Aromateratipya

AromaterapiyaAromaterapiya yağları bir çox dərdin dərmanıdır. Bu yağlardan yayılan qoxular, dəri tərəfindən əmilir və dərini gözəlləşdirir. Yağın qoxu isə gərginliyi və stressi uzaqlaşdıraraq beyni sakitləşdirir. Uçucu yağlar psixoloji pozğunluğu müalicə etməsə də, ruhi vəziyyəti rahatladır.

Depressiv vəziyyətdə olanda aromaterapiya yağları olduqca yaxşı təsir edir. Aromaterapistlər müxtəlif problemləri aradan qaldırmaq üçün 300-dən çox uçucu yağlarla işləyirlər. Bu yağlar həm tək, həm də başqa yağlarlarla qarışdırılaraq istifadə edilir. Bu yağlar isə depressiyada olanlar üçün əsl möcüzədir. Mövcud problemi həll etməsə də, öhdəsindən gəlməyə kömək edir. 
 
  • Bergamot – Sərinləşdirici və təravətləndirici təsirə malikdir. Stressi və depressiyanı azaldır. 
     
  • Sədir ağacı – Sakitləçdirici və afrodizyak (cinsəl həyatı artıran maddə) təsirə malikdir. Zehni yorğunluğu aradan qaldırır. 
     
  • Adaçayı – İnsana sakitləşdirici və rahatladıcı təsir bəxş edir. Depressiyanı azaltmaqla birlikdə, zehni yorğunluğu da aradan qaldırır.  
     
  • Evkalipt – Dəriyə təravət bəxş etməklə yanaşı, sakitləşdirici təsiri də var. Zehni açır və beyin fəaliyyətini gücləndirir. 
     
  • Ətirşah — Sedatif və antidepresan təsiri var. Menstruasiyadan əvvəl ağrıları azaldır və yüngülləşdirici təsir bəxş edir. 
     
  • Yasəmən — Rahatladıcı və afrodizyak təsirləri var. Əhvalı qaldırır, sinirləri sakitləşdirir, yorğunluğu və stressi aradan qaldırmaq qabiliyyətinə də sahibdir. 
     
  • Lavanda – Lavandanın da əsas xüsusiyyəti sakitləçdirici təsirə malik olmasıdır. Baş ağrısı və stressi azaldır. 
     
    Aromaterapiyanın faydaları 
  • Limon – Antidepresan təsiri var. Zehni açır və gücləndirir. 
     
  • Nanə – Nanə bədənə enerji verməkə yanaşı, təravətlik bəxş edir. Sinir sistemini sakitləşdirir və ağrıları azaldır. 
     
  • Gül – Gül yağının da rahatladıcı xüsusiyyətləri var. Xüsusən də yuxusuzluğa yaxşı təsir göstərir, gərginliyi isə azaldır.
     
  • Quşdilli – Enerji bəxş edir. Əhvalı qaldırır və yorğunluqla mübarizə aparır.

    Həmçinin bax: SPA 
 

0 şərh