. ilə məşğul olur, 10 minə qədər yazı işarəsindən istifadə edirdilər. E.ə. IV əsrə aid öküz başlıqlı riton onlarda incəsənətin inkişafını göstərir. Apenin yarımadasının mərkəzində kiçik Latsiya vilayətində latın tayfaları yaşayırdı. Tədricən latın dili italiyalıların ümumi dilinə çevrildi.


Ardı →