Nitq hissələrinin uzlaşması

Qeyd etmişdik ki, rus dilindəki bütün isimlər üç cinsdən birinə aid olur. Bu dərsimizdə müxtəlif cinslərə aid olan isimlərin başqa nitq hissələri ilə əlaqəsindən danışacağıq.
I. Əşyanın əlamət və keyfiyyətini bildirən sözlər—sifətlər (имена прилагательные) isimlərlə, cinsə, tək-cəmə və hala görə uzlaşır. Başqa sözlə desək, sifətin cinsi, tək-cəmi və hansı halda işlədilməsi onunla əlaqələndirilən isimdən asılıdır. Belə ki, kişi cinsi isimləri ilə söz birləşməsi təşkil edən ifadələr adlıq halın təkində ый, ий, ой sonluqları qəbul edir və какой? sualına cavab verirlər: Məsələn: красный карандаш; большой успех; весенний день. Sifətlər hallara görə dəyişərkən də kişi cinsli isimlərlə uzlaşma əlaqəsində olur. Misal üçün, чудесный летний вечер (им. пад.); чудесного летного вечера (род. пад.); дучесным летным вечером (творит, пад.) və s.

Fellər (глаголы) keçmiş zaman formasında cinsə görə dəyişir. Kişi cinsli isimlərlə birlikdə işlədilən fellərin keçmiş zamanı və şərt forması şəkilçisiz işlədilir. Məsələn: пришёл человек; наступил вечер; прозвенел звонок. Расим читал бы эту книгу. Bir miqdar sayı kişi cinsli isimlərlə adlıq halın təkində один formasında yazılır və işlənir: один день; один школьник; один сарай.

Bəs sıra sayları kişi cinsli isimlərlə necə əlaqələnə bilir?
Sıra sayları (порядковые числительные), eyni ilə sifətlər kimi, isimlərlə birlikdə işlədildikdə adlıq halın təkində ый, ий, ой sonluqları qəbul edir və который? sualına cavab verir; sıra sayları isimlərlə uzlaşır. Məsələn: первый космонавт, четвёртый звонок; третий урок; шестой номер və s. Bu saylar isimlərlə hallanır və altı halın hamısında uzlaşma əlaqəsi yaranır.
Adlıq halın təkində kişi cinsli isimlərlə mənsubiyyət əvəzlikləri, bildiyimiz kimi, мой, твой, наш, ваш, свой; təyin əvəzlikləri весь, всякий, каждый, самый, сам; işarə əvəzlikləri тот, этот formasında işlədilir.
Əvəzliklərin isimlərlə hallanması ismin sifət və sayla hallanmasının eynidir. hallanma zamanı əvəzliklə isim uzlaşır.

II. Qadın cinsli isimlərdən sonra gələn sifətlər аяяя şəkilçilərini qəbul edərək какая? sualına cavab verir: глубокая река; весенняя погода və s.
Miqdar sayı одна а sonluğu ilə yazılır və işlədilir: одна ручка; одна земля və s. Sıra sayları da sifətlər kimi qadın cinsli isimlərlə əlaqələndirildikdə ая sonluğunu qəbul edərək которая? sualına cavab verir: первая встреча; третья победа və s. Sifətlər, sıra sayları, одна miqdar sayı, həmçinin моя, твоя, наша, ваша, своя mq/nsubiyyət, вся, всякая, каждая, самая, сама təyin, та, эта işarə əvəzlikləri qadın cinsli isimlərlə hallara görə dəyişərkən uzlaşır. Məsələn: та ваша первая ласковая улыбка (im. padej); той вашей первой ласковой улыбки (rod. padej); ту вашу первую ласковую улыбку (vin. padej) və s.
Qadın cinsli isimlərlə felin keçmiş zamanı və şərt forması а sonluğu ilə işlədilir. Məsələn: Нона рассказала урок; Лейла ответила бы на папино письмо.

III. Sifətlər orta cins isimləri ilə işləndikdə adlıq halın təkində ое, ее sonluqlarından birini qəbul edir və какое? sualına cavab verir. Məsələn: теплое весеннее утро.
Sıra sayları da bu isimlərlə işlənərkən adlıq halda ое qəbul edir və которое? sualına cavab verir (bu qrup isimlərlə bir miqdar sayı одно formasında işlədilir): одно перо; второе полотенце; четвертое окно və s.
Sifətlər, sıra sayları, одно miqdar sayı; мое, твоё, наше, ваше, своё, всё, всякое, каждое, самое, само; чьё, это,  то əvəzlikləri orta cins isimlər ilə hallanarkən uzlaşmaya məruz qalırlar.
Orta cins isimləri ilə işlənən fellərin keçmiş zamanı və şərt forması о sonluğu ilə bitir: собрание решило, звено-победило (бы) в соревновании və s.
Sifətlər, sıra sayları və təyin əvəzlikləri müxtəlif cinsli bütün isimlərlə çəmdə işlənərkən adlıq halda ыеие sonluqlarından birini qəbul edirlər. Məsələn: самые первые зимние старты, соревнования, победы. Qalan hallarda da isimlə bu nitq hissələri arasında uzlaşma əlaqəsi yaranır. Məsələn: самых первых зимних стартов (род. надеж) — самыми первыми зимними стартами (творит, падеж) və s.
 

0 şərh