Orqanizm üçün əvəzedilməz maddə- Su

Su orqanizm üçün ən əvəzedilməz maddədir. O bir sıra prosesləri tənzimləyir, demək olar ki orqanizmdə gedən bütün proseslərdə iştirak edir.

*  Vücud  temperaturunu  nizamlayır, orqanlardakı işə yaramayan maddələrin xaricə atılmasını, qidaların enerjiyə çevrilməsini təmin edir.

*   Su vücudun hər hüceyrəsində elektrik və maqnit enerjisi əmələ gətrir və insana yaşamaq gücü verir.

* Böyrəkləri çalıştdraraq toksinləri atmağımıza səbəb olur. Böyrəklərin sağlam qala bilməsi sudan asılıdır. Böyrək daşlarının əmələ gəlməsinin bir səbəbi də orqanizmin susuz qalmasıdır.

*   Qidaların, vitaminlərin, mineralların  həzmini, sorulmasını təmin edir. 

*   Soyuqdəymə zamanı bol maye qəbul  etmək virusların orqanizmdən tez bir zamanda kənarlaşdırılmasına kömək edir.

*   Menstruasiya dövründə ( orqanizmdə sodium toplandığından, onun vücuddan atılması üçün və ümumiyyətlə orqanizmin itirdiyi suyu yerinə qoymaq üçün )  və  doğum sonrası dövrdə su qadınlar üçün daha çox önəm daşıyır. Körpəni südlə qidalandırma dövründə də qadının kifayət qədər su qəbul etməsi vacibdir.

*   Hamiləlikdə su içmək  sabah ürəkbulanmalarını azaldır.

*   Vücuddakı su, vacib  durumlarda orqanizmin yuyulmasını  təmin edən rezervuar kimi köməyə çatır.

*   Yağ və tər vəzlərinin normal funksiyaları üçün gərəklidir. 

*   Su DNT zədələnmələrini önləyir, istehsal olunan anormal DNT sayını azladır .

*   Hüceyrəyə çatan su, ona oksigen verir.

*   Qırmızı qan hüceyrələrinin fəaliyyət qabiliyyətini artırır.

*   İmmun sistemin mərkəzi olan sümük iliyini xəstəliklərə qarşı gücləndirir.

*   Vücudun  zərəli maddələrini  qaraciyərə və böyrıklərə daşıyır.

*   Oynaq boşuğundakı təməl mayedir.

*   Qanı qatılaşmağa  qoymur, damarlarda laxltalanmanı önləyir, infarkt və iflicə qarşı qoruyur.

*    Stres, depresiya, gərginliyi yüngülləşdirir, yuxunu nizamlayır, yorğunluğu aradan qaldırır.

*   Dərini nəm saxlayaraq, tez qırışmasını önləyir.

*   Dehidraasiya (susuzluq) cinsi hormonların hazırlanmasına mane olur.

Su haqqında bildiyimiz doğru və yanlışlar :

1. Gündə 8 stəkan su içmək lazımdır ?
* Normal şərtlərdə  gündə 2000 kalori sərf edirik. Sərf etdiyimiz hər 15 kaloriyə qarşılıq, metobolizm sayəsində həzm yolu ilə 1 yemək qaşığı su itiririk. Bu da orta hesabla 8 stəkan suyun yerini tutur. Lakin vücudun ehtiyac  duyduğu su miqdarı insana görə dəyişir. Vücud, yaş, cinsiyyət, xərclənən kalori, hətta vərdişlərimiz   içtiyimiz suyun miqdarını təyin edir. 

2. Su içmək dərini  gözəlləşdirir?
* İçdiyimiz suyun həqiqətən dəriyə yararlı təsiri, sıznaqlara, aknelərə  təsir etməsi məludur. Dərimiz tərkibində 50 % su saxlayır. Bu körpələrdə 80 %, kişilərdə  60 % -dir. Dərinin epidermis təbəqəsindəki su miqdarı, dərinin alt təbəqəsinə görə 2 misli artıq olduğundan dərinin işıltılı və parlaq görünməsinə səbəb olur. Az su içmək dərini qurudur. Qısacası, su dərini gözəlləşdirmir, susuzluq mənfi təsir göstərir.  
  
3. Su içmək arıqladır ?
* Su içmək arıqlatmır, lakın veridiyi toxluq hissi, həzm sistemini çalışdırması  arıqlamaq istəyənlərin işinə yarayır.

4. Çox çay içdiyim üçün su içmirəm ?
* Çay və qəhvə  suyun yerini tutmaz. Çünki onların tərkibində olan kafein vücudun su itirməsinə səbəb olur. Eyni şəkildə içki də suyun yerini tutmur, əksinə, içkidən sonra bol su içmək lazımdır.

Həmcinin su haqqında baxa bilərsiniz:  https://kayzen.az/blog/Bilirsinizmi/8713/su---h%C9%99yatd%C4%B1r.html

 

0 şərh