Gavalının bilmədiyimiz faydaları

Gavalı immun sistemini qüvvətləndirən ən faydalı meyvələrdən biridir. Bu təbiət möcüzəsi digər meyvələrə nisbətən daha güclü antioksidant tərkiblidir. Hər növ torpaqda yetişən və elmə 2000 növü məlum olan gavalının ən çox istifadə edilən növü qara gavalıdır.
Faydaları:
İmmun sisteminin qüvvətlənməsi və xəstəliklərə qarşı qorunmaq üçün daha çox qida dəyəri baxımından zəngin və antioksidant qaynağı olan meyvələrin istifadəsi tövsiyə edilir. Rəngi tünd olan meyvələrin bu xüsusiyyətləri isə digərlərinə nisbətən daha çoxdur.
Gavalının faydaları
1. Orqanizmdəki toksinləri atır, xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Sağlam hüceyrələrin çoxalmasını təmin edir.
2. Tərkibindəki vitamin və minerallar vücudun enerji dəyəri ehtiyacını qarşılayır.
3. Bağırsaq və mədəni rahatlaşdırır. Həzm sistemini asanlaşdırır.
4. Siqaret, spirtli içkidən istifadə edən və sağlam qidalanmayanların bədənindəki zərərləri aradan qaldırır, qaraciyəri təmizləyir.
5. Qan təzyiqinin nizamlılığına yardımçı olur.
6. Xolesterolun səviyyəsini aşağı salır.
7. İltihabqovucudur. İnfeksiyaları təbii yollarla zərərsizləşdirir.
8. C vitamini ilə zəngindir.
9. A vitamini tərkibi sayəsində gözlərin sağlamlığını qoruyur.
10. Gündəlik yorğunluğu aradan qaldırır.
11. Lif qaynaqlı gavalı bağırsağın hərəkətliliyini artırır. Qəbzlik problemi yaşayanların istifadə etməsi məsləhətlidir.
İstifadə formaları:
Çay və kompot formasında hazırlanıb istifadə edilə bilər.
Çayının hazırlanması:
1 fincan qaynadılmış suyun içinə 5-6 ədəd qara gavalı qurusu atın və 5 dəqiqə dəmlənməsini gözləyin. İlıq formada istifadə edin.
qara gavalının faydaları
1 ədəd (45 qr) qara gavalının qida dəyəri:
  • Karbohidrat: 4,94 qr
  • Protein: 0,07 qr
  • Yağ: 0,23 qr
  • Lif: 0,99 qr
  • Xolesterol: 0 mq
  • Sodium: 1,35 mq
  • Kalium: 63 mq
  • Kalsium: 3,6 mq
  • A vitamini: 135 iu
  • C vitamini: 2,16 mq
  • Dəmir: 0,05
 
Mənbə: publika.az
 

0 şərh