Gecə qidalanmaq üçün 5 faydalı məzə

1. Gilas
Yay meyvələrinin ən sevilənlərindən biri olan gilas eyni zamanda yuxuya dalmanı da asanlaşdıran bir meyvədir. Şişkinliyə xeyirdir və tərkibindəki antioksidanlarla ürək xəstəliklərinə qarşı qoruyucudur.

Axşam yeməkdən sonra 15 gilas 1 porsiya meyvə yeyə bilərsiniz, amma hər şeyin artığının yağ olaraq yığıldığını və porsiyalara diqqət etməli olduğunuzu unutmayın.

2. Banan və ya badam əzməsi

Bir yemək qaşığı şəkərsiz fıstıq əzməsi çəkilmiş, kiçik bir banan həm ləzzətli məzədir, həm də yatmağınıza kömək edər. Banan serotonin adı verilən və melatoninə çevriləbilən hormon baxımından zəngin qidadır. Fıstıq əzməsi də sağlıqlı yağlar, E vitamini və mazgenium baxımından olduqca zəngindir.

3. Qatıq
Qatıq kalsiumun ən yaxşı qaynaqlarından biridir Kalsium əzələ və sümükləri gücləndirməklə bərabər yuxuya dalmağınıza da kömək edir. Qatıq xüsusən də kazein adı verilən bir proteinlə zəngindir. Aparılan bəzi araşdırmalar kazein qəbul etməyin sonraki səhər aclığı apardığını qeyd edir. Yağ yandırmağını artırmaq üçün qatığınıza zərdəçal, qara bibər, pul bibər kimi ədviyyatlar qata bilərsiniz.

4. Qabaq tumu
20 qram qabaq tumu 110 kaloridir və gündəlik almalı olduğunuz maqneziumun 25%-ni qarşılamağa kömək edir. Qabaq tumu həm yağ, həm də tərkibindəki kalori səbəbiylə porsiyasına çox diqqət edərək qəbul etməli olduğunuz qidalardan biridir.

5. Kraker və pendir
Karbonhidrat ilə proteini balanslaşdıran məzələr, pendir və tam taxıllı krakerlər, qan şəkəri səviyyənizi də müntəzəm hala salır. Pendir melatonin səviyyəsini yüksəldir və yuxuya keçməyə kömək edir. 3-4 ədəd tam buğdalı kraker və ya grissini və bir dilim pendir, ortalama 150 kaloridir. Duzlu, yağlı kraker və grissinilər yerinə evdə hazırlanmış az duzlu və az yağlı olanları yeməniz tövsiyə olunur.

leydi.az
 

0 şərh