Yuxusuzluq nə qədər ziyandır?

Az yatmaq bizi nədən məhrum edir ?

Gündüz hərəkət gecə isə istirahət anlayışı, təkamülə qədər izlənilə bilər. Bu sikl bioloji reallıq olduğu üçün bioloji saata qarşı yaşamaq gözləniləndən daha çox zərər verir. Yuxusuzluğun insan orqanizmində yaratdığı zərərlərinə birlikdə baxaq. Gündə neçə saat yatırsınız?
Uzun və yorucu bir günün sonunda yumuşaq yataöa girib yatmaqdan daha rahat nə ola bilər axı? Keyfiyyətli yuxu bədənimizin dincəlməsi üçün çox vacibdir. Yaxşı, yuxudan doymaq üçün neçə saat yatmaq lazım olduğunu bilirsinizmi?

Effektiv yuxu üçün lazım olan yuxu saatları yaş qruplarına görə dəyişir. 1-2 yaş arası körpələr 12-17 saat, 3-5 yaş arası uşaqlar 10-13 saat, 6-13 yaş arası uşaqlar 9-11 saat, gənclər isə 9-11 saat yatmalıdır. 14-17 yaşında olanlar isə 8 saat yatmalıdır. 18 yaşından etibarən gündə 7-8 saat yatmaq kifayətdir. Amma ümumilikdə görürük ki, insanların çoxu gündə çox az yatmaqla həyatlarına davam edirlər. Bu, günümüzün problemi olan yuxusuzluğa gətirib çıxarır. Bir çox insan az yatmağı problem olaraq görməsə də, əslində bunun bədənimizə çoxlu zərərləri var.

Az yatmaq nələrə ziyandır ?
Az yatmaq insanlara fiziki və psixoloji baxımdan ziyandır. Özünüzü davamlı olaraq stressli hiss edirsinizsə, kiçik hadisələrə belə həddindən artıq həssaslıq göstərirsənsə bunun səbəbi yuxusuzluq ola bilər. Tədqiqatlara görə, bir neçə gün ard-arda yuxusuz qaldığınız zaman aşağıda sadaladıqlarımız baş verə bilər.
  • Maddələr mübadiləsini ləngidir.
  • Diqqət problemi yaradır.
  • İmmunitet sistemini zəiflədir.
  • Qan təzyiqində balanssızlığa səbəb olur.
  • Epileptik hücumları sürətləndirə bilər.
  • Narahatlığa, yerli-yersiz panikaya səbəb olur.
  • Ürək xəstəliyi riskini artırır.
  • Enerji çatışmazlığına səbəb olur.
  • Şəkərli diabet riskini artırır.
  • Sosial həyatın pisləşməsinə səbəb ola bilər.
  • Damar tıxanmasına səbəb ola bilər.

 Xarici amillərin yuxuya təsiri
Elmi araşdırmaları göstərir ki, yuxusuzluq bir çox səbəbə əsaslanır və insanın həyatına tamamilə təsir edir. Xüsusilə müşahidələr göstərir ki, yuxuya getmək üçün yataq dəstinin keyfiyyəti, ətrafdakı işıq və temperaturun uyğun olması (nə çox isti nə də çox soyuq) kimi xarici amillər çox vacibdir. Buna görə də  yuxusuzluqdan qaçmaq və onun zərərlərindən qorunmaq üçün edə biləcəyiniz bir çox şey var.
Məsələn xüsusi çarpayı əldə edə, ətrafdakı işıqları tamamilə söndürə, ətraf temperaturunu tənzimləyə və yatmazdan əvvəl kofeini kəsib rahat beyin və bədənlə yatmağa hazırlaşa bilərsiniz.
Yuxunun həyatınızdakı vacib yerini unutmamalı və keyfiyyətli yuxu üçün səy göstərməlisiniz.

Kayzen.az-la sağlam həyata addımlayaq.
 

0 şərh