Sakitləşdirən 5 ətir

Beyninizin sakitləşməsi üçün bir çox yol var. Bunlardan biri də aromaterapiya yəni ətir müalicəsidir. Ətirlərin beyinə təsirləri tədqiqatlar nəticəsində sübut olunmuşdur. Siz də sakitləşmək üçün bu ətirlərdən istifadə edin:

1. Darçın
Sakitləşmək üçün yüksək təsirə malik bitkilərdən biri darçındır. Onun həm ətri, həm çayı insana müsbət enerji verir.

2. Yasəmən
Yasəmənin sakitləşdirici təsiri vardır. Yatmadan əvvəl yastığınızın üzərinə bu bənövşəyi çiçəklərdən qoyun. Rahat yuxu yatmağınızı təmin edəcək.
Davamı →

Aromateratipya

AromaterapiyaAromaterapiya yağları bir çox dərdin dərmanıdır. Bu yağlardan yayılan qoxular, dəri tərəfindən əmilir və dərini gözəlləşdirir. Yağın qoxu isə gərginliyi və stressi uzaqlaşdıraraq beyni sakitləşdirir. Uçucu yağlar psixoloji pozğunluğu müalicə etməsə də, ruhi vəziyyəti rahatladır.

Depressiv vəziyyətdə olanda aromaterapiya yağları olduqca yaxşı təsir edir. Aromaterapistlər müxtəlif problemləri aradan qaldırmaq üçün 300-dən çox uçucu yağlarla işləyirlər. Bu yağlar həm tək, həm də başqa yağlarlarla qarışdırılaraq istifadə edilir. Bu yağlar isə depressiyada olanlar üçün əsl möcüzədir. Mövcud problemi həll etməsə də, öhdəsindən gəlməyə kömək edir. 
 
  • Bergamot – Sərinləşdirici və təravətləndirici təsirə malikdir. Stressi və depressiyanı azaldır. 
     
  • Sədir ağacı – Sakitləçdirici və afrodizyak (cinsəl həyatı artıran maddə) təsirə malikdir. Zehni yorğunluğu aradan qaldırır. 
     
  • Adaçayı – İnsana sakitləşdirici və rahatladıcı təsir bəxş edir.

Ardı →